Yuriy İvanoviç Solovyov

Su polosu üzrə Azərbaycanın məşhur məşqçisi Yuriy İvanoviç Solovyov 5 noyabr 1946-cı ildə Bakı şəhərində anadan olub.

Üzgüçülüklə təsadüfən məşğul olmayıb. O zamanlar uşaqlar üçün xüsusi vaterpol qrupları yox idi. Vaterpolla üzgüçülük komandasının bazasında məşğul olurdular. “Neftçi” bazasında uşaqlar üçün su polosu seksiyası açılanda Yuriy İvanoviç artıq hazır vaterpolçu idi. Məhz bu idman dünyasına keçid nöqtəsi oldu.

Gənclik dövründə su polosu üzrə Azərbaycan yığmasının tərkibində məktəblilərin 1961 il Spartakiadanın qalibi oldu. Dəfələrlə Azərbaycan Çempionatlarının qalibi və mükafatçısı olub.

Məktəbi bitirəndən sonra hərbi xidmətə gedənə qədər MƏŞQÇİ qısa bir müddət tele-radio aparatura ustası işləmişdir. Həyatda hər kəsin bir məsləki var Qeysərə qeysər, vaterpolçuya vaterpol. Yuriy Solovyov hərbi xidmətə çağırıldı və idmançı-vaterpolçu kimi Qızılbayraqlı Xəzər Donanmasına xidmətə göndərildi. Həmin donanmanın su polosu klubunda oynayırdı. Klub tərkibində Sovet İttifaqı Silahlı Qüvvələrinin mükafatçısı oldu.

1965-cı ildə Bədən Tərbiyəsi İnstitutuna daxil oldu. Hələ tələbə ikən “Neftçi” idman məktəbinin məşqçisi oldu. 1970-ci ildə müvəffəqiyyətlə institutu bitirdi. 1972-ci ildə isə SKA komandasına oyunçu məşqçi təyin edildi. 80-cı illərin sonundan SSRİ –in birinci liqasında oynayan ZAKVO komandasının məşqçisi oldu. 90-cı illərin ortasından su polosu üzrə Azərbaycan yığmasının baş məşqçisi oldu.

Məşq fəaliyyəti ərzində MÜƏLLİMİMİZ yaxşı işinə görə çoxlu sayda tərifnamə və təşəkkür almışdır.

Azərbaycanın “əməkdar” məşqçisi. “Əməkdar” sözü dırnaq içində yazılıb çünki onun xidmətləri sağlığında qiymətləndirilməmişdir. Rəsmi olaraq o “əməkdar” adını almamışdır. Bu qəflətən yenidənqurma və sosial durğunluq dövrünün başlanması ilə bağlı idi. Basseynlər bir-birinin arxasınca sökülürdü. Heç kimin idmanla, su polosu ilə işi yox idi.

Amma onun işinin nəticələri göz qabağında idi. Onun şagirdləri dünyada bu və ya digər yolla idmanla bağlı idı. İndiyə qədər yığmanın bünövrəsini onun yetirmələri təşkil edir. Məşqçi onlara üzməyi öyrədib, idman ustası namizədi və idman ustası adlarına qədər ucaltdı.

Ömrünün 40 ilini gənc vaterpolçularla işə verilmişdir. Yuriy İvanoviç gözə girməyə çalışmırdı. O hər gün quruda və suda idmançı xarakterini möhkəmləndirirdi. Müdrik ustadımız ən çətin zamanlarda düzgün söz tapmağı bacarırdı. Məşhur məşqçi və böyük hərflə İNSANA eşq olsun.

40 il ərzində onun üçün doğmalaşan SKA hovuzunda məşqlər apararaq yorulmadan Azərbaycan idmanının bayrağını ucaldırdı. 2007-ci ildə basseyn bağlanıb söküldükdən sonra o əllərini buraxmayıb başqa kompleksə keçərək gənc üzgüçüləri tərbiyə etməyə davam etdi.

Lakin doğma hovuzun bağlanması, idmana diqqətin olmaması, Bakıda vaterpolun “ölməsi” əziz məşqçimizin sağlamlığını ciddi sarsıtdı.

24 iyul 2010-cu ildə məşqçinin, atanın, babanın, böyük insan və pedaqoqun ürəyi dayandı.

Lakin o unudulmayıb. Onun əməlləri indi də yaşayır. Ölümündən 6 il keçdiyində də məzarında tər çiçəklər var. Onun oğlu su polosu və üzgüçülüyü aktiv şəkildə inkişaf etdirir. Onun nəvəsi 70 illik yubileyində babasının şərəfinə qol vurdu. Onun şagirdləri ustadlarının şərəfinə xatirə oyunları keçirir. Dostları, iş yoldaşları, kolleqaları ONU süfrə arxasında yad edib şərəfinə ənənəvi içki qədəhi qaldırir. Allah rəhmət eləsin!

Böyük məşqçimiz haqqında məlumatınız, fotoşəkilləriniz varsa xahiş edirik onları  Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript. ünvanına göndərəsiz.