Müalicəvi üzgüçülük

Üzgüçülük aktiv və sağlam həyat tərzi üçün əla vasitədir. O orqanizmə böyük fayda verir, kompleks terapiyada isə böyük müalicəvi effekt almağa imkan verir. Üzmə zamanı insanın bütün orqan və sistemləri işləyir. Basseyndakı məşqlər standart güc hərəkətlərinə bərabərdir.

Müalicəvi üzgüçülüyün xeyri

Müxtəlif fiziki hazırlıq səviyyəsi olan insanlara sağlamlığı yaxşılaşdırmağa kömək edir. Suyun sıxlığı hava sıxlığından artıq olduğuna görə fiziki yükləmələr hovuzda daha asan keçirilir, əzələlərin möhkəmlənməsi və yağların əriməsi daha tez baş verir.

Üzmə zaman aşağıdakı əzələ qrupları işləyir:

  • Bel,
  • Əllər,
  • Çanaq,
  • Sağrı
  • Çiyin nahiyəsi,
  • Qarın

Basseynda məşqdən sonra qan dövranı sisteminin işi stabilləşir. Təzyiq normallaşır, ürək-damar xəstəlikləri praktiki olaraq yox olur. Damarlar elastikləşir, ürək ritmi stabilləşir. Basseynda müntəzəm məşqlər zamanı tənəffüs sisteminin fəaliyyəti yaxşılaşır, ağciyərlərin böyük sahəsi işlək vəziyyətdə olur. Bu qan axınını yaxşılaşdıraraq qanı oksigenlə daha intensiv təmin edir. Bundan başqa üzgüçülük immuniteti və ümumi vəziyyəti yaxşılaşdıraraq orqanizmi möhkəmlədir.

Müsbət müalicəvi effekt almaq üçün həftədə 2 dəfədən az olmayaraq basseynda məşq etmək lazımdır. Məşqin müddəti 40-50 dəqiqə olmalıdır. Məşqləri daha ilıq sudan başlayaraq tədricən soyuq (25 0С) suya öyrəşmək lazımdır. Məşqdən əvvəl quruda əzələlərin işlək vəziyyətə salınması üçün hərəkətlər etmək gərəkdir. Əzələlər işinmiş, amma yorğun olmamalıdır. Bu orqanizmin tonusunun və dözümlülüyünün yüksəlməsini təmin edər.  

Müalicəvi üzgüçülük məşqlərinin göstəriciləri

Müəyyən xəstəliklər zamanı həkimlər hovuzda müntəzəm məşqlər etməyə məsləhət görür.

  • Onurğa sütununun patologiyaları (osteoxondroz, fəqərə arası yırtıq və başqa xəstəliklər);
  • Oynaqlara olan problemlər;
  • Tənəffüs sisteminin xroniki xəstəlikləri (bronxit);
  • Damarların varikoz genişlənməsi;
  • Vegeto-damar distoniyası;
  • Ateroskleroz;
  • Ağciyər xəstəlikləri (astma);
  • Qamətin pozulması.

Müalicəvi üzgüçülük orqanizmin gərginlikdən azad olması ilə müşahidə olunan oynaq, əzələ və ürəyin əla işlədilməsidir. Onurğa sütununda ciddi problemləri olan şəxslərə, xüsusilə fəqərə arası yırtıq olduqda fiziki yükləmələr qadağandır. Hovuzda olan məşqləri isə hər bir həkim dəstəkləyər. Üzmə zamanı onurğa sütununa güc düşmədən bütün bel əzələlərinin intensiv işlənməsi baş verir.

Müalicəvi üzgüçülüyün demək olar ki, heç bir əks göstəriciləri yoxdur. O dayaq-hərəkət aparatının kompleks terapiyasında harmonik fiziki yükləməni təmin edir. Üzgüçülük hamiləlik, piylənmə və başqa xroniki xəstəliklər zamanı böyük fiziki yükləmələr qadağan olan şəxslər üçün uyğundur.

Müalicəvi üzgüçülüyün xüsusiyyətləri

Dayaq-hərəkət aparatının xəstəlikləri zamanı kompleks terapiyada proseduralar variantı kimi istifadə olunur. Basseynda pasient koordinasiyalı hərəkətləri ciddi şəkildə  yerinə yetirdikdə terapevtik effekt almaq mümkündür. Əks halda bu müalicəvi idman deyil, onurğa sütununa və əzələlərə təsir etmədən suda adi üzmə olacaq.

Müxtəlif xəstəliklər zamanı müalicəvi üzgüçülük hərəkətlərinin metodikası və seçimi, yükləmənin səviyyəsi və məşqlərin intensivliyi hər bir konkret halda individual formada müəyyən edilir. Pasientin yaşı, xəstəlik tarixçəsi, ümumi fiziki və emosional vəziyyəti və hazırlıq səviyyəsi nəzərə alınır.

Müalicəvi üzgüçülük müəyyən qaydalara ciddi riayət etməklə yerinə yetirilməlidir

  • Hərəkətlərin yerinə yetirilmə ardıcıllığı. Əvvəlcə suda sadə hərəkətlər öyrənilir, tədricən mürəkkəb hərəkətlərə və yükləmənin artmasına keçid edilir.
  • Məşqlərin müntəzəmliyi. Müalicəvi təsiri almaq üçün həftədə 3 dəfə sistematik, müntəzəm məşqlər etmək lazımdır. Bu zaman ərzində hərəkətin formalaşması, fiziki dözümlülüyün inkişafı və əzələlərin möhkəmlənməsi baş verir.
  • Yerinə yetirilməsi mümkün olan hərəkətlərin edilməsi. Suda hər bir hərəkət yerinə yetirilməlidir. Buna görə hərəkətlərin hərtərəfli edilməsi üçün pasientin hazırlıq səviyyəsini nəzərə almaq lazımdır. İnsan yerinə yetirilən işdən məmnuniyyət hissi duymalıdır.
  • Hərəkətin nümayiş edilməsi. Məşqçi hərəkətin düzgün icrasını, texnikası göstərməlidir.
  • Hər bir pasientə onun xüsusiyyətlərini nəzərə alaraq individual yanaşılmalıdır.

Üzgüçülük qamət pozğunluğu, xüsusilə skolioz zamanı tətbiq edilir. Bu halda onurğa sütununun düzgün vəziyyəti formalaşır, bəzən isə döş qəfəsi deformasiyasının korreksiyası baş verir. Tənəffüs daha dərin və normal olur, əzələ gücü artır, orqanizmin ümumi tonusu yüksəlir. Qamət pozğunluğu zamanı müalicəvi üzgüçülüyün iki əsas effekti var: bel fəqərəsinin korrektə edilməsi və bədənin möhkəmlənməsi. Hovuzda suyun hərarəti 28 0С aşağı olmamalıdır. Bu tip xəstəliklər zamanı optimal üzgüçülük üsulu sinə üstə brassdır. Məhz bu üsul zamanı bədən suda sabit və düz vəziyyət alır. Artıq hərəkətlərin sayı minimal olur. Krol və batterflyay stillərini çox istifadə etmək məsləhət deyil, çünki bu halda bel nahiyəsində hərəkətlər baş verir. Lakin bu üsulların elementləri məşq zamanı istifadə edilə bilər. Üzmə hərəkətləri skoliozun dərəcəsinə və pasientin sağlamlığının ümumi vəziyyətinə uyğun müəyyən edilməlidir.

Düzpəncəli pasientlər vertikal müstəvidə qayçıyaoxşar krol üsuluna uyğun ayaq hərəkətləri etməlidir. Bu zaman pəncə əzələlərinə təsir daha yüksək olur. Döş qəfəsi quruluşunun pozğunluğu zamanı məşqə əllərin suyun üzərindən keçirilməsi olmadan, yəni klassik üsulun yarı avar hərəkəti ilə batterflyayın elementlərini məşqə əlavə etmək olar. Ayaqlar bu halda çiyin nahiyəsinin çox əyilməsinə imkan verməmək üçün brass üsulunun hərəkətlərini yerinə yetirməlidir.

Müalicəvi üzgüçülük üzmə və fiziki hərəkətlərin müxtəlif komplekslərini nəzərdə tutur. Müxtəlif üzgüçülük üsulları və ya onların ayrı elementləri istifadə oluna bilər. Bəzən pasientin müalicəsinə kömək etmək üçün məşq zamanı suda asimmetrik vəziyyəti almaq üçün lastlardan və başqa ləvazimatdan istifadə etmək olar. Müalicəvi üzgüçülük zamanı suda olan düzgün pozaya xüsusi diqqət yetirmək lazımdır. Hər hansı bir hərəkətin yerinə yetirilməsi zamanı pasient korrektə edilmiş vəziyyət almalıdır.

Müxtəlif problemlərin, xüsusilə döş qəfəsində olan patologiyaların aradan götürülməsində basseynda həmçinin tənəffüs məşqlərinin böyük əhəmiyyəti var. Tənəffüs hərəkətləri zamanı orqanizmin tənəffüs əzələləri formalaşır, ağciyərlərin fəaliyyəti yaxşılaşır qan dövranı sistemi stabilləşir. Məşq zamanı suyun altında uzun müddət olmaqla suya baş vurmaq və qısa məsafələrə yüksək sürətlə üzmək çox fayda gətirir. Hərəkətlərin düzgün yerinə yetirilməsi və müsbət emosional ruh uğurun zəminidir.

Bakıda müalicəvi bədən tərbiyəsi. Bakıda müalicəvi üzgüçülük. Professional instruktor. İndividual və qrup şəkilində olan məşqlər. Tel.: (055) 827-36-46; (050) 451-74-17