Su polosunda istifadə olunan terminlər

Qapının yaxın küncü –Topa sahib olan oyunçuya yaxın olan qapı küncü.

Qapıya çıxış – vaterpolçuların hücum (əkshücum) zamanı etdiyi hərəkət. Oyunçulardan biri müdafiəçidən azad olub üstünlük qazanaraq, başqa oyunçulardan aralanıb irəli çıxır və rəqibin qapısına doğru keçir.

Qapının uzaq küncü - topa sahib olan oyunçuya yaxın küncdən fərqli olaraq daha uzaq qapı küncüdür

Evə -Topa sahib olma vaxtının bitdiyinə görə komandanın hücumdan müdafiəyə keçməsini və zərbə vurma imkanından yararlanmanı ifadə etmək üçün istifadə olunan termin. Siqnal qapıçı və ya ikinci müdafiə xəttində olan oyunçu (rəqibin qapısından uzaq olan müdafiəçi oyunçu) tərəfindən öz qapılarına başqa oyunçuları buraxmamaq məqsədi ilə verilir.

Sipər - iki hücumçu vaterpolçu çarpaz trayektoriya ilə hərəkət edərək kəsişmə nöqtədə elə vəziyyət alırlar ki, hücumçulardan birinin bədəni müdafiəçilərin hər ikisi üçün sipər yaradır. Belə ki, ikinci hücumçu müvəqqəti olaraq nəzarətdən azad olur və ya müdafiəçilərdən biri kobud səhv edir və oyundan kənarlaşdırılır.

Artıq – rəqib komandanın oyunçusu kobud səhvə görə oyundan kənarlaşdırıldığından hücum edən komandada bir oyunçu artıq olur və ya müdafiəçi oyunçu geridə qalır.

Müdafiə xəttini sındırmaq - Bu termin artıq oyunçusu olan hücum edən komandaya aid edilir. Müdafiəçilərə topu əldə etməyə imkan verməmək üçün hücumçular - irəli - geri hərəkət edərkən rəqibin müdafiə səddini pozaraq, topun alınmasına əngəl törədir.

Kənarlaşma – Hərəkəti hücumçu yerinə yetirir. Bu hücum zamanı hərəkətin istiqamətinin əks tərəfə dəyişməsi ilə xarakterizə edilir. Bu məqam hücumçu müdafiəçinin nəzarətindən qaçır,ötürmə əldə etmək, zərbə endirmək və ya başqa kombinasiya keçirmək üçün sərbəst olur.

Çevrilmə - Hücum zamanı vaterpolçu öz yolunda müdafiəçi ilə rastlaşa bilər. Bu halda o müdafiəçiyə çox yaxın üzərək öz oxu ətrafında 360 dərəcə fırlanır. Bu manevr vasitəsi ilə müdafiəçini ötüb nəzarətdən azad olmaq mümkündür.

Keçid – Bu termin topun bir komandadan başqasına keçməsini bildirir. Bu aşağıdakı hallarda baş verir:qaydalar pozulduqda, top qapıya dəqiq ötürülmədiqdə və ya topa sahib olma vaxtı bitdikdə.

Birinci – Qapıya doğru birinci çıxış alan oyunçu.

Axırıncı – Öz qapısına ləng qayıdan oyunçu. O birinci qabağa çıxmağa çalışır.

Su polosuna aid olan terminlər əlavə olunacaq....