“Azərbaycan Üzgüçülük klubu- Almaz”
Hovuz
1 aprel 2018-ci ildə Bakı şəhərinin Yasamal rayonunun Həsən Məcidov, 10 küçəsində "AÜK-Azərbaycan Üzgüçülük klub"unun növbəti filialı açıldı.
Basseyn “Almaz park”yaşayış kompleksinin həyətində yerləşir.
Basseynin parametrləri
Hovuzun uzunluğu 25 metr
Hovuzun eni təqribən- 12 metr
Üzmə zolaqlarının sayı - 5
Start tumbalarının olması
Hovuzun dərinliyi: 1.4-2.4 metrə qədər
Xüsusi qeyd!!!
Bakıda (bu günə qədər) təmizliyi xüsusi duz məhlulu ilə aparılan yeganə hovuz. Dəriyə mənfi təsir edən xlordan fərqli olaraq duz dəniz effekti göstərərək ona müsbət təsir edir!!! Hamı bilir ki, tənəffüs sistemi xəstəlikləri zamanı duz məhlulu müalicəvi təsir edir.
Basseynin infrastrukturu
Kompleksin ərazisində məşq prosesinin aparılması üçün bütün şərait yaradılıb. Kompleksdə “quru üzmə” zalı, aerobika zonası, sauna, stolüstü tennis üçün masa və fitobar vardır.
Kişilər və qadınlar üçün nəzərdə tutulan iki paltar dəyişmə otaqları 60 nəfərlik rahat şkaflarla təchiz olunub. Kompleksin foyesində rahat qarderob yerləşir.
Avtomobillərin park edilməsi üçün geniş zona mövcuddur.
İş rejimi
Bazar günündən başqa hər gün 7-dən 22- ə qədər
10-dan 20-ə qədər uşaq vaxtı (5-dən 16-ı yaşına qədər olan uşaqlar üçün)
7-dən 10-ə və 20-dən 22-ə qədər bazar günündən başqa hər gün qarışıq vaxt (vətəndaşların hər bir kateqoriyası basseynə gələ bilər).
Qiymətlər
12 məşq üçün məşqçi ilə uşaq abonementi - 100manat, məşqçi ilə birdəfəlik keçid - 10 manat.
12 keçid ibarət böyüklər üçün abonement - 70 manat, birdəfəlik keçid – 10 manat, 12 məşq üçün məşqçi ilə böyüklər üçün abonement - 130manat, məşqçi ilə birdəfəlik keçid - 15 manat.
Azərbaycan Üzgüçülük klubunun idmançıları olan uşaqlar üçün 50% endirim edilir.
Normativləri yerinə yetirən uşaqlar üçün giriş pulsuzdur.
Məşqçilər
Kompleksdə Azərbaycanın ən yaxşı məşqçiləri olan Zamir Əzizov Emin Aslanov və Anar Məmmədov fəaliyyət göstərir.
Klubun məşqçiləri uşaqlara və böyüklərə üzgüçülüyün əsaslarını öyrədir, onları yarışlara hazırlayır, müalicəvi və praktik üzgüçülük üzrə məşqlər aparır.
Əlaqə
Qeydiyyat (070) 404 73 32, (055) 404 73 32, (012) 404 73 32
Klubun rəhbərliyi (050) 600 44 20 (whatsapp), (055) 600 44 20
Email: Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
Sayt: azswimm.az
Facebook: AÜK - Azərbaycan Üzgüçülük Klubu
Fotolar