Günün mövzusu

Bu yaxınlarda demək olar ki, bütün kütləvi informasiya vasitələrində Gənclər və İdman Nazirliyində Avropa Üzgüçülük Federasiyası (LEN) və Azərbaycan Üzgüçülük Federasiyası (AÜF) arasında deklarasiya imzalanması mərasimi keçirildi.

Bu tədbir televiziya kanalında işıqlandirilmişdir.

Mətbuatın məlumatına görə tədbirdə Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov, LEN-in Prezidenti Paolo Barelli, AÜF-ün Prezidenti Xanlar Fətiyev və başqa rəsmi şəxslər iştirak etmişdir.

Azad Rəhimov qeyd etdi ki, Paolo Barelli təkcə LEN-in Prezidenti deyil, həmçinin İtaliya Üzgüçülük Federasiyasının Prezidentidir. Bu iki ölkənin federasiyaları arasında səmərəli əlaqələrin inkişafı üçün imkan yaradır. Nazirin fikrincə bu sazişin imzalanması təkcə üzgüçülükdə deyil, həmçinin başqa su idman növlərinin arasında sıx əməkdaşlığın inkişaf etməsinə imkan yaradacaq.

Cənab Rəhimov həmçinin qeyd etdi ki, LEN-in Prezidenti ilə Azərbaycanda beynəlxalq yarışların keçirilməsi haqqında müzakirələr aparıldı. Hansı yarışların nə zaman keçiriləcəyi ölkənin rəhbərinə məruzə edildikdən sonra açıqlanacaq.

nabBarelliöz tərəfindən qeyd etdi ki, tərəflər uzunmüddətli əlaqələri təşkil edir. O Azərbaycan üzgüçülüyündə böyük potensial gördüyünü dedi.

LEN-in Prezidenti həmçinin qeyd etdi ki, Su İdman Sarayın mövcudluğu yerli idmançıların yüksək səviyyədə çıxış etmələri üçün zəmin yaradır. Paolo Barelli Azərbaycan və İtaliya idmançıları  ilə müştərək yığmaların keçirilməsi və həmçinin məşqçi və hakimlərin beynəlxalq yarışlarda iştirakı haqda arzusunu bildirdi. Ölkəmizdə böyük turnirlərin keçirilməsi Barellinin arzularından biri idi.

AÜF-ün prezidenti kimi Xanlar Fətiyev Azərbaycanda 40- dan artıq Olimpiya komplekslərinin və 1200 idmançıdan artıq məşq etdiyi Su İdman Sarayının olmasını iştirakçıların nəzərinə çatdırdı. Ümumiyyətlə su idman növləri ilə 5000-dən artıq insan məşğul olur.

Görüşün sonunda LEN və AÜF-ün Prezidentləri əməkdaşlıq haqqında deklarasiya imzaladı.

Rəsmi hissə ilə tanışlıqdan sonra bu hadisəni daha geniş nəzərdən keçirək.

  1. Bu cür yüksək səviyyəli qonağın ölkəmizə gəlməsi birmənalı olaraq su idman növləri üçün mühüm hadisədir. Birdən birə LEN-lə əməkdaşlıq haqda deklarasiyanın imzalanması və İtaliya Üzgüçülük federasiyası ilə əlaqələrin qurulması. Bu hadisənin Azərbaycan Üzgüçülük tarixində müsbət fakt hesab edirik və inanırıq ki, rəhbərliyimiz deklarasiyanı həyata keçməsini gecikdirməyəcək.
  2. Sonra Azad müəllim çıxış etdi. Çıxışi mövzu ilə əlaqədar və qısa idi.O qonağa hörmətlə yanaşaraq görüşü əsl sahib kimi təşkil edib keçirdi.
  3. Sonra qonaq nəzakətlə, təmkinlə gələcək əməkdaşlığın perspektivlərini nəzərə alaraq çıxış etdi.
  4. Xanlar Fətiyevin çıxışı.

Əvvəlcədən qeyd edək ki,biz Xanlar müəllimi tənqid etmirik. Biz onun gətirdiyi faktları tənqid edirik. Biz bu faktları Federasiyanın rəhbərliyi tərəfindən ona təqdim edən insanları tənqid edirik.

Birincisi: “Azərbaycanda 40-dan artıq Olimpiya kompleksləri vardır”.

Bu belədir. Onların əksəriyyəti səviyyəli məkanlardır. Lakin yalnız  iki-üçündə üzgüçülük üzrə mütəxəssislər işləyir. Rəhbər vəzifəsini hər kəs tuta bilər, amma yalnız MÜTƏXƏSSİS məşqçi ola bilər. Buna görə qeyd edək ki,40 olimpiya kompleksləri üzgüçülüyümüzi inkişaf etdirməyəcək, çünki orada MÜTƏXƏSSİSLƏR çalışmır.

İkincisi: “Su İdman Sarayında 1200-dən artıq idmançı məşq edir”.

Bizim məlumatımıza görə 200-dən artıq deyil. İDMANÇI idmanla sistematik məşğul olan və yarışlarda çıxış edən şəxsdir. Biz hələ texniki cəhətdən düzgün üzən və müəyyən surəti və nəticələri göstərən üzgüçüdən danışmırıq.

Üçüncüsü: “Su idman növləri ilə 5000 insan məşğul olur”.

Əvvəlcə “su idman növləri” termininə aydınlıq gətirək. Bura 6 növ- idman üzgüçülüyü,  suya tullanma, sinxron üzgüçülük, açıq hövzədə üzmə, su polosu və hay-dayvinq daxildir.

Gəlin hesablayaq...

Hay-dayvinq. Su idman növlərinə yeni daxil olan bu idman növü haqqında az adam eşidib. Bu idman növü ilə Azərbaycanda heç kim məşğul olmur.

Suya tullanma qrupu fəaliyyət göstərmir.

Su polasu ilə yalnız Su İdman Sarayında 300 nəfər  (mövsümdə) məşğul olur. Onlardan 40 nəfəri pulsuz Federasiyanın hesabına bu idman növü ilə məşğul olur.

Açıq hövzədə üzmə ilə rəsmi olaraq heç kim məşğul olmur. Amma bir neçə idmançı tanıyıram. Sayı 10 nəfərə çatar.

İdman üzgüçülüyü. Üzgüçülükdən danışırıqsa, bu su idman növü ilə 20000 artıq insan məşğul olur. Bura müalicəvi və bərpaedici üzgüçülük növləri də daxildir. İdman üzgüçülüyü haqqında danışırıqsa, bu  su idman növü ilə 1000 artıq olmayan insan məşğul olur. Onların arasında idmançıların (yuxarıda bu termini izah etmişdik) sayı 300 artıq deyil. Bunun üçün protokollara əsaslanaraq şəhər və respublika yarışlarında iştirak edən üzgüçülərinin sayını hesablamaq olar. 600-dən bir qədər artıq.

Ümid edirik ki, yaxın gələcəkdə su idman növləri kütləvi idman növlərinə çevriləcək. Kəmiyyət göstəricisi keyfiyyət nəticəsi verəcək. Su idman növləri üzrə Azərbaycan çempionatlarında  ölkənin bütün  bölgələrindən olan idmançılar iştirak edəcək. Uşaqlarda su idman növləri ilə məşğul olmağa stimul yaranacaq!!!