Yana Ramisovna Xasyanova

Uşaqlıqdan tanıdığın insan haqqında yazanda keçmişdə olan hadisələr canlanır. İndi də gözümün önündə gənc Yana SKA basseynində kilometrləri ötürür. Yana növbəti yarışların qalibidir. Yana qaçış meydançaşındadır. Yana institutdadır. Yana məşqçidir. Nəhayət Yana anadır.

İdmançı Yana

Yananın idman karyerası 1983-cü ildə onu SKA basseyninə götürən vaxtdan başlayır. İlk günlərdən o özünü işgüzar və dözümlü üzgüçü kimi göstərdi. Onun tərbiyəçisi əməkdar məşqçi Şemarova Lyudmila İvanovna onu stayer dəstəsinə teyin etdi. O vaxtdan da başladı Yarışlar.... Yarışlar... Şəhər çempionatı. Respublika çempionatı. Silahlı qüvvələr çempionatı. Yana həmişə qaliblər kürsüsündə idi. İdman ustası oldu. Az adam bilir ki, o İslam Oyunlarının qalibidir.

Məşqçi Yana

1994-cü ildə Yana Azərbaycan Dövlət Bədən Tərbiyəsi Universitetinə daxil olur və 4 ildən sonra oranı fərqlənmə ilə bitirir. Universitetə daxil olduqdan sonra o doğma SKA hovuzunda iş fəaliyyətinə başlayır. 10 ildən sonra SKA basseyni bağlanır və Yana kommersiya hovuzunda işə başlayır. Onun işdə yorumsuzluğu, əsl professionallığı  və yüksək işgüzar və şəxsi keyfiyyətləri öz bəhrəsini verməməyə bilməzdi. Bu gün Yana Azərbaycanın ən yaxşı uşaq məşqçilərindən biridir, hətta qadınlar arasında üzgüçülük üzrə ən yaxşı məşqçidir. (qoy qadın məşqçilər inciməsin). Yana, necə deyirlər, işində “yanır”. Basseyn, üzgüçülük onun sevimli məkanıdır, burada o özünü balıq suda hiss etdiyi kimi hiss edir (tavtologiyaya görə bağışlayın). Buna görə o öz şagirdlərindən bütün güclərini sərf tələb edir, necə o öz həyatını üzgüçülüksüz təsəvvür etmir, eləcədə o uşaqları suyu sevməyə, təkmilləşməyə, öz nəticələrini yaxşılaşdırmağa öyrədir. Qeyd etmək lazımdır ki, o bu işdə nailiyyətlər qazanıb, onun şagirdləri dəfələrlə uşaq yarışlarının qalibləri və mükafatçıları olub. Onun üzgüçüləri nəinki texniki hazırlığın yüksək səviyyəsi ilə, həmçinin yüksək iş qabiliyyəti ilə və qələbəyə sarsılmaz iradələri ilə seçilir.

Tərbiyəçi Yana

Hər şeydən əlavə Yana nəinki, yaxşı məşqçi öz işinin bilicisi, həmçinin gözəl tərbiyəçidir. Uşaqlar onun üçün öz ambisiyalarını həyata keçirmək üçün vasitə deyil, onlar öz arzuları, fikirləri, hissləri olan canlı insanlardır. Yana balaca uşağa  diqqət yetirməyin, onun şəxsiyyəti ilə maraqlanmağın vacib olduğunu anlayır. Yana xanım uşaqlarla dil tapmağı yaxşı bacarır və onlarla yarışlardan kənar da çox vaxt keçirir. Şən, mehriban üzgüçü uşaqlar kompaniyasını sevimli məşqçiləri ilə başda dənizkənarı parkda, akvaparkda, botanika bağında, Xəzər dənizini hər hansı bir çimərliyində görmək olar. Şəhərdə üzgüçülük üzrə beynəlxalq yarışlar (İlk Avropa Oyunları, İslam Oyunları), hətta böyüklər arası Üzgüçülük üzrə Çempionat keçirilirsə Yana öz yetirmələri ilə tribunanın ilk sıralarını tutur. Beləcə o uşaqları böyük idmana alışdırır onlara məşqləri davam etdiyi, işlərinə bütün ciddiyyətlə yanaşdığı halda neçə məşhur üzgüçülər ala biləcəklərini təsəvvür etməyə imkan yaradır. Yana uşaq qəlbinin incəliklərini bilən və anlayan yaxşı psixoloqdur (əbəs yerə, o institutu qırmızı diplomla bitiməyib). Bu səbəbdən uşaqlar öz məşqçiləri Yana xanımı səmimi qəlbdən sevirlər və ona çox bağladırlar.

Ana Yana

Öz balaca qızını Yana sevimli idman növünə gətirdiyi haqda qeyd etməmək olmaz. Qız başqa uşaqlarla birgə əla üzməyi bacarır və yarışlarda birinci yerləri tutur. Əlbəttə Yana öz qızı və  bütün çoxsaylı başqa uşaqları ilə fəxr edir və onların anası - Ana Məşqçisidir.

Bu gün Yana iki basseyndə çalışır və gələcək çempionları hazırlayır.