Göy-Göl. 06-08.06.2018. Beynəlxalq Uşaq Paralimpiya Festivalı
6-8 iyun 2018- cı ildə Göy-Göldə Beynəlxalq Uşaq Paraolimpiya Festivalı keçirildi. Festival Azərbaycanın Demokratik Respublikasının yaranmasının 100 illiyinə aid edilmişdir.
Yarışlar paralımpik idmanının 7 növü: üzgüçülük, boçça, para taekvando, cudo, stolüstü tennis, paralimpikrəqslər və pauerliftinqüzrə keçirildi.
Festival haqqında
Festival Göy-Göl Olimpik İdman kompleksində keçirildi. Festivalda 300-dən artıq idmançı və Azərbaycan və Gürcüstandan olan nümayəndə heyəti iştirak etmişdir.
Paralimpiya idmançılarının idman kompleksinin ərazisində rahat yerləşməsi üçün bütün imkanlar yaradılmışdır. Kompleksin personalı və könüllülər məhdud imkanlı idmançılara hər bir işdə kömək edirdi. Onlar çox gülərüz, qeydkeş, mehriban idi.
Ən çox kompleksin infrastrukturu xoşa gəldi. Nümayəndə heyətin və idmançıların asudə vaxtı yaxşı təşkil olunmuşdur. Göy-Göl və Maral-gölə səyahət edilmişdir. Həmçinin yoldaşlıq futbol oyunu keçirilmişdir. Basseynə, spa zonalarına, uşaq və idman meydançalarına giriş təşkil edilmişdir.
Festivalın sponsorları olan BP Azərbaycan, Azercell və UniBank kompaniyalarına xüsusi minnətdarlıq bildiririk.
Həmçinin Paralimpiya komitəsinin rəhbərliyinə Uşaq Paralimpiya Festivalının təşkilinə görə böyük minnətdarlıq bildiririk.
Üzgüçülük
İndi isə Festivalda keçirilən paralimpiya üzgüçülüyü haqqında.
Üzgüçülük üzrə yarışlar 7 kateqoriyalarda keçirildi.
S1-S2 Kateqoriyası
1 yer- Könül Süleymanova
2 yer- Nicat Həsənov
3 yer- Həsən Əmirzadə
S4-S5 Kateqoriyası
1 yer – Xansuvar Əsgərli
2 yer – Hüseyn Əmirzadə
3 yer – Elmir Vəliyev
S6-S7 Kateqoriyası
1 yer – Əli Vəliyev
2 yer – Tuncay Həsənli
3 yer – Vasif Ağazadə
S8 Kateqoriyası
1 yer- Əli Səfərəlizadə
2 yer – Nicat Quliyev
3 yer– İntiqam Haqverdiyev
S11-S12 Kateqoriyası (qızlar)
1 yer- Ramilə Ələkbərova
2 yer - Leyla Əbdüləzizova
3 yer – Elnarə Nizamlı
S11-S12 Kateqoriyası (oğlanlar)
1 yer- İkram Əliyev
2 yer – Tural Rəcəbli
3 yer – Fərid Novruzzadə
S9 Kateqoriyasında birinci yeri
İnci Tarixli tutdu
S10 Kateqoriyasında isə birinciliyi
Məhəmməd Vəliyev qazandı
Qalib və mükafatçılara müvafiq diplom və medallar təqdim olundu.
Birincı yerləri tutan paralimpiyaçılara isə kuboklar və qiymətli mükafatlar verildi.
Turnirin Fotoşəkilləri
Festivalın Videosu