Üzgüçülük. Rəşad Əliyev

Cavan məşqçilər haqqında danışarkən ağlımıza Rəşad Əliyev gəlir.

O üzgüçülükdə aktiv məşq və ictimai fəaliyyəti açmışdır. O Su İdman Sarayında kompleksinin açıldığı gündən məşqçi işləyir, eyni zamanda da “Sərhədçi” idman klubunun və Azərbaycan yığmasının məşqçisi kimi çixış edir. Bundan başqa Rəşad müəllim Respublika kateqoriyalı hakim funksiyalarını yerinə yetirərək bütün yarışlarda refere və ya katib rolunu oynayır. Belə ki, o Bakıdakı ilk Avropa Oyunlarında hakim idi. Bu yaxınlarda o hakimlərin seminarını keçərək FİNA-n sertifikatını aldı.

Foto: Rəşad Əliyev və onun şagirdləri Batumidə Acarıstan Açıq Çempionatında.

Onun şagirdləri həmişə respublika və beynəlxalq yarışların qalibləri olur. Amma hələ bir qədər əvvəl Rəşad müəllim onlara üzgüçülükdə ilk addımları atmağa kömək edirdi. 2016-cı ilin sonuna qədər onlar dəfələrlə Respublika Çempionatlarının, “Qızıl balıq” və “Şən delfin” turnirlərinin və həmçinin Gürcüstanda Türkiyədə keçən yarışların qalibləri olmuşdur. Qısa müddət ərzində Rəşad müəllimin yetirmələri üzgüçülüyün astanasından addımlayaraq yüksək idman dərəcələrinə qədər yol keçib. Məsələn, onun şagirdi Vəli İsrafilov çoxnövçülük üzrə Azərbaycan Üzgüçülük Çempionatında idman ustası dərəcəsini yerinə yetirərək yığmaya daxil olur və 2017-ci ildə Azərbaycanı Bakıda İslam Oyunlarında təmsil edəcək.Gənc mütəxəssisin Osman Allahverdi, Nüsrət Allahverdi, Əbdürəhman Rüstəmov, Rəşid Əlquliyev, Alina Zapolina, Aysel Süleymanova, Elvira İsmayılova kimi yetirmələri artıq Respublika yığmasının “qapısını döyür”.

Foto: Rəşad müəllimin yetirməsi Vəli İsrafilov Azərbaycan Çempionatında birinci yeri tutaraq idman ustasına namizəd adını qazandı.

Rəşad Əliyevin məşqçi fəaliyyəti 2009-cu ildə “Sərhədçi” idman kompleksində başladı. Qısa zaman ərzində o Azərbaycanda tanınmış məşqçi oldu. Birmənalı olaraq bu təkcə onun xidməti deyil, Rəşad müəllimin uğurlarında böyük pay valideynlərinə, məşqçilərinə və müəllimlərinə düşür.

Rəşad Əliyev 29 oktyabr 1985-ci ildə Bakıda anadan olub. 4 yaşında onu SKA-nın uşaq üzgüçülük qrupuna yazdılar. Azərbaycanın tanınmış mütəxəssisi Yuriy İvanoviç Solovyov onun məşqçisi idi. 1992-2003-cü illərdə o Bakı şəhərinin 20№-li məktəbində oxuyub bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə ilə bitirdib Vətənə borcunu vermək üçün Azərbaycan silahlı qüvvələrində xidmət etmişdir.

2012-ci ildə Rəşad Əliyev təhsilini davam etdirib magistr pilləsini almaq üçün Rusiyanın İdman və Turizm Universitetinə daxil olub. Magistraturada   təhsili ona hələ tələbəlik illərdə başladığı məşq fəaliyyətini davam etdirməyə mane olmadı.

İndi bu sözlər yazıldığı zaman Rəşad Əliyev hovuz kənarında məşq fəaliyyətini davam etdirir. Onun yetirmələri idman ustalarının yüksək adlarını alacaq və səyləri nəticəsində Azərbaycan bayrağının beynəlxalq kürsülərdə qalxacağı gün uzaqda deyil.

Cavan və istedadlı mütəxəssis Rəşad Əliyeva çətin məşq və pedaqoji fəaliyyətində göstərdiyi fədakarlığa və səbrə görə minnətdarlığımızı və razılığımızı bildirmək istəyirik.

Foto: Rəşad Əliyev və onun sağırdı” Şən delfin” turnirin qalibi.