Zaqatala Olimpiya Kompleksi
2006-cı ildə Azərbaycanın gözəl qüssələrindən biri olan Zaqatalada İdman Kompleksi istifadəyə verilmişdir. Kompleks ölkə Prezidentinin gənclik və idman üzrə dövlət siyasəti haqqında 26 iyul 1994-cü il Sərəncamına əsasən Olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışların və həmçinin idman komandalarının məşqlərinin və yığmaların aparılması üçün beynəlxalq tələblərə və standartlara uyğun tikilmişdir.
Kompleksin direktoru Samir Bağırov əməkdaşlar kollektivi ilə birgə bütün səy və bacarıqlarını bu gözəl idman obyektinin işinin təşkilinə sərf edir
Hal hazırda Zaqatalada üzgüçülük, futbol, güləş, cüdo, gimnastika kimi idman seksiyaları böyük populyarlıq qazanıb.
Olimpiya kompleksin texniki imkanları və planları genişdir. Kompleksin rəhbərliyi üzgüçülük, basketbol, voleybol, futbol, boks, qılıncoynatma, stolüstü tennis, şahmat, qayalara dırmaşma, idman istiqamətləndirilməsi idman növləri üzrə cavan və perspektivli məşqçilərin işə qəbul etməyə planlaşdırır.
2018-ci ildə Gənclik və İdman Nazirliyi gənclərin, bütün zaqatalalıların və şəhərin qonaqların idmanla məşğul olmaq üçün imkanlarını yaxşılaşdırmaq və genişləndirmək məqsədi ilə Kompleksin rekonstruksiyasını və əsaslı təmirini planlaşdırır.
OLİMPİYA KOMPLEKSİN İNFRASTRUKTURU
Hovuz
Standart və əlavə stadion
İdman zalı
Konfrans zalı
52 yerlik ikimərtəbəli rahat kotetjlər
Abad ərazi
Kafe-restoran
Parkovka
Biz “üzənləri” əlbəttə ən çox basseyn maraqlandırır. O böyükdür və yeni texnologiyalara uyğun tikilib. Start tumbaların olması yarışların keçirilməsinə imkan yaradır. Qadınlar və kişilər üçün paltar dəyişmə otaqları, isitmə və ventilyasiya sistemləri və həmçinin təbii işıqlandırma məşq prosesinin keçirilməsi üçün xüsusi atmosfer yaradır.
Zaqatala Olimpiya Kompleks bütün göstəricilərinə görə yığma komandasının məşqləri üçün tam uyğundur.
- Standart hovuzun olması (6 zolaq, 25 m.)
- İnkişaf etmiş infrastruktura (mehmanxana, kafe-restoranlar, parketmə zonası, konfrans zalları)
- Orta ucalıqlı dağ zonası (basseyn dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşir)
Lakin həmişə olduğu kimi mənfi cəhətlərdə mövcuddur. Ən əsası isə məşqçinin olmamasıdır.
Bu səbəbdən SOS: Zaqatala Olimpiya Kompleksinə ÜZGÜÇÜLÜK ÜZRƏ MƏŞQÇİ TƏLƏB OLUNUR. Maaş+faizlər. Çox yaxşı şərait.
Ünvan:
Zaqatala Olimpiya İdman Kompleksi
AZ 6200, Zaqatala, Sulhkuc., 2
Em: Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript.,
Əlaqəli şəxs: Güli Abbasova
Zaqatalada olsanız basseynə gəlin!!!