Moskva. Su polosu üzrə turnir. 24-28.02.2017

2017-cı ilin may ayında Bakıda keçiriləcək İslam Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan yığması Moskva şəhərində turnir keçirdi. Yarışlar Torpedo stadionunun basseynində oldu.

Azərbaycan yığma komandasının Moskva turnirində tərkibi:

  1. Ümüd Məmmədov
  2. Emil İbrahimov
  3. Məmməd Cəfərzadə
  4. Murad Ayxan
  5. İlyas Əhmədov
  6. Tofiq Ayxan
  7. Yaşar Qafarlı
  8. Cavidan Cəlilzadə
  9. Samin Ağamirov
  10. Vadim Aleksandrov
  11. Polad Fətəliyev
  12. Elçin İbrahimov
  13. Ənvər Məhəmmədov

Turnirin nəticəsi

Turnir dairəvi sistem şəklində keçirilib.

25 fevral (birinci gün) Azərbaycan - Rusiya Çempionatının III liganın yığması, maçın hesabı 9-5

Yarışların birinci günü Azərbaycan yığması Rusiya Çempionatının üçüncü liganın yığmasına qalıb gəldi.

26 fevral (ikinci gün) Azərbaycan - Rusiya Çempionatının II liganın yığması, maçın hesabı 7-6

Yarışların ikinci günü Azərbaycan yığması Rusiya Çempionatının ikinci liganın yığmasına mətanətli mübarizədə qalıb gəldi.

27 fevral (üçüncü gün) Azərbaycan - Rusiya Çempionatının I liganın yığması, maçın hesabı 5-11

Yarışların sonuncu günü Azərbaycan yığması Rusiya turnirin ən güclü komandasına birinci divizionun yığma komandasına məğlub oldu. Bu komandanın tərkibində Olimpiya çempionları çıxış edirdi.

Turnirin nəticələrinə görə Azərbaycan yığması iki görüşü udaraq, birinı uduzaraq şərəfli ikinci yeri tutdu

Moskva Su polosu turnirindən fotoşəkillər

Moskva Su polosu turnirindən video: Azərbaycan - Rusiya Çempionatının I liganın yığması