Ürək-damar xəstəlikləri zamanı üzgüçülük
Qidalı maddələrin və oksigenin bədinin toxuma və orqanlarına ötürülməsi ürək-damar sisteminin funksiyalarına daxildir. Bunun nəticəsində normal maddələr mübadiləsi mümkün olur. Ürək və damarlar qan axınına, orqanizmin təmizlənmə funksiyasına və həmçinin immun mexanizminin bütün proseslərinə cavabdehdir.
Ürək-damar sistemi xəstəlikləri zamanı bütün həyati vacib orqanların işi pozulur, lazımı qədər oksigen daxil olmur, qidalı maddələr yaxşı sovrulmur. Bu problemlər ciddi çətinliklər törədir və insanın halını pisləşdirir. Buna görə hər bir insan sağlamlığını qorumalı və ürək və damarları möhkəmləndirməlidir. Bunu yalnız müntəzəm fiziki məşqlərlə, düzgün qida ilə, pis vərdişlərdən azad olmaqla əldə etmək olar. Ürək-damar sistemi xəstəlikləri zamanı ən yaxşı məşq variantı üzgüçülükdür.
Üzgüçülüyün müsbət təsiri
Ürək-damar xəstəlikləri zamanı basseynda müntəzəm məşqlər orqanizmə böyük fayda verir.
- Bədənin suda xüsusi vəziyyəti (horizontal) arteriyalardan insan orqanlarına qan axınını asanlaşdırır.
- Suyun yüksək sıxlığı sayəsində təzyiq qravitasiya şəraitində orqanizmdə paylaşır, qan axını yüngülləşir və bu ürək-damar sisteminə ümumilikdə müsbət təsir edir.
- Üzmə zamanı əzələlərin ritmik yığılıb-boşalması baş verir, tənəffüs normallaşır ( o daha dərin olur), bu həmçinin qan axınını yüngülləşdirir əsas orqanın işini yaxşılaşdırır (parçalanma məhsulların kənarlaşması tənzimlənir, limfa və qanın durğunluğu azalır).
- Suda düzgün tənəffüs ürəyin daxili masajına və işləməsinə səbəb olur (nəfəs alanda ağciyərlərin ölçüsü artır və ürək əzələsinə intensiv olmayaraq basır).
- Suda hərəkətsiz vəziyyətdə əzələlərin gərgin olmaması ürək və damarların funksiyasını yaxşılaşdırır.
Üzgüçülüyün ürəyə təsiri
Basseynda müntəzəm məşqlər əzələlərin yığılıb-boşalmasını və enerji sərfini normallaşdıraraq ürəyin funksional həcmini artırır.
- Orqan və toxumalar arasında qidalı maddələrin mübadiləsinin yaxşılaşdırılması, qan həcminin artması üçün optimal olaraq hovuzda yüksək intensivli məşqlər gərəkdir.
- Ürək əzələsinin yığılıb-boşalma tezliyinin azalması: sakit vəziyyətdə ürək əzələsinin yığılıb-boşalma tezliyi nə qədər az olsa ürək bir o qədər qənaətlə işləməyər. Bu ürək əzələsinin işlənmə sürətini azaldır, ürək toxumasının həcmini artırır. Orta hazırlıq səviyyəsi olan adi adamın ürək əzələsinin yığılıb-boşalma tezliyi 55-dən 100 döyüntüyə çatır. Professional idmançılarda puls sakit vəziyyətdə 60 saniyədə 60 döyüntü təşkil edir.Basseynda müntəzəm məşqlər zamanı ürəyin yığılıb-boşalma tezliyi tədricən azalır.
- Dözümlülüyün artması: Hovuzda intensivi məşqlər zamanı puls, bir dəqiqə ərzində damarlarda dövr edən qanın həcmi, təzyiqin sistolik göstəricisi yüksəlır. Beləliklə dözümlülük artır, hətta çətin məşqlər zamanı hazırlıqlı insan yükləməyə tab gətirir.
Üzgüçülüyün damarlara təsiri
Üzgüçülük zamanı qan damarlarının vəziyyəti xeyli yaxşılaşır.
- Damarların elastikliyi və onların yığılıb-boşalma qabiliyyəti artır. Damarların divarları möhkəmləşir, damar toxumalarında maddələr mübadiləsi normallaşır. Bu xolesterinin yığılma riskini xeyli azadlır. Üzgüçülük vena divarlarına effektiv təsir edir və bu səbəbdən venaların genişlənmə zamanı tövsiyə olunur.
- Hovuzda məşqlər arteriyaların genişlənməsinə gətirir (damarların diametrini artır), bu arterial təzyiqi normallaşdırır.
- Periferik qan axını yaxşılaşır (damarların yan budaqlarının), bu orqanların kapillyar qolunu böyüdür və qidalı maddələrin mübadiləsini normallaşdırır.
Üzgüçülüyün qan tərkibinə təsiri
Basseynda məşqlər qan tərkibinə müsbət təsir edir. Suda qanın forma elementlərinin, göstəricilərinin maksimal miqdarı məşqdən 1.5-2 saat sonraya təsadüf edir. Hovuzda müntəzəm hazırlıq qan tərkibinin uzun müddətə yaxşılaşmasına imkan verir.
Üzgüçülük ürəyin fəaliyyətini yaxşılaşdıraraq (onun effektivliyini və gücünü), periferik damarlarla qan dövranını normallaşdıraraq, toxuma və orqanlar arası maddələr mübadiləsini stabilləşdirərək ümumiyyətlə bütün orqanizmə müsbət təsir edir. Ürək-damar xəstəliklərinin müalicəsi zamanı üzgüçülük vacib rol oynayır. Basseynda məşqlər patologiya və fəsadların inkişaf riskini azaldaraq,ürək-damar xəstəliklərinin profilaktikasında da məsləhət görülür.
Bakıda üzgüçülük
Əgər sizi Bakıda üzgüçülük dərsləri, Bakıda uşaqlar üçün üzgüçülük, Bakıda uşaqlar üçün basseyn, Bakıda böyüklər üçün üzgüçülük, Bakıda müalicəvi üzgüçülük. Bakıda professional üzgüçülük maraqlandırırsa bizimlə əlaqə saxlayın.
Facebook: Azərbaycan Üzgüçülük KLUBU
Email: Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript.
Tеl.: (99450) 600 44 20 - WhatsApp
Tеl.: (99455) 600 44 20
Tеl.: (99470) 600 44 20