“Azərbaycan üzgüçülük klubu”nun açıq birinciliyinin

ƏSASNAMƏSİ

Məqsəd və Vəzifələr

- Azərbaycanda üzgüçülük idman növünü təbliğ və inkişaf etdirmək;

- Gənc idmançılar arasında perspektivli üzgüçüləri aşkar etmək;

- Gənc idmançıları üzgüçülük idman növü ilə müntəzəm məşğul olmağa cəlb etmək;

Yarışın keçirilmə yeri və vaxtı

“Azərbaycan üzgüçülük klubu”nun açıq birinciliyi 25 dekabr 2016-cı il tarixində “Astoria-Baku Fitness & SPA Mərkəzi” ndə keçiriləcək. Yarışlar saat 10-da başlayacaq.

Yarışın keçirilməsinə rəhbərlik

Yarışların hazırlanması, təşkil və keçirilməsinə ümumi rəhbərlik “Azərbaycan üzgüçülük klubu”nun tərəfindən həyata keçirilir.

Yarışların bilavasitə keçirilməsini “Azərbaycan üzgüçülük klubu”nun təsdiq etdiyi baş hakimlər kollegiyasına həvalə olunur.

Azərbaycan üzgüçülük klubu”nun açıq birinciliyinin əsasnaməsi

Yarışların keçirilmə şərtləri və qaydası

Yarış şəxsidir. Beynəlxalq qaydalara və hazırki təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir.

Yarışın proqramı:

oğlanlar: 50m.- batterflay, 50m.- sərbəst usul, 50m.- brass

qızlar: 50m.- sərbəst usul, 50m.- brass

Yarış üc yaş qrupunda keçirilir:

Böyük yaş qrupu – oğlanlar - 2007-ci il təvəllüd.

                              qızlar - 2008-ci il təvəllüd.

Orta yaş qrupu – oğlanlar - 2008-ci il təvəllüd.

                           qızlar - 2009-cu il təvəllüd.

Kiçik yaş qrupu - oğlanlar - 2009-cu il təvəllüd.

                          qızlar - 2010-cu il təvəllüd.

Qeyd: Yarışda iştirak etmək üçün yalnız göstərilən yaş qruplarının idmançıları buraxılır.Hər idmançı yalnız bir məsafədə iştirak edə bilər.

Mükafatlanma

Yarışda I, II, III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlarla və medallarla təltif olunurlar.

Sifarişlər

Yarış qaydalarına uyğun tərtib olunmuş sifarişlər və idmançıların şəxsi kartları yarışın başlanmasına 2 gün qalmış “Astoria-Baku Fitness & SPA Mərkəz” inə təqdim olunur. Sifarişlərdə təşkilatın möhürü və hakimin qeydiyyatı vacibdir. Yarış vaxtı idmançının şəxsiyyətini təsdiq edən sənədin olması vacibdir.

Əlaqə telefon: (050, 055, 070) 600 44 20

Email: Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript.