Azərbaycanda üzgüçülük

Azərbaycan Üzgüçülük Klubu saytına xoş gəlmisiniz. Saytımız hazır olma mərhələsindədir. Bölmələrin əksəriyyətinə məlumatlar hələ yerləşdirilməyib. Buna görə sizdən üzr istəyirik. Ən qısa zamanda saytımızda su idman növləri haqqında hərtərəfli dolğun məlumatları yerləşdirilməyə çalışacağıq.

Bizim məqsədimiz

- Su idman növlərinin Azərbaycanda tanınması

- Sağlam həyat tərzinin təbliğatı

 Üzərimizə düşən vəzifələr

  1. Əhalinin üzgüçülüyün faydaları haqqında maariflənməsi
  2. Azərbaycanda olan su hovuzları haqqında məlumatlandırılması
  3. Su idman növlərinin inkişaf tarixinə qısa nəzər yetirilməsi
  4. İdman yarış və tədbirlərinin siyahısı haqqında məlumatların verilməsi
  5. Ötən yarışların hesabat və protokolları
  6. Məşqçi və aparıcı idmançılar haqqında məlumatların verilməsi

Saytımızda sizə idmançıların qidalanma xüsusiyyətləri, idman qidası, üzgüçülük ləvazimatı və vasitələri haqqında danışmağa və idmanla, xüsusilə, üzgüçülüklə bağlı bir çox mövzularla tanış etməyə çalışacayıq. Yəni, idman üzgüçülüyü, müalicəvi üzgüçülük, paraolimpik üzgüçülük və s.

Bizim işlərimiz

Azərbaycan Üzgüçülük Klubu təkcə məlumat saytı deyil. Bu məşqçilərin və idmançıların klubu, komandasıdır. Hal hazırda məşqçilərimiz Bakı və Sumqayıtda, umumi 6 hovuzda üzgüçülük əsasları üzrə təlimlər aparır. Biz müxtəlif idman tədbirləri aparırıq və bu istiqamətdə işi davam etdirəcəyik. Azərbaycanda üzgüçülük inkişafı proqramına (əsas məqsədimiz!!!) idman bazalarımızdan birində açıq yarışların aparılması daxildir. Klubumuzun ən yaxşı idmançıları Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək.

Bakıda üzgüçülük

Əgər sizi Bakıda üzgüçülük dərsləri, Bakıda uşaqlar üçün üzgüçülük, Bakıda uşaqlar üçün basseyn, Bakıda böyüklər üçün üzgüçülük, Bakıda müalicəvi üzgüçülük. Bakıda professional üzgüçülüklə maraqlandırırsa bizimlə əlaqə saxlayın.

Facebook: Azərbaycan Üzgüçülük KLUBU

Email: Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

Tеl.: (99450) 600 44 20 - WhatsApp

Tеl.: (99455) 600 44 20