Su vasitəsi ilə bədənin möhkəmlənməsi

Sağlamlığın yaxşılaşdırılmasında ən effektiv və asan üsul soyuq su vasitəsi bədənin möhkəmləndirilməsidir. Bədənin möhkəmləndirilməsi suyun axıdılması, duş qəbulu, bədənin soyuq suda yaş edilmiş dəsmalla silinməsi, çimmə daxildir. Bu metodun əsas üstünlükləri onun təbii, natural, xoştəsiredici olmasındadır.

Su proseduralarına səhər yerinə yetirmək lazımdır. Yuxudan sonra su orqanizmin oyanmağına və aktiv işləməyinə kömək edir.

Adi soyuq su ilə müalicə

Soyuq suya girmə zamanı 1.5 dəgigə ərzində şok təsiri dəf edib orqanizm istinin nizamlama mexanizminə nəzarət edən əlavə ehtiyatlarını qoşur. Damarlar yığılır, hərarət düşür, daxili orqanlara qan axını yaxşılaşdırılır.

Bədənin möhkmləndirilməsi üçün soyuq suyun istifadəsi orqanizmdə tədricən aşağıdakı proseslərə yol açır:

  • Daxili mübadilə proseslərini aktivləşdirir;
  • Artıq piy əriyir;
  • Çəki azalır;
  • Qanda şəkərin səviyyəsi aşağı düşür;
  • Hormonların xüsusilə sevinc hormonunun emalı artır;
  • Hüceyrələrin qocalması ləngiyir, ayrı- ayrı orqanlarda isə onların yenilməsi baş verir.

Su vasitəsi ilə bədənin möhkəmlənməsinin hansı növlərini istifadə edilir

  • Bədənin möhkəmlənməsini suyun hissiyatınıza uyğun temperaturunu seçib növbəti dəfə 1 qradus azaldaraq soyuq duşdan başlamaq olar.
  • Su hərarətinin yuxarı - aşağı dəyişməsinə öyrəşmək üçün kontrast duş da qa qəbul etmək olar. Bu +40,+45 dərəcəli isti + 10,+ 20 dərəcəli soyuq suyun ardıcıl dəyişməsi. Əvvəlcə diskomfort hiss edilir, amma onu dəf etmək lazımdır. Temperaturların fərqini tədricən dəyişmək lazımdır. Proseduranı soyuq su ilə bitirmək lazımdır. Kontrast duşu ürək-damar sistemi xəstəlikləri və pis qan dövranı olan insanlara etmək olmaz. Kontrast duş etmədən həkimlə məsləhətləşmək lazımdır.
  • Soyuq suyun bədənə axıtması. Proseduranı bədənə xoş olan ilıq sudan başlamaq lazımdır. Temperaturu tədricən azaltmaq lazımdır. Su axıtma zamanı dəri reseptorları soyuq suyu qəbul edərək zəncirvari şəkildə onu mərkəzi sinir sisteminə, oda öz növbəsində beyinə ötürür. Nəticədə dəridən qan axını daxil orqanlara yayılır. Mübadilə prosesi işə salınır. Sonra qan yenə dəriyə qayıdır və onu qidalandırır, yeniləyir.
  • Payızda havanın hərarəti + 10, +15 olanda üzgüçülüklə məşğul olmaq lazımdır. Üzməyi yaydan başlayıb temperaturun aşağı düşməsinə özünü tədricən alışdıraraq psixoloji həddi aşmaq lazımdır. Mərhələlərlə yayda, sonra tədricən payızda üzmək zamanla qışda üzmək üçün maneəni dəf etməyə kömək edəcək. Bədəni soyuğa tədricən hazırlamaq lazımdır. Payızda hər bir havada isti geyimsiz hər gün yürüş etmək olar.
  • Qarın üstündə ayaqyalın gəzmək çox xeyirlidir. Bu prosedura zamanı pəncələrin bioloji aktiv nöqtələrinin masajı baş verir.
  • Bədəni qar ilə silmək dəriyə soyuq su axıtmasından və ya duş qəbulundan daha intensiv soyudur.
  • Buz örtmüş sahəni sındırıb suya girmək. 30-50 saniyə tövsiyə olunur. Bu qısa müddət ərzində bu proseduranı təzə başlayan kəslər stress keçirmir.

İsti su vasitəsi ilə bədənin möhkəmləndirilməsi

İsti su ilə də bədəni möhkəmləndirmək olar. Bu üsulu evdə də tətbiq etmək olar. O çox asandır və əlavə xərc tələb etmir. Təmiz dəsmal, isti su və istək lazımdır.

Dəsmalı yandırmayan dərəcədə isti suda yaxşıca isladıb bütün bədəni silmək lazımdır. Proseduranı arasını kəsmədən bir neçə dəfə bədənin soyumasına imkan verməmək üçün təkrar etmək lazımdır. İsti silinmədən sonra insan özünü gümrah hiss edir. Bu halda iki həftədən sonra qan dövranının inversiyası baş verəcək yəni soyuqlar zamanı damarlar yığılmayacaq və insan soyuğa kəskin reaksiya verməyəcək.

İsti silinmənin müsbət tərəfləri

  • İsti silinmələr orqanizmə daha mülayim təsir edir. Silinmələr tez və ardıcıl edildiyinə görə bədən soyumur.
  • Prosedura orqanizmə əlavə isti emal etməyə imkan verir.
  • Bu qoruyucu möhkəmlənmədir və yaşlı, zəif insanlar, uşaqlar tərəfindən də ( həkim icazə verdiyi halda) tətbiq edilə bilər.

İsti silinmələri bədənin ayrı-ayrı hissələrindən (əl, ayaqlardan) tədricən sahəni artıraraq başlamaq yaxşı olar. İlk etapda qurulanmaq üçün quru dəsmaldan istifadə etmək olar, sonralar qurulanma tələb olunmayacaq.

Əks göstəricilər

Su vasitəsi ilə bədənin məhkəmlənməsinin əks göstəriciləri varmı? Var amma çox deyil.

Ilk növbədə ürək-damar xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdır. Su proseduraları vasitəsi sağlamlaşmaq istəyirsinizsə əvvəlcə həkimlə məsləhətləşin. Aşağıdakı xəstəliklər zamanı bunları etmək olmaz:

  • Xəstəliklərdən zəifləmiş orqanizmə, xroniki xəstəliklər əziyyət çəkənlər özlərini suyun stress yükləmələrinə məruz etməməlidir. Bu halda sakit şərait daha çox xeyir gətirər.
  • Dəridə güclü qıcıqlanma olduqda;
  • Yüksək göz təzyiqində;
  • Yaşlı insanlar bədənın möhkəmləndirmə üsullarını seçərkən ehtiyatlı olmalıdır. Orqanizmi yeniləmək istəyərkən onu böyük stressə məruz etmək olmaz. Əvvəlcə həkimlə məsləhətləşib azdan başlayaraq hər gün məşq etmək lazımdır.

Su vasitəsi ilə bədənin möhkəmlənməsi ilə nəyə nail olmaq olar

Aktiv şəkildə bədəni su vasitəsi ilə möhkəmlədərək gümrah olub və həmçinin aşağıdaki nəticələrə gəlmək olar:

  • Yorğunluqdan və qıcıqlanma azad olmaq;
  • İş qabiliyyətini yüksəltmək, əhval - ruhiyyəni yaxşılaşdırmaq;
  • Selülitdən azad olmaq və ya onun təzahürünü azaltmaq ;
  • İmmuniteti yüksəltmək;
  • Arıqlamağa nail olmaq. Maddələr mübadiləsini yaxşılaşdırmaq;
  • Üz və bədən dərisini tonuslaşdırmaq. Dəri dartılır və elastik olur;
  • Ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmaq;
  • Endokrin sistemin işini normallaşdırmaq.

Su axıtmaları edərək insan fiziki cəhətdən sağlamlaşır. Bu həqiqətdir. Su insanın bioloji sahəsini təmizləyir. İnsanı neqativdən azad edərək onun energetikasına müsbət təsir edir. Suya daxil olaraq insan bütün bədənində yüngüllük hiss edir. Tənəffüs yaxşılaşır, yaşamaq, işləmək istəyirsən.

Orqanizmin su vasitəsi ilə möhkəmlənməsinin xeyri danılmazdır. Bunun üçün müxtəlif məkanları seçmək olar, əsas odur ki, su olsun.

Təbii su hövzələrində bədənin möhkəmlənməsi sağlamlığın yaxşılaşdırılmasının ən ucuz və uyğun vasitəsidir. Bizim xərclədiyimiz zaman, güclü istək, tənbəlliyin qət edilməsi, qazandığımız isə daha artıq, misilsiz olan sağlamlığımız olacaq!

Hamının çay, göl qırağına getməyə imkanı yoxdur. Məyus olmayın! Hər səhər silinmə, axıtma proseduraları etmək çətin deyil. Ən əsası istəkdir.