Üzgüçülük üzrə məşqçilərin seminarı
19-23 dekabr 2016-cı ildə Su İdman kompleksində Üzgüçülük məşqçilərin 1-ci Seminarı keçiriləcək. Seminar Gənclər və İdman nazirliyinin, İdmanın Su növləri Milli Federasiyasının və Su İdman Sarayının müştərək səyləri nəticəsində təşkil olunub.
Məşq seminarının keçiriləciyi tarixi, yeri və məkanı
- Seminar19, 21 və 23 dekabrda keçiriləcək.
- Seminar saat 11-dən -14-cən keçiriləcək.
- Bakı, Su İdman Sarayının konfrans zalı
Seminarı Azərbaycan Milli Yığmasının aparıcı mütəxəssisi, Ukrayna yığmasının keçmiş baş məşqçisi, Ukraynanın əməkdar məşqçisi, 2006-cı il Helsinki və Budapeşt Avropa Çempionatlarının və 2007-ci il Melburn Dünya Çempionatlarının və həmçinin 2013-cü il Dubay və 2015-ci il Melburn Yeniyetmələr arası Dünya Çempionatlarının qalibi Anna Xlestunovanın məşqçisi Sergey Vladimiroviç Bondar aparacaq.
Seminarın mövzuları
- Yarışlara bilavasitə hazırlıq;
- “Daralma” və “bilavasitə hazırlıq” terminləri;
- Üzgüçünün bilavasitə hazırlığının strukturu;
- Yarışlarda iştirak və bilavasitə hazırlığın xüsusiyyətləri;
- Yarışdan öncə mezosikldə yarışların hazırlığı;
- Yarışdan öncə mezosiklin müddəti;
- Yarışdan öncə mezosiklin yekun iş həcmi;
- Yarışdan öncə mezosiklin iş həcminin dinamikası;
- Yarışdan öncə mezosiklda məşqin məzmunu;
- Bir sıra yarışlara bilavasitə hazırlıq;
- Startdan əvvəl hazırlıq;
- Hazırlıq sistemində orta dağlıq, yüksək dağlıq və sünni hipoksiya;
- Dağ iqlimi və onun xüsusiyyətləri;
- Yüksəklik havaçatışmamazlığına insanın adoptasiyası;
- Hipoksik məşqin formaları.
Seminar iştirakçılarının sertifikatlarla təltif edilməsi
Seminardan sonra iştirakçılar aşağıdakı kateqoriyalar üzrə sertifikatlar alacaq:
Üzgüçülük üzrə heç olmasa bir idman ustası yetişdirən məşqçilər A Kateqoriyasını alacaq.
Üzgüçülük üzrə idman ustasına namizəd idmançını hazırlayan məşqçilər B kateqoriyasını alacaq.
Birinci dərəcəli iki idmançını, ikinci dərəcəli üç üzgüçünü. üçüncü dərəcəli 4 idmançını yetişdirən və həmçinin 15 uşaqdan az olmayan qrupla hazırlaşan ilkin hazırlıq məşqçiləri C kateqoriyasını alacaq.
Seminarın iştirakçıları
Seminarda iştirak üçün dinləyicilər aşağıdaki sənədləri hazırlamalıdır.
- Şəxsiyyət vəsiqəsni.
- İdman Universitetinin və ya texnikumun bitirilməsi haqda diplomu.
- 3x4 ölçülü şəkli.
- İş yerindən arayışı (dinləyicinin hal-hazırda üzgüçülük üzrə məşqçi işləməsinin qeydi ilə).
- Gənclər və İdman nazirliyinin təsdiqi ilə sifarişin orijinalını.
- Azərbaycan yığmasının baş məşqçisinin adına arayışı.
Arayışın forması
Üzgüçülük idman növü üzrə
Azərbaycan milli yığma komandasının
və Su İdmanı sarayının baş məşqçisi
Rəşad Əbdürəhmanova
Üzgüçülük üzrə məşqçi
___________________ tərəfindən
ƏRİZƏ
Yazıb sizdən xahiş edirəm ki, məni 19,21,23 dekabr tarixlərində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə keçiriləcək Üzgüçülük Məşqçilərinin 1-ci Seminarında dinləyici qismində iştirak etməyə köməklik göstərəsiniz.
Tarix: _________________ İmza: _________________