Pyort Anatolyeviç Kuvşinov

Pyort Ivanoviç Kuvşinov 30 noyabr 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 5 yaşı olanda valideynləri onu “Neftçi” idman seksiyasına yazmağa qərar verdi. Əlbəttə birinci növbədə körpənin sağlamlığının və ümumi fiziki vəziyyətinin möhkəmləndirilməsi məsələsi dururdu, axı hamı üzgüçülüyün bu işdə böyük rol oynadığını bilir. Kiçik Pyotr,demək olar ki, ilk məşqlərdən yüksək nəticələr qazanmaq üçün çox səylə məşq edərək özünü perspektivli idmançı kimi göstərmişdi. Bu nəticələr də özünü çox gözlətmədi. Uşaq bir neçə dəfə nəinki Bakının, həmçinin respublikanın çempionu olmuşdur.

13 yaşına qədər Pyotr üzgüçülük ilə məşğul olur, sonra isə o su polosu qrupuna keçir. (bu idman növü çoxdan onu öz dinamikliyi, sürəti, həmçinin əsl kişi keyfiyyətlərini göstərmək imkanları ilə cəlb edirdi).

Vaxtilə ona üzgüçülük üzrə çempion olmağa kömək edən idmançı xarakterinə, inadkarlığa, yüksək iş qabiliyyətinə, ən yaxşı olmaq istəyikeyfiyyətlərinə görə Pyotr dəfələrlə su polosu üzrə çempion olmuşdur. 1974-cü ildə Pyotr su polosu üzrə KKF komandasına qəbul olunur. KKF komandasının tərkibində 1 il məşq etdikdən sonra o SSRİ-in  Silahlı Qüvvələr kubokunun, 1977-ci ildə isə KKF-n gənclər komandasının tərkibində o SSRİ-in Silahlı Qüvvələr kubokunun sahibi olmuşdur. Əlbəttə hətta idmandan uzaq insana da sovet vaxtında bu yarışların hansı səviyyədə olduğu aydın idi. 1978-ci ildə təcili xidmət zamanı Pyotr Murmansk şəhərinin komandasının tərkibində Rusiyanın su polosu üzrə çempionu olmuşdur. Pyotr özünü heç bir çətinliklər və uğursuzluqlar qarşısında dayanmayan, inamla irəli gedən əsl döyüşkən, təpədən dırnağacan idmançı kimi göstərmişdir. 1975-ci, 1979-cu illərdə Pyotr SSRİ xalqlarının spartakiadası kimi nüfuzlu yarışların iştirakçısı olmuşdur. 1980-1985-ci illərdə Qafqaz  Hərbi dairəsinin su polosu üzrə yığmasının oyunçusu oldu. Çoxsaylı xidmətləri, reqaliyaları və həmçinin yüksək peşəkarlıq və professionalizm Pyotr Kuvşinova SSRİ-in İdman Ustası adını qazanmağa kömək etdi.

1992-1996-cı illərdə Azərbaycanın bütövlüyü uğrunda Dağlıq Qarabağ döyüşlərində göstərdiyi fədakarlığı və şücaəti haqqında ayrıca danışmaq lazımdır. Burada da o  özgələrin arxasında qizlənməyərək və arxa cəbhədə oturmayaraq 7 döyüş zonalarını keçib öz kişilik və insanlıq keyfiyyətlərini göstərmişdir. Öz vətəni Azərbaycanı çox sevərək, Pyotr başqa cür hərəkət edə bilməzdir. Yaralanandan sonra o ikinci qrup əlili olmuşdur, amma bu onu dayandırmamışdır. O idmanla məşğul olmağa davam etmiş və həmçinin yetişən nəslə üzgüçülüyü və idman polosunu 17 il işlədiyi Neft Akademiyasının idman kompleksinin baseynində öyrətmişdir. Öz yetirmələrinə Pyotr Anatolyeviç Kuvşinov yaxşıların yaxşısı olmaq, öz məqsədinə doğru getmək, özünü bütövlüklə işinə sərf etmək istəyini ötürmüşdür. Başqa sözlə özü kimi əsl kişi olmağı öyrətmişdir.

2015-ci ildə Kuvşinov Bakıda keçirilən Birinci Avropa Oyunlarının su polosu üzrə hakimlər heyətinin tərkibində iştirak etməyə dəvət almışdır. 2017-ci il o İslam Oyunlarının su polosu üzrə yığmasının məşqçi tərkibində idi. Bunların hamısı bu insanın yüksək peşəkarlığı, öz işini bilməsi və əsl professionallığı sayəsində olmuşdur.

Hal-hazırda Pyotr Kuvşinov Sokarın Baki Ali Neft məktəbinin bədən tərbiyəsi  və idman kafedrasında baş müəllim vəzifəsində işləyir. Pyotr Kuvşinov əsll idmançı, gözəl, layiqli insandır!!!

60 illik yubileyinə o Azərbaycanın su polosunun inkişafında olan xidmətlərinə  görə fəxri diplomla təltif edilmişdir.Onun şərəfinə xatirə oyunu keçirilmişdi.

Su polosu. Azər Babayev. Doğru ya yalan?

Su polosu. Yuriy İvanoviç Solovyov

Su polosu. Tahir Seyfiyeviç Əsədullayev