Su polosu. Azər Babayev. Doğru ya yalan?
Redaksiyamıza Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript. istifadəçisindən məktub gəldi. Qeyd etmək istəyirik ki, başqa istifadəçilər tərəfindən verilən informasiyaya görə saytın redaksiyası məsuliyyət daşımır. Bizim üçün bunun doğru ya yalan olmasını aydınlaşdırmaq vacibdir.
Su polosu dünyasının rüsvayçılığı və qaraləkəsi
Azər Babayev necə məşqçi oldu
13 il bundan əvvəl 2004-cü ildə Azərbaycan vaterpolçuların son məkanı olan SKA hovuzu söküldü. Azər Babayev artıq o zaman “əməkdar məşqçi” Yuriy İvanoviç Solovyovu bütün doğru və əyri yollarla rəhbərlikdən kənarlaşdıraraq baş məşqçi vəzifəsini əldə etmişdir. O bunu necə etdi? Yuriy İvanoviçi ifşa edən məktublar yazdı. Nəticədə söz-söhbətin olmaması üçün nazirlik, Y.İ. Solovyovu vəzifəni bu saxtakara verməyə xahiş etdi.
2004-cü ildə Azərbaycan yığması SKA klubu ilə təmsil olunurdu, çünki başqa basseynlər hələ 90-cı illərin ortalarında bağlanmışdır. Yuriy İvanoviçin oyunçuları cənab Babayeva keçdi. Bugünkü yığmanın əsasını 10-15 il əvvəl olduğu kimi həmin oyunçular təşkil edir.
İşində pul qazanmağa üstünlük verən məşqçidən nə gözləmək olar? Azər müəllim havadan da pul əldə edirdi.
Pula olan istəyi Babayevi 8 dövlət və kommersiya təşkilatında (bu günə qədər) işləməyə təkan verdi. Bəzən maaşı bölür, bəzən bütün miqdarı alır, bəzən isə işçi təyin edib ondan faiz alırdı. Bu cür baş məşqçimiz var idi. Bu hələ son deyil. Azər Babayev özünü xəzinə oğrusu və özgələrin pulunu mənimsəyən adam kimi də göstərmişdir.
Bir neçə faktları sadalayaq:
- Xarici yarışlara aşağı səviyyəli idmançılar öz hesabına göndərilirdi, dövlətin ayırdığı pullar isə mənimsənilirdi.
- İdmançının qidasına ayrılan pullar minimum yarıbayarı mənimsənilirdi. İdmançılarımız qatarlarda öz hesablarına qidalanırdı.
- Azər Babayev hətta nəqliyyat xərclərində də qənaət edirdi. Məsələn, yığmanın oyunçularını Moskva metrosunda pulsuz istifadə etmə cəhdinə görə saxlamışdılar. Bu yeganə hal deyildi.
- İdmançıların maaşı da mənimsənilirdi. Cavan vaterpolçular cədvəldə qol çəkir, Babayev isə onların əvəzinə pul alırdı.
Hər xarici yarışdan və yığmalardan sonra Babayev yeni maşın alırdı.
Biz hələ bağın tikilməsindən, evin təmirindən, audio və video texnikasının alınmasından danışmırıq. Babayevin qaraj və bağını yoxlasaq çoxlu yığma idmançıları üçün nəzərdə tutulan idman ləvazimatı tapılar. Azər Babayev özünü su polosunun şaxı hesab edir və bu yerın onun üçün möhkəm olduğunu zənn edir.
Dəyişiklər ili
2015-ci ildə Azərbaycan yığmasının oyunçuları dözmədi. Bir yerdə toplaşıb Nazirliyə və Federasiyaya şikayət etdi. Bir neçə “müharibə” ayından sonra Azər Babayevi U 19-un məşqçisi vəzifəsinə keçirdilər. Bakıda keçirilən Avropa Oyunlarından bir qədər əvvəl baş verdi. Hiyləgər və fərasətli Babayev yenə bu oyunlarda çıxış edən yiğmanın sükanı arxasında yer aldı. Lakin yığma və onun məşqçisinin səviyyəsi “yığmamızın” xeyrinə olmayan 20—30 top fərqi ilə məğlubiyyətlə bitdi. Azər müəllimin yüksək təbəqəli himayədarları Bakı 2017 İslam Oyunlarından əvvəl su polosu üzrə menecer təyin edərək yenə ona kömək etdi.
Antipatriot
Nəhayət Azər Babayev üçün ona qarşı çıxan Azərbaycan yiğmasının oyunçuları ilə hesablaşma vaxtı çatdı. Buna cavab olaraq o Azərbaycan yığmasının mükafat yerləri tutmaması üçün əlindən gələn hər şeyi etdi:
- Əlaqələri və vəzifəsindən istifadə edərək İslam Oyunlarına qalmış o yığma oyunçularına Su İdman Sarayının hovuzunda 3 ay ərzində məşq etməyə qadağa qoymağa nail oldu.
- Yarışlara 3 ay qalmış yığmanın oyunçularına nəhayət basseyndan istifadə etməyə icazə verildi. Lakin bunun üçün istifadəyə 22 metrli suya tullanma üçün nəzərdə tutulan hovuz verilmişdi. Halbuki vaterpol oyunları33 metrli basseynda keçırilir!!!
- Yarışlara 3 həftə qalmış yığma komandasını qida və yaşayış şəraiti yaxşı olmayan Şirvan şəhərinə yığmalara göndərdilər.
- Yarışlara 3 gün qalmış yığma vaterpol arenasında məşq etmək üçün icazə istədi. Amma Azər Babayev mühafizə xidmətini çağıraraq buna əngəl olmağa çalışdı. Nəticədə komanda konvoy ilə basseyndan çıxarıldı.
- Komandaların rəsmi məşqləri günü Babayev Azərbaycan yığmasına məşq üçün 1 saat verdi, halbuki İran və Türkiyə komandalarına 1.5 vaxt verilmişdir.
- Su polosu üzrə hakimlər bir qayda olaraq təşkilatçı ölkənin komandasına kömək edir. İslam Oyunlarında hakimlər əksinə komandamızın xallarını azaldlrdı. Dərhal cənab Babayevin “Hakimlər mənimdir, onlar sizi qalib olmağa qoymayacaq” sözləri yada düşdü.
- Azərbaycan yığması top vuranda Babayev qaşqabaq olurdu, rəqiblər vuranda isə əl çalırdı.
Maraqlıdır, görəsən Azər Babayevin müsbət cəhətləri yoxdur? Axı dünyada tamamilə pis insanlar yoxdur. Azər Babayev də istisna deyil.
- O ailəcanlıdır, yaxşı atadır. Oğlu nəinki oynaya, heç yaxşı üzməyə bacarmasa da o onu su polosu üzrə idman namizədi etdi. Əslində o həmin yolla, yəni himayədarlarının dəstəyi ilə əməkdar məşqçi olmuşdur.
- Onu yaxşı danışıq qabiliyyəti var. O yalan danışmağı və söz verməyi sevir. Qəribə olsa da insanlar ona inanır. Babayev elə səmimi sifət ala bilir ki, insanlar onun mələk olduğunu deyir. O hətta ağlaya da bilər. Ona necə inanmamaq olar?
Son söz
Azər Babayev su polosunda qalsa təəssüf ki, Azərbaycanda bu idman növü heç bir zaman yüksək səviyyədə olmayacaq...
SU polosu üzrə seminar “JARDAN CAMP TBİLİSİ”
Su polosu. Tahir Seyfiyeviç Əsədullayev