Mini su polosu üzrə çempionat

15 iyun Milli qurtuluş gününə həsr olunmuş mini su polosu üzrə açıq çempionat 6-12 iyun 2018-ci ildə “Aura” idman kompleksində keçirildi.

“Aura” idman kompleksi Bakixanov qəsəbəsində yerləşir. İki ay əvvəl orada təmir işləri bitmiş və vaterpol qrupları açılmışdır. Məşqlər həftənin tək günləri 19- dan 22-yə qədər keçirilir. “Aura” idman kompleksinin direktoru Tuqsal Eliz su polosu azarkeşidir. O məmnuniyyətlə basseynii mini su polosu üzrə çempionatının keçirilməsi üçün təqdim etdi. Su polosu oyunçularının və həvəskarların adından ona dərin minnətdarlığımızı bildiririk.

Mini su polosu üzrə rəsmi turnir Bakı şəhərində ilk dəfə keçirilirdi. Çempionatda Bakıdan 4 komanda iştirak etdi.

Akvatik 1

Akvatik 2

Aura

MOİK

Yarışlar dairəvi sistem üzrə keçirildi. Turnir kəskin mübarizədə keçdi.

Çempionatın qalibləri və mükafatçıları yalnız yarışların sonuncu günündə müəyyən olundu.

Qaliblər və mükafatçılar

Supolosu üzrə Azərbaycan yığmasının məşqçisinin  Elçin İbrahimovun rəhbərliyi altında “Akvatik 1” komandası Çempionatın qalibi oldu.  Bu komandanın idmançıları Azərbaycan yığmasının fəaliyyətdə olan oyunçularıdır.

İkinci yeri Oktay Dadaşevin rəhbərliyi altında MOİK komandasının vaterpolçuları  tutdu. Bu komandanın idmançıları da Azərbaycan yığmasının üzvləridir.

Üçüncü yeri bu yaxında yaranan “Aura” komandası tutdu. Bu komanda Azərbaycan su polosu veteranları tərəfindən təşkil olunub. Su polosunun veteranları və Azərbaycan yığmasının məşqçilərindən biri Ənvər Məhərrəmov bu komandanın nominal məşqçisidir.

Dördüncü yeri Su İdman Sarayının daha bir komandası “Akvatik 2” qazandı. Bu komandanın əsasını su polosu üzrə gənclər komandasının oyunçuları təşkil edir. Bu komandanın məşqlərini də Elçin İbrahimov və Ümüd Məmmədov keçirir.

Mini su polosu üzrə Çempionatının şəkilləri