Su polosu. Cəfərov Kamran

Cəfərov Kamran 1997-ci il yanvarın 24-də Bakı şəhərində doğulmuşdur. 2003-cü ildə Yasamal rayonu 153 nömrəli məktəbdə birinci sinifə başlamış, 2014 – cü ildə məktəbi uğurla bitirib Azərbaycan Neft və Sənaye Universitetinə qəbul olmuşdur. Hal-hazırda universitetin Neft – mexanika fakültəsinin Texnoloji maşın və avadanlıqlar mühəndisliyində təhsil alır.

Bununla bərabər Su polosu üzrə Milli komandanın da üzvüdür. Gənc idmançı üzgüçülüklə ilk dəfə hələ uşaq ikən 2000 – ci ildə tanış olmuşdur. Həvəskar olaraq başlasa da bir müddətdən sonra ilk məşqçisi Pyotr Kuvşinov onda üzgüçülüyə olan həvəsi görüb onunla professional şəkildə məşğul olmağı qərara alır. Məhz bu məşqlərdən sonra Kamran yarışlarda iştirak etməyə başlayır.

Millimizin üzvü ilk dəfə yarışlara 2007 - ci ildə məşq etdiyi üzgüçülük zalında məşqçisi Pyort Kuvşinovun 50 illik yubileyinə həsr olunmuş çempionatda iştirak etməklə başlamışdır. Bu yarışda birinciliyə layiq görüldükdən sonra idmançımız daha da həvəslənərək 2007 – 2008 – ci illərdə ard-arda başqa yarışlarda da iştirak edir. Belə ki, 2007-ci il 5-7 noyabr tarixlərində Üzgüçülük üzrə “Şən Delfin” Bakı şəhər açıq payız birinciliyində və 2007 – ci il 19-21 mart tarixlərində keçirilən Üzgüçülük üzrə “Şən Delfin” Bakı şəhər birinciliyində II yerlərə, 2007-ci il 22-25 may tarixlərində keçirilən Su polosu üzrə Bakı şəhər Açıq Çempionatında III yerə, 2008-ci ilin oktyabr ayında olan yarışda və 22-24 mart tarixlərində keçirilən Üzgüçülük üzrə “Şən Delfin” Bakı şəhər Yaz Birinciliyində isə I yerlərə layiq örülmüşdür.

Kiçik yaşında çoxlu uğurlar əldə edən Kamran 12 yaşında yaranmış müəyyən problemlərə görə üzgüçülüklə vidalaşmalı olmuşdur. Lakin onun bu sahəyə olan sevgisi heç vaxt tükənməmişdir. 15 yaşında yenidən ilk məşqçisi Pyotr Kuvşinovun yanında bu dəfə Su polosu sahəsində həvəskar olaraq məşqlər etməyə başlamışdır. Onun su polosuna olan marağı elə ilk məşqçisi sayəsində olmuşdur. Pyotr Kuvşinov su polosu üzrə tanınmış məşqçidir. O tələbələrinə üzgüçülük məşqləri ilə paralel su polosu məşqləri də keçib. Buna görə də Kamran elə o vaxtlardan su polosuna da maraq göstərmişdir. Bunu da qeyd edək ki, Pyotr Kuvşinov tələbələri üçün yalnız məşqçi yox həm də ata olub. Kamranı da milli komandaya yönləndirən məhz Pyotr Kuvşinov olmuşdur.

Su polosu üzrə milli komandaya yeni idmançı axtaran Azər Babayev Pyotr Kuvşinova müraciət etmişdir. O isə bu işə Kamranı uyğun görmüş və onu məşqçiyə yönləndirmişdir. Bir-iki dəfə yoxladıqdan sonra 2012-ci ilin fevral ayında Kamran Su polosu üzrə milli komandaya yeni üzv olaraq qəbul edilmiş, 2013-cü il noyabrın 15-dən etibarən MOİK kollektivinə qeydə alınmışdır. Bununla da idmançının professional su polosu fəaliyyəti başlamışdır.

Uşaqlıq illərindən sərbəst fəaliyyəti ilə qazandığı uğurları artıq komanda daxilində göstərən idmançımız, 2013-cü ildə etibarən Milli yığma ilə birgə yarışlarda iştirak etməyə başlayır. Komandamız Kamranın da iştirakı ilə 2013-cü il 23 fevral tarixli Moskva Beynəlxalq Turnirində II yerə, eyni ilin may ayının 12-də Mingəçevir Beynəlxalq turnirində I yerə layiq görülmüşdür. Həmçinin 2013-cü ilin sonunda, noyabr ayının 8-də Azərbaycan çempionatında qazandıqları II yerlə ili uğurla başa çatdırmışlar. 2014-cü il 8-12 noyabr tarixlərində Su polosu üzrə “12 noyabr Konstitusiya günü”nə həsr olunmuş Beynəlxalq turnirdə isə I yerə layiq görülmüşdürlər.

Kamran həmçinin Bakı 2015 Avropa oyunlarında Su polosu üzrə texniki məşq kursunu tamamladığına və yan xett  hakimi olaraq iştirak etdiyine gore  sertifikata layiq görülmüşdür.

2016-cı ildə yenə də MOİK komandası Su polosu üzrə Bakı turnirində birinci yeri qazanmışdılar. Bununla yanaşı bu il milli komandamız daha böyük uğura imza atıb. Belə ki, millimiz Pino Dragojeviç və Azər Babayevin rəhbərliyi ilə bu ilin 4-8 may tarixlərində keçirilən Kişilər üzrə 19 yaşdan aşağı  Avropa su polosu çempionatında iştirak etmiş, D qrupunda Moldova və İsveçrə komandalarına qalib gələrək finala çıxmışdır. 11-18 sentyabr tarixlərində keçirilən final oyununda isə ümumi nəticə olaraq 16-cı yerə layiq görülmüşdülər.

Su polosu üzrə ustalığa namizəd olan gənc idmançımız uğurlarını artırmaq üçün qızğın məşqlərə davam edir.

Su polosu. Cəfərov Kamran

Su polosu. Cəfərov Kamran