Vaterpolçunun 10 qızıl qaydası

1. Oyun zamanı vaterpolçu HƏMİŞƏ TOPU GÖRMƏLİDİR.

Bu ən əsas qaydalardan biridir. Oyun zamanı vaterpolçu həmişə topu görməlidir. Onun harada olduğunu bilməli, ön və ya yan tərəfdən onu izləməlidir. Buna görə vaterpolçular çox zaman başı yuxarı saxlayaraq üzürlər.

2. Heç bir zaman səni görməyən idmançıya topu ötürmə!

Bu əsasən cavan vaterpolçular aiddir. İllərlə bir komandada oynayan professional vaterpolçular çox vaxt gizli paslardan istifadə edir. Buna baxmayaraq bu əsas qaydadır və ona əhəmiyyət verməyəndə top keçidi olur və ya qapıya qol vurulur.

3. Topu əldə çox saxlamayın!

Bu həm yeni, həm də təcrübəli oyunçuların tez-tez yol verdiyi səhvlərdən biridir. Bu hücum vaxtını azaldır və partnyoru qorumadan azad edir

4. Topu rəqibdən bədənin qorumalıdır.

Topu həmişə rəqibdən uzaq tut! Bədəninlə özünə kömək edərək müdafiəçidən qorun.

5. Topu yaxın küncə vurma!

Qapıçının belə bir qanunu var: özünə yaxın qapıya top buraxma! Ona görə zərbələrin 70% küncə çatmır. Yaxın küncə qapıçının çata bilməyəcəyi əks tərəfdən vururlar. Qapıcını yoraraq topu çəpərdən keçirib və ya əldən ələ ötürüb uzaq küncə vurmaq daha yaxşı olar.

6. Rəqibin qapısında toplum yaratma, ”hücumu uzat”!

Hücum vaxtı çoxluq müdafiəçinin işini yüngülləşdirir və ona əks hücuma keçməyə imkan yaradır. Bir çox müdafiəçilər, və hətta komanda yoldaşları hücumçuya əngəl törədə bilər. Idmançılar yaxşı bilməlidir ki, rəqib qapısında çox oyunçu olduqda qol vurmaq yerinə topu itirmək imkanı artır.

7. Komandanın hücum zamanı qabağa, müdafiə vaxtı isə öz qapına tərəf üz!

Yaxşı vaterpolçu top onun komandasında olduqda hücuma keçər, rəqiblərin hücum zamanı isə öz qapısına qayıdar.

8. Rəqibi özünə yaxın tut!

Bir nüfuzlu məşqçi demişkən “Rəqib hər zaman sənin nəfəsini hiss etməlidir” Əli ilə müdafiəçi həmişə rəqibi aralamalıdır. Bu müdafiə elementinin bir növüdür.

9. Hərəkət et!

İdmançı həmişə hücuma və ya rəqibdən azad olmağa yönəlməlidir. Dayanan oyunçudan komandaya köməkçi olmaz.

10. Komanda yoldaşlarınla və hakimlərlə mübahisə etmə, rəqibə, məşqçilərə, tamaşaçılara hörmətlə yanaş!