Prostatitin müalicəsində  üzgüçülüyün faydasıProstatitin müalicəsində üzgüçülüyün faydası

Kişilərdə sidik-cinsiyyət orqanlarının ən yayılmış xəstəliklərindən biri prostatitdir. Bu problem 25 yaşdan yuxarı olan insanlarda rast gəlinir. Kişilərin əksəriyyəti prostatit zamanı fiziki yükləmələrin icazə olub-olmadığı haqqında düşünür.Həkimlər təsdiq edirlər ki, üzgüçülük, qaçış və başqa məşqlər təkcə xəstəliyin müalicəsində deyil, həmdə onun profilaktikasında kömək edir.

Prostatit zamanı kiçik-çanaq orqanlarında qan dövranı pozulur. Hərəkətlə bağlı fiziki aktivlik qan axınının yaxşılaşmasına, damar və əzələlərin möhkəmlənməsinə, immunitetin və orqanizmin ümumi tonusunun qalxmasına səbəb olur. Prostatit zamanı üzgüçülük daha effektiv məşq hesab olunur.

Xəstəliyin formalarından asılı olaraq hovuzda məşqlərin keçirilməsi.

Prostatit iki formada olur

Prostatitin iki - kəskin və xroniki formaları vardır. Xəstəliyin xarakterindən asılı olaraq kişilər üçün hovuzdan istifadə qaydaları müəyyən edilir.

Prostatin kəskin formasında üzmək və çimmək tövsiyə olunmur. Bu halda fəsadların inkişafı mümkündür. Xəstəliyin xroniki formasında müəyyən qaydalara riayət etməklə basseyndan istifadə etməyə icazə verilir. Suyun uzunmüddətli təsiri vəziyyəti çətinləşdirib xəstəliyin kəskinləşməsinə gətirə bilər.

Prostatit zamanı orqanizmdə başqa iltihabi proseslərdə olduğu kimi soyuğun az təsiri ağrıkəsici və sakitləşdirici təsir göstərir. Su hovuzda adətən 200Сartıq olmur. Ona görə sidik-cinsiyyət xəstəliklərindən əziyyət çəkən kişilər üçün üzgüçülük tövsiyə olunur.

Lakin soyuğun uzunmüddətli təsiri zamanı iltihab prosesi artıb başqa orqanlara keçə bilər. Uzunmüddətli üzmə və ya çimmə prostatit zamanı fəsadlara səbəb olur.

Xəstəliyin kəskin fazasında hər hansı su proseduraları ehtiyatla qəbul edilməlidir. Soyuq su iltihab prosesini çox intensiv aktivləşdirir. Xəstəliyin xroniki formasında həm soyuq, həm də isti suyun təsirinə icazə verilir. Yüksək hərarət qan dövranını stimullaşdırır, damarların genişlənməsinə səbəb olur. Isti hamam və iliq suda üzmə kiçik çanaqda durğunluğu kənarlaşdırır. Beləliklə prostatitin inkişafının əsas səbəbi yox olur.

Hovuz istifadəçilərinə məsləhətlər

Prostatitin xroniki forması zamanı hovuz istifadəsində aşağıdakı qaydalara riayət etmək lazımdır.

  • Üzmənin müddəti (50 dəqiqə artıq olmamalıdır);
  • Şəxsi gigiyena qaydalarına riayət edilmə (üzmədən sonra duş, təmiz alt paltarı) Bu uretraya mikrobların daxil olmasının qarşısını almağa kömək edir;
  • Aktiv üzmələr (böyük distansiyaları qət etmə kişi sağlamlığına zərər gətirə bilər). Orta tempdə, gərginliksiz üzmə tövsiyə olunur;
  • Temperaturun kəskin dəyişməsi (basseynda sərin suda üzmədən sonra çox isti duş qəbul etmək olmaz). Məşqdən dərhal sonra temperaturun tədricən sərindən daha ilığa keçməsi;
  • Xoşagəlməz hisslərin olmaması ( qarın və qasıq nahiyəsində ilk ağri simptomlarının yaranması zamanı məşqi dayandırmaq lazımdır);
  • Məşqlərin müntəzəmliyi (prostatit zamanı sistematik üzmə səhhətin yaxşılaşmasına səbəb olur). Basseydan həftədə 2 dəfədən artıq istifadə etmək tövsiyə olunmur.

Qaydalara ehtiyatla riayət etməklə hovuzdan istifadə etmək prostatitin simptomlarını kənarlaşdırmasına, əhvalın yaxşılaşmasına, kişi sağlamlığının möhkəmlənməsinə gətirir. Müntəzəm fiziki yükləmələr, sağlam həyat tərzi bütün orqanların normal fəaliyyətini təmin edir və qan dövranını yaxşılaşdırır.

Bakıda üzgüçülük

Əgər sizi Bakıda üzgüçülük dərsləri, Bakıda uşaqlar üçün üzgüçülük, Bakıda uşaqlar üçün basseyn, Bakıda böyüklər üçün üzgüçülük, Bakıda müalicəvi üzgüçülük. Bakıda professional üzgüçülük maraqlandırırsa bizimlə əlaqə saxlayın.