Su polosu. Tahir Seyfiyeviç Əsədullayev

19 dekabr 2016-cı ildə Azərbaycanın böyük məşqçisi Tahir Seyfiyeviç Əsədullayev ömrünün 71 yaşında vəfat etdi. Su polosu üzrə Azərbaycanın əməkdar məşqçisi, böyük hərflə müəllim, Allahın bizə nəsib etdiyi tərbiyəçi idi.

Tahir Seyfiyeviç minlərlə şagirdləri yetişdirib onları üzməyi vaterpol oynamağa öyrədib. Onun gözləri qabağında onlar məktəb bitirib, orduya xidmət edib, böyük kişi olub, ailə qurub, uşaq, hətta nəvə sahibi olmuşdur.

Vaterpolçuların bir neçə nəsli onun yetirməsi olub. Tahir Seyfiyeviç təkcə məşqçi deyil, onların atası olub. Təkcə öz iki qızının yox, bütün yetirmələrinin də atası olub. O minlərlə oğlan uşaqları üçün paxan olub. O öz“oğulları” ilə danışmağa həmişə vaxt tapırdı. Hər bir şagirdinə ata ürəyini verirdi. Tahir Seyfiyeviç öz şəxsi təcrübəsinə əsaslanaraq izah edir, öyrədir, göstərirdi. Məşqçimiz bizə hər atanın oğullarına verə bilməyəcəyini verirdi. Tahir müəllim öz şagirdlərində əsil kişi xasiyyətini, özü deməyi xoşladığı kimi “ruhu” bərkidirdi.

Ürəyim ağrıyır, gözlərim yaşla doludur....amma bu önəmli deyil, yazmaq lazımdır. Yazmaq lazımdır ki, hamı onun haqqında bilsin, onun necə insan olduğunu bilsin. O necə insan idi?!? Ciddi, anlayışlı, güclü, mərhəmətli, əsil İNSAN idi. O bizi “bacarmıram sözünü” “edəcəyəm” sözü ilə, “ağrıyır və çətindir” sözlərini “istəyimə çatacağam və dözəcəyəm” sözləri ilə əvəz etməyə öyrədirdi. Tahir müəllimin bütün şagirdləri vurğulayır ki, xarakter, iradə, məqsədəyönlük, inadkarlıq və başqa keyfiyyətlər onlara bizim məşqçi, bizim Seyfiyeviç tərəfindən verilmişdir.

Tahir Seyfiyeviçin ölüm xəbəri ilə bağlı minlərlə çağırışlardan bir neçəsini təqdim etmək istərdim.

Tahir müəllimin yetirməsi: “Mənim sözüm yoxdur... O bizim hər birimizin ikinci atamız idi... bizə elə gəlirdi ki. o həmişə olacaq... o bizi indi olduğumuz kimi yetişdirdi... ələ kişi idi... biz hamımız uşaqlıqda ona oxşamaq istəyirdik... Onun yoxluğuna inanmıram... bu dəhşətdir, tragediyadır, mən şokdayam...!!!”.

Tahir müəllimin yetirməsi: Tahirrr müəllimmm...! Komandamızın oğlanları adından ailə və doğmalarına səmimi başsağlığımızı bildiririk. O həmişə bizim ən yaxşı məşqçimiz və atamız olacaq. Biz sizi çox istəyirdik, istəyirik və istəyəcəyik. Bu bizim üçün böyük itkidir!!!”

Valideyin: Tahirin doğmalarına başsağlıq bildirik. Gözəl insan idi. Çox sağ olsun ki, oğlumuzun və başqa uşaqların tərbiyəsində böyük iştirak etmişdir. Əminəm ki, onlardan əsil kişi yetişib”.

Bu sözlərə nə əlavə edə bilərəm. Bəlkə avtobioqrafiyasından bir neçə məqam:

Tahir Seyfiyeviç Əsədullayev 9 oktyabr 1946-cı ildə Bakıda anadan olmuşdur. Uşaqlıqdan Neftçi hovuzunda üzgüçülüklə məşğul olub. Su polosu qrupu açıldıqdan sonra başqa uşaqlarla birgə bu qrupa keçdi. Sonra hərbi xidmət, institut. Sonra isə həyatının uzun və vacib hissəsi olan məşqçi fəaliyyəti. Ömrünün sonunacan Tahir Sefiyeviç bizim məşqçimiz, məsləhətçimiz, atamız olub.

P.S. Qısa zaman ərzində biz Böyük Məşqçi haqqında geniş avtobioqrafik məqalə hazırlamağa, bir çox tarixi foto və video material yerləşdirməyə çalışacayıq