Batumidə Beynəlxalq Turnir (Gürcüstan, Acariya)

29-30 oktyabr 2016-cı ildə Acar Muxtar respublikasında gənclər 2001-2002, 2003-2004, 2005 və daha kiçik gənc oğlanlar və həmçinin 2002-2003, 2004-2005, 2006 təvəllüd qızlar arasında üzgüçülük üzrə açıq beynəlxalq turnir keçirildi.

Batumidə Beynəlxalq Turnir

Foto: Açıq beynəlxalq birincilik

Birincilik ”Marina” üzgüçülük hovuzunda keçirilmişdir (25m.)

Yarışların proqramı (oğlan və qızlar)

Birinci gün

50m. batterflay; 100m. batterflay; 50m. arxa üstə; 100m. arxa üstə; 200m. kompleks; 4*50 sərbəst üsul estafet

İkinci gün

50m. brass; 100m. brass; 50m. sərbəst üsul; 100m. sərbəst üsul; 200m. kompleks; 4*50 qarışıq estafet

Yarışların şərtləri

2001-2004 təvəllüd oğlanlar, 2002-2005 təvəllüd qızlar üçün 200 m. kompleks yarışlarda iştirak vacibdir. Bundan əlavə öz seçimlərinə görə hər hansı bir üzmə üsuluna aid məsafə keçə bilər.

Kiçik yaş qrupu 100m. kompleks üzgüçülük məsafəni və 50m. öz seçimlərinə görə hər hansı bir üzmə üsuluna aid məsafə keçə bilərdi.

Yarışma iştirakçısı bir gündə iki individual distansiyada iştirak edə bilərdi.

Yarışlarda Azərbaycan komandası

Azərbaycanın yeniyetmələr komandası 11 idmançı, 4 məşqçi və valideyn komitəsi ilə təmsil olunmuşdur.

Məşqçilər: Emin Aslanov, Zamir Əzizov, Faiq Əsgərov və Rəşad Əliyev

Batumidə Beynəlxalq Turnir

İdmançılar: Fuad Rəcəbli - 2001, Əlövsər Mikayılov - 2002, Vəli İsrafilov - 2002, Elman Nəbiyev - 2002, Şamil Şahov - 2004, Əlyar Cahangirbəyov - 2004, Ramil Vəlizadə - 2004, Əbdürrəhman Rüstəmov - 2006

Mükafatlar

Azərbaycanın yeniyetmələr komandası 31medal, 10 qızıl, 19 gümüş və 2 bürünc qazanmışdır.

Yarışların qaliblər

Şəxsi çıxışlarda bizim idmançılar aşağıdakı yerləri tutmuşlar

  1. Fatimə Əlikərəmova: 200m. kompleks - 1 yer, 100m. brass - 1 yer, 100m. arxa üstə - 1 yer, 100m. sərbəst üsul - 1 yer.
  2. Əlyar Cahangirbəyov: 200m. kompleks - 1 yer, 100m. sərbəst üsul - 1 yer, 100m. brass - 2 yer, 100m. arxa üstə - 2 yer.
  3. Şamil Şahov: 100m. brass– 1yer, 100m. arxa üstə - 1yer
  4. Vəli İsrafilov: 100m. brass – 1yer,
  5. İlahə Racıyeva: 100m. batterflay - 1 yer, 200m. kompleks - 2 yer, 100m. sərbəst üsul - 2 yer, 100m. brass - 2 yer
  6. Ramil Vəlizadə: 100m. batterflay - 2 yer, 200m. kompleks - 3 yer, 100м. sərbəst üsul - 3 yer
  7. Əbdürrəhman Rüstəmov: 100m. kompleks - 2 yer, 50m. batterflay - 2 yer, 50m. sərbəst üsul - 2 yer
  8. Fuad Rəcəbli: 200m. kompleks - 2 yer, 100m. sərbəst üsul - 2 yer, 100m. arxa üstə - 2 yer

Bundan başqa Azərbaycanın yeniyetmələr komandası krol və qarışıq üsullarda 2 yerə sahib olaraq 8 gümüş medalla mükafatlandlrmışdılar.