Vadim Oleqoviç Aleksandrov

Hər bir idmançının öz yüksək nailiyyəti var. Vadim Aleksandrovun da var. O su polosu üzrə Rusiya çempionatının ən yaxşı komandalarından biri “Lukoyl” komandasının tərkibində 1998 il “Rusiya Kubok”unun sahibidir. Hər bir vaterpolçu anlayır ki, bu cür komandanın oyunçusu olmaq heç də asan iş deyil. Təkcə yaxşı fiziki bacarıqlara sahib olmaq deyil, iradəli, psixoloji cəhətdən dözümlü, məqsədyönlü olmaq lazımdır. Vadim Aleksandrov məhz bu cür insandır.

İdmançı yüksək kürsüyə qalxarkən heç kim məşqlərə sərf olunmuş illər, su kimi axan tər, əzələ ağrısına görə axan göz yaşları haqda düşünmür. Hamı alqış edir, fərəhlənir, tərif edir. Vadim özü isə arxaya öz həyat tarixinə dönərək yada salır:

“... Mən 4 yanvar 1979-cu ildə anadan olmuşam. 4 yaşında məni QXD (Qırmızıbayraqlı Xəzər Donanması) basseyninin üzgüçülük üzrə ilkin hazırlıq qrupuna yazdılar. 3 ildən sonra seçim üsulu ilə tanınmış məşqçilər Vyaçeslav Aleksandroviç Kumanyaevin və Aleksandr Serqeyeviç Suldinin rəhbərlik etdiyi su polosu qrupuna keçirtdilər. 9 yaşından uşaq, sonralar isə gənclər turnirlərində iştirak etdim. Dəfələrlə QXD tərkibində su polosu üzrə Azərbaycan və Bakı Çempionatların qalibi olmuşam. 1993-cü ildə QXD-nı bağlayıb aparıcı idmançıları isə o dövrün vaterpolçuları üçün doğma olan SKA basseyninə Yuriy İvanoviç Solovyovun rəhbərliyi altına keçirildi. Allah onu rəhmət eləsin...”

...Avtobioqrafik nəqlin bu yerində Vadim fikrə gedir. Mərhum məşqçinin xatirəsi bütün vaterpolçuların ürəyində yaşayır. Bu səbəbdən biz onun əvəzinə davam edək.

1994-cü ildə Aleksandrov artıq Azərbaycan yığmasında oynayır. İdman ustasına namizəd dərəcəsini alır. Yığma tərkibində Kerçi, Tuapse, Moqilyov, Ujqorod, Tehran kimi yaxın və uzaq xaricin şəhərlərin beynəlxalq turnirlərin qalibi olur. 1996-cı ildə Vadim Bədən Tərbiyəsi institutuna daxil olur. Bir ildən sonra “Lukoyl” komandasına seçimdən keçərək Volqoqrada köçür. Rusiyada iki illik təhsil, məşqlər, yarışlar Vadima nəinki idmanda, həm də həyatda böyük təcrübə qazandırdı. Amma həyat öz şərtlərini diktə edir. Ailə vəziyyəti ilə bağlı o 1999-cu ildə Bakıya qayıdır. Burada o institutu bitirir, silahlı qüvvələrdə xidmət keçir,ölkəmizin dövlət müəssisələrindən birində işə başlayır.

Lakin keçmiş vaterpolçular olmur. Vadim bu günə qədər su polosu və üzgüçülüklə bağlıdır. O işlədiyi strukturun mütəxəssisləri arasında üzgüçülük üzrə yarışların dəfələrlə qalibi olub. Bakıda su polosu üzrə xatirə turnirlər iştirakçısı olub. Veteran vaterpolçular komandasının üzvüdür.

Hər kəsin həyatda öz yüksək nailiyyəti var. Vadim Oleqoviç Aleksandrovun da var. Onun oğlu da su polosu üzrə uşaq-gənclər komandasının vaterpolçusudur.

Vadim haqqında çox yazmaq olar. Onu tanıyanlar yanında yaxşı dost, yoldaş, əməkdaş, ata, həyat yoldaşı, oğul qazanıb. İcazənizlə Vadim Oleqoviç Aleksandrovun haqqında məqaləni üçqat ura ilə bitirim: URA! URA!! URA!!!