Ümüd Məmmədov

Azərbaycan yığmasının fəaliyyətdə olan oyunçusu, idman ustası, su polosu üzrə Azərbaycan yığmasınin kapitanı, Azərbaycanda və xaricdə olan (Gürcüstan, Türkiyə, İran, Ukrayna) beynəlxalq turnirlərinin dəfələrlə çempionu və mükafatçısı bütün bu titulların sahibi Ümüd Məmmədovdur.

Ümüd 27 yanvar 1988-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə 7 №-li məktəbə daxil olub 2005-ci ildə onu müvəffəqiyyətlə bitirmişdir. Həmin il Ümüd Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olur. Bu ali məktəbi o təsadüfən seçməmişdir, axı uşaqlıqdan 5 yaşından Ümüd idmanla üzgüçülüklə məşğul olub. Bu insan ilk məşqdən inadkarlıq, məqsədyönlük, mübarizəyə doğru iradə, dözümlülük kimi keyfiyyətləri göstərən böyük hərflə əsl idmançıdır. Bir neçə ildən sonra Ümüd Məmmədov su polosu üzrə ibtidai hazırlıq qrupuna keçir. Azərbaycanın böyük məşqçisi Yuriy İvanoviç Solovyov onun tərbiyyəçisi olub. Onun idmançı tərbiyəsində böyük rolu həmçinin başqa məşqçi Azər Babayev oynayıb. Təcrübəli məşqçilərlə cilalanmış lider keyfiyyətləri və mükəmməlləşmə istəyi sayəsində Ümüd Məmmədov 2002-ci ildə Azərbaycan yığmasının oyunçusu olur, hətta onun əsas tərkibinə daxil olur. Həmin vaxt onun təzə 14 yaşı olmuşdur.

Idmana, öz işinə qarşı sevgi onun ali məktəb seçimində özünü göstərməməyə bilməzdir. 2009-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirərək Ümüd Azərbaycan Respublikasının ordu sıralarına çağırılır və bir il ərzində vətəni qarşısında öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. 2010-cu ildə evə qayıdaraq Ümüd öz təhsilini davam etdirmək istəyir və BDU-un hüquq fakültəsinə daxil olur və 2014-cü ildə bu ali məktəbi müvəffəqiyyətlə bitirir. Beləliklə o Azərbaycanın iki ali təhsilli azsaylı idmançılardan biri olur.

Bundan başqa biliyə təkmilləşməyə həvəs və yeni zirvələri fəth etmək istəyi sayəsində Ümüd öz gücünü məşqçilikdə sınamaq istəyir və su polosu üzrə uşaq komandasının məşqçisi olur. Yeri gəlmişkən cavan məşqçi Ümüd Məmmədovun rəhbərliyi altında uşaq komandası öz ilk turnirini oynadı.

Ümid edirik ki, Ümüd müəllimin yetirmələri öz tərbiyəçilərindən nümunə götürüb ölkənin qüruru, əsil idmançılar olacaq.

Adı çəkilən nailiyyətlərdən başqa Ümüd Azərbaycan yığmasının ən yaxşı idmançılarından biri və onu əvəzsiz kapitanıdır. Başqa idmançılarla birlikdə Ümüd 2017-ci ilin may ayında Bakı şəhərində keçiriləcək İslam Oyunlarında çıxışa hazırlaşır. İnanırıq ki, bizim dəstəmiz öz kapitanlarının başçısı altında yaxşı nəticələr göstərəcək. Axı Ümüd kimi lider həmişə öz komanda yoldaşlarını dəstəkləyəcək və onlara lazım olduqda köməyə gələcək, çətin vəziyyətdə qoymayacaq. Onun yaxşı insan, əsil kişi keyfiyyətləri ona əsil ata, həyat yoldaşı və oğul olmağa kömək edir. Azərbaycan dilindən tərcümədə Ümiüd“ümid” deməkdir. Doğrudan da Ümüd Məmmədov Azərbaycanın müasir və gələcək su polosunun ümididir. Biz buna inanırıq.