AZƏRBAYCANDA II UŞAQ PARALİMPİYA OYUNLAR

AZƏRBAYCANDA İKİNCİ UŞAQ PARAOLİMPİYA OYUNLAR

11 noyabr 2016-cı ildə Sumqayıt şəhərində İkinci Uşaq Paralimpiya Oyunları keçirildi. Oyunlar cüdo, stolüstü tennis, boççe, həndbol və üzgüçülük olmaqla, 5 idman növü üzrə təşkil olunmuşdur. Azərcell sponsor, Yunisef Azərbaycan isə Oyunların tərəfdaşı kimi çıxış etmişdir. Yarışların rəhbərliyini Paralimpiya Komitəsi aparırdı. Yarışların təşkilində Kamal Məmmədov, üzgüçülük üzrə məşqçi Faiq Əsgərov, Sumqayıt Paralimpiya Kompleksinin işçiləri və könüllülər əvəzolunmaz kömək göstərmişdir. Hər kəsə minnətdarlıq bildiririk. Yarışların təşkilatı yüksək səviyyədə keçirildi.

Sumqayıt Paraolimpiya Kompleksi

Foto: Sumqayıt Paralimpiya Kompleksi

Üzgüçülük üzrə paraolimpiya yığması parada hazırlaşır

Foto: Üzgüçülük üzrə paralimpiya yığması parada hazırlaşır

Sumqayıt yığmasının məşqçisi və baş hakim Faiq Əsgərov

Foto: Sumqayıt yığmasının məşqçisi və baş hakim Faiq Əsgərov

Birinci və ikinci kateqoriya üzrə yarışların iştirakçıları və məşqçi Anar Məmmədov

Foto: Birinci və ikinci kateqoriya üzrə yarışların iştirakçıları və məşqçi Anar Məmmədov

Yarışlar 6 kateqoriyalar üzrə keçirildi

Birinci kateqoriya USİ (ağır dərəcə)

Birinci yer: Könül Süleymanova (Bakı)

İkinci yer: Nicat Həsənov(Bakı)

Üçüncü yer: Vasif Ağazadə (Sumqayıt)

Birinci kateqoriyanın mükafatçıları 

Foto: Birinci kateqoriyanın mükafatçıları

İkinci kateqoriya üzrə USİ (orta dərəcə)

Birinci yer: Aqil Nəsibov (Bakı)

İkinci yer: Səbuhi Cahangirli (Bakı)

Üçüncü yer: Murad Qasımov (Sumqayıt)

İkinci kateqoriyanın mükafatçıları 

Foto: İkinci kateqoriyanın mükafatçıları

Üçüncü kateqoriya: Amputasiya

Birinci yer: Əli Səfərəlizadə (Sumqayıt)

İkinci yer: Ayxan Nuriyev (Ağdaş)

Üçüncü yer: Əmin Əliyarov (Sumqayıt)

Dördüncü kateqoriya Qarışıq kateqoriya (kiçik qrup)

Birinci yer: Məhəddin Hüseynli (Şəki)

İkinci yer: İntiqam Haqverdiyev (Sumqayıt)

Üçüncü yer: Yusif Muxtarlı (Sumqayıt)

AZƏRBAYCANDA II UŞAQ PARAOLİMPİYA OYUNLAR

Foto: Bu isə finiş

Beşinci kateqoriya: Zəif görən iştirakçılar

Birinci yer: İbrahim Mirzəyev (Sumqayıt)

İkinci yer: Şamil Şahov (Bakı)

Üçüncü yer: İsak Mirzəyev (Sumqayıt)

AZƏRBAYCANDA II UŞAQ PARAOLİMPİYA OYUNLAR

Altıncı kateqoriya: Qarışıq kateqoriya

Birinci yer: Murad Həbibzadə (Bakı)

İkinci yer: Kənan Muradov (Bakı)

Üçüncü yer: Novruzzadə Fərid (Sumqayıt)

İkinci Uşaq Paraolimpiya oyunlarının mükafatçıları 

Foto: İkinci Uşaq Paraolimpiya oyunlarının mükafatçıları

Bu isə video: