SU polosu üzrə seminar “JARDAN CAMP TBİLİSİ”

3-16 sentyabrda Tiflis şəhərində (Gürcüstan) su polosu üzrə master klass keçirildi. Təcrübə seminarı Gürcüstanın su idman növləri Federasiyasının və Tiflis “Dinamo” vaterpol klubunun təşəbbüsü ilə keçirildi.

Master klassı Montenegronın professional “Jardan ” vaterpol klubunun məşqçisi, dünyada tanınmış mütəxəssis Srdjan Lazarevic aparırdı.

Bu gün Montenegrodan olan su polosu üzrə milli komanda dünyada ən güclü komandalardan biridir. “JARDAN” klubu isə Avropanın ən qədim və güclü klub komandalarından biridir.

Qeyd etmək istərdik ki, JARDAN” klubu son 15 il ərzində, 12 dəfə Çernoqoriya çempionu olmuş və 12 dəfə ölkə kubokunu qazanmışdır. 2 dəfə “Adriatika kubokunu” udmuş və  Avropanın ikincisi olmuşdur.

Azərbaycan su polosu üzrə komandasının baş məşqçinin vəzifəsini icra edən

Elçim İbrahimov

və Su İdman Sarayının yetirmələri, Azərbaycan yığmasının gənc oyunçuları:

Muxtar Hüseynzadə, Sənan Sadıxov, İlkin Dadaşov, Hüseyn Qulsuzadə vəAtilla Rəhimli

həmçinin master-klassda iştirak edirdi. Hər gün gənc vaterpolçular topla işləmənin yeni vərdişlərini, qapıya zərbələri məşq edirdi. Avropanın aparıcı mütəxəssisləri vaterpolçulara oyunun aparma taktikasının xüsusiyyətlərini, artıq oyunçunun üstünlüyünü, müasir tendensiyaları, effektiv müdafiə metodlarını və s. başa salırdı.

Aparıcı məşqçimiz Elçin müəllim qeyd edir: “Mən özüm böyük təcrübə qazandım. Bu 14 gün məsudlar iş prosesində keçdi. Mən məşqçi kimi özüm üçün vaterpolçuların texniki-taktiki hazırlığının ən yeni metodikalarını kəşf etdim. Mən master-klaassda olduğuma görə və Avropanın ən yaxşı məşqçinin əlindən sertifikat aldığıma görə çox şadam”.

Elçin müəllimə sertifikat təqdim olundu, gənc vaterpolçular isə onları idman peşəkarlığının yeni zirvələrinə ucaldacaq böyük təcrübə və bilik qazandılar.