Ramil Vəlizədə -necə çempion olmaq olar

14-16 sentyabr 2018-ci ildə Bakıda Su İdman Sarayında keçirilən üzgüçülük üzrə sonuncu Açıq Çempionatda 14 yaşlı Ramil Vəlizadə 200 m. distansiyada batterflyay üsulu ilə idman ustası normativini yerinə yetirdi. O, bu məsafəni 2.09 üzərək FINA-nın cədvəlinə görə 638 xall topladı. Onun yaşında olan idmançılar üçün bu çox yüksək nəticədir.

Ramil 16 fevralda doğulub. 5 yaşından üzgüçülüklə məşğul olmağa başlayıb.

Sankt-Peterburqda Ramil Azərbaycanı təmsil edirdi.

Əgər siz Ramilin həmişə qalib olduğunu  və nəticələri yaxşılaşdığını düşünürsünüzsə yanılırsınız. İdmançıların eniş mərhələləri olur... Ramil də istisna deyil... Onun da  durğunluq , hətta eniş mərhələsi oldu... Amma USTAMIZ əlini üzmədi və daha səylə məşğul olmağa başladı ... Nəticələri bərpa oldu və daha da yüksəldi...

Ramil Vəlizadə dəfələrlə Gürcüstanda, Türkiyədə, Dubayda, İranda, Rusiyada, Slovakiyada keçirilən beynəlxalq yarışların qalibi və mükafatçısı olub.

Peşəkarlığının artırılması üçün o. məşqçi  ZamirƏzizovun (AÜK) himayəsi altına keçdi. “Sərhədçi” bazasında məşqlər üçün şərait çox yaxşı idi. Zamir müəllimin rəhbərliyi altında Ramil birinci dərəcə normativini yerinə yetirdi.

Üzgüçülükdə ilk addımları Yuliya Borisovnanın rəhbərliyi altında atılıb. Birinci yer, birinci qızıl. Yuliya xanım Ramildə potensialı görərək, ona professional üzgüçülüklə məşğul olmağı tövsiyə etdi...

Ramil “Təhsil” cəmiyyətinə keçdi...

Mahmud Şahbazovun rəhbərliyi altında professional üzgüçülüklə məşğul olmağa başladı. Nəticələr yaxşılaşdı... Ramil dəfələrlə uşaqlar üçün “Şən delfin” Açıq Üzgüçülük Çempionatının qalibi olub...

Ramilin saç düzümü çox şey haqqında deyir. Olimpiada zirvəsini fəth etmək üçün irəli...

Gənc çempionun atası Əli müəllim ( keçmiş futbolçu) onun professional inkişafı üçün lazımı şərait yaradıb. Çox zaman öz hesabına onu beynəlxalq turnir və yığmalara göndərib. Demək olar ki, hər dəfə onu yarışlarda müşayiət edirdi.

Mehriban ailə həmişə Ramilə bütün başlanğıclarda dəstək olur.

2017-ci ildə Ramil üzgüçülük üzrə Azərbaycan yığmasına daxil olaraq yığmanın baş məşqçisi və texniki məsləhətçisi SergeyBondarin rəhbərliyi altına keçir, o isə Ramilə İdman Ustasi adını qazandırdı...

Azərbaycan Çempionatında qələbə...

İran yarışlarında Ramil çox sevdiyi batterflyay üsulunda birinci yeri qazandı...

Növbəti beynəlxalq yarışlar və yenə də qalibiyyət kürsüsü.

Ramil həmçinin sərbəst üsulla 400 m. və 1500 m. distansiyalarda yüksək nəticələri əldə etdi...

Ramil ÇEMPİON oldu!!!

Bəs sən hazırsan? Sən idmançının enişli-yoxuşlu yolunu keçməyə hazırsan? Gündə iki dəfə məşq etməyə hazırsan? Həftədə 100 km. üzməyə hazırsan? Bir çox təntənəlimərasimlərdən imtina edib kilometrləri artırmağa hazırsan? Hazırsansa bunlara diqqətliliyi,  məqsədəçatmanı, intizamı, iş qabiliyyətini, fədakarlığı əlavə et və USTA olmaq üçün basseyna get!!!

P.S. Biz bu məqaləni bir neçə səbəbdən yazdıq:

  1. Ramil Vəlizadəyə, onun valideynlərinə, məşqçilərinə özünü doğruldan ƏMƏKLƏRİNƏ görə minnətdar olmaq üçün.
  2. Ramilin timsalında biz gənc idmançılaravə onların valideynlərinə Azərbaycanda 14 yaşında İdman Ustası olmaq mümkün olduğunu göstərmək üçün. Bunun üçün MƏŞQ ETMƏK, İNADLA qələbəyə doğru getmək lazımdır...
  3. Ramilin timsalında görürük ki, müştərək (əlavə, müntəzəm) iş öz nəticəsini verir. Bu səbəbdən biz məşqçilərin, idmançıların, valideynlərin timsalında Azərbaycan Üzgüçülük sahəsinə gənc idmançıları seçərək İdman Ustasına çevirmək üçün vahid bir sistemdə birləşməsini arzulayırıq. Bu isə bütün tərəflərin dialoqu və qarşılıqlı əlaqələr nəticəsində mümkündür.

ÇEMİONUMUZUN gələcək uğurlarını izləyirik. Sənə müvəffəqiyyətlər arzulayırıq, Ramil!