Paraolimpiya üzgüçülüyüParaolimpiya üzgüçülüyü

Məhdud imkanları olan idmançılar üçün uyğunlaşdırılmış yarışlar üzgüçülük üzrə Paraolimpiya Oyunlarına 1964-cü ildə daxil olunmuşdur. Qaydalar Beynəlxalq Paraolimpiya Komitəsi tərəfindən nizamlanır. Yarışlar arxa üstə, sərbəst (krol), brass, kompleks üzgüçülük və baterflay (kəpənək) üsulları üzrə aparılır.

Yarışlar 8 zolaqlı 50m.-lik su hovuzunda keçirilir. Qaydalar məhdud imkanları olan idmançıların bacarıqlarına uyğunlaşdırılaraq FİNA-nın reqlamentinə tabe olur. Üzgüçülərin startı tumbadan başlayır (arxa üstə üsulundan başqa). Bəzi kateqoriyalar üçün köməkçinin olması (zəifgörmə qabiliyyəti olanlar üçün) və ya startın suyun altında xüsusi platformada oturaq vəziyyətdən verilməsi mümkündür.

Zəif görən idmançılar şəffaf olmayan gözlüklərlə üzməyə başlayır. Yarışların digər iştirakçılarına başqa köməkçi vasitələrdən (protezlərdən )istifadə etmək qadağandır.

İdmançılar müəyyən qruplara bölünür. Arxa üstə, batterflləy(bu üzmə növü kəpənək və ya delfin də adlanır), krol (sərbəst) üsullar üzrə 10 kateqoriyalar(S1-S10).  mövcuddur. İndividual kompleks məşğələlərdə də 10 üsuldan (S1-S10).  istifadə olunur. Brass (qurbağalama, qurbağa) üzgüçülük növündə 9 kateqoriya vardır (SB1-SB9).Sıralama idmançının zədələnmə dərəcəsindən asılıdır. 1 rəqəmi zədənin ən yüksək, 10 rəqəmi isə onun ən zəif formasını bildirir.

Görmə qüsuru olan üzgüçülər görmə qabiliyyətinin dərəcəsindən asılı olaraq 3 qrupa (S11-S13) bölünür. Görmə qabiliyyəti məhdud olan idmançılar üçün aşağıdakı üsullar nəzərdə tutulur:

  1. 50m., 100m., 400m. məsafədə sərbəst üsulu
  2. 100m. məsafədə batterfləy üsulu
  3. 200m. məsafədə kompleks (qarışıq) üsulu
  4. 4*100м məsafədə sərbəst və kompleks üsullar

Dayaq-hərəkət sistemi xəstəlikləri olan idmançılar əzələ gücü, oynaqların iş qabiliyyəti, üzgüçünün koordinasiya bacarığından və travma alan ətrafın uzunluğundan asılı olaraq kateqoriyalara bölünür. Bu kateqoriyalı paraolimpiyaçılar üzgüçülüyün bütün növlərinə aid olan yarışlarda iştirak edir.

İntellektual qüsurları olan idmançılar üçün də kateqoriya (S14) nəzərdə tutulub.

Oyunlar ilkin və final üzmə yarışlarından ibarətdir. Hər üzmə məşğələsində 8 üzgüçü iştirak edir. Yüksək nəticə göstərən idmançılar final üzmədə iştirak edir.

Paraolimpiya üzgüçülüyü məhdud bacarıqları olan insanlara beynəlxalq yarışlarda iştirak etmək, nəticə göstərib medal qazanmaq imkanı verir.

Paraolimpiya üzgüçülüyü

Paraolimpiya üzgüçülüyü