Qızıl balıq. Şağan. 10-11.03.2017

“Qızıl balıq ” turniri üzrə müşavirə

1 mart 2017-ci ildə Baki İdman Komitəsini şöbəsində növbəti “Qızıl balıq” Açıq Biçinçiliyinin təşkilatı və keçirilmə məsələlərinə dair müşavirə keçirilmişdir.

Müşavirədə aşağıdakı qərarlar qəbul edilmişdir:

1. Hakimlər kollegiyasının aşağıdakı tərkibi

Turnirin baş hakimi Mahmud Şahbazov, katibi isə Rəşad Əliyev təyin edilmişdir.

2.Turnirin keçiriləcəyi yer və məkan haqqında

Turnir Şağan İdman Kompleksində 2017-ci ilin mart ayının 10, 11-də saat 10-da keçiriləcək.

3.Yarış keçirilməsinin qayda və şərtləri haqqında

Turnirdə 2007 təvəllüddən olan oğlanların, 2008-ci - təvəllüddən olan qızların   böyük yaş qrupu və 2008-2009 təvəllüddən olan oğlanların və 2010-2011 təvəllüdündən olan qızların kiçik yaş qrupuiştirak edə bilər.

4.Yarışın proqramı

Birinci gün

Kiçik yaş qrupu oğlan və qızlar 100 metr sərbəst üsul

Böyük yaş qrupu oğlan və qızlar 100 metr kompleks üzgüçülük

Ikinci gün

Kiçik və böyük yaş qruplarından oğlan və qızların 50 metr batterflyay

Kiçik və böyük yaş qruplarından oğlan və qızların 50 metr arxa üstə krol

Kiçik və böyük yaş qruplarından oğlan və qızların 50 metr brass

Kiçik və böyük yaş qruplarından oğlan və qızların 50 metr sərbəst üsul.

Hər bir iştirakçı iki distansiya üzə bilər. Kiçik yaş qrupu uşaqlar üçün 100 metr sərbəst üsulu və böyük yaş qrupu üçün 100 metr kompleks üzgüçülüyü yerinə yetirmək vacibdır

5. Xüsusi şərtlər

İştirakçıların bildiriş və kartotekasını yarışlardan 3 gün əvvəl hakim kollegiyasının nümayəndələrinə təqdim etmək lazımdır.

Yarışların rəsmi əsasnaməsi

Qızıl balıq. Şağan. 10-11.03.2017. Fotolar

Üzgüçülük. Qızıl balıq. Şağan. 10-11.03.2017. Videolar

Protokol............