Su idman növləri üzrə Avropa Çempionatı. Qlazqo. 03.08.-12.08.2018

3-12 avqust 2018-ci ildə Qlazqoda (Şotlandiya) su idman növləri üzrə növbəti Avropa Çempionatı keçirildi. Üzgüçülük üzrə yarışlar 3-9 avqusta keçirilmişdi. Şəxsi və komanda yarışlarında 129 medal oynalındı.

Ümumi nəticədə Rusiya komandası 10 qızıl, 10 gümüş və 6 bürünc medal qazanaraq birinci yeri, Böyük Britaniya 9-7-8 medalla ikinci yeri və İtaliya 6-5-7 medalla üçüncü yeri tutdu.

Azərbaycan yığması Maksim Şamberev, Fatimə Əlkərəmova və Alsu Bayramova idmançıları ilə təmsil olunmuşdu.

Pozitiv

Maksim 400 m. distansiyada kompleks üsulunda  (4.14.77) 5-ci yeri və 200m. distansiyada batterflyay (1,56,73) üsulunda 7-ci yeri qazandı. Müasir Azərbaycan üzgüçülüyü tarixində bu ən yaxşı nəticələr idi. Bundan əvvəl ən yaxşı nəticə Avropa Çempionatında 8-ci olan Yevqeni Lazukaya məxsus idi. Maksim Şamberev şəxsi və ölkə rekordları ilə təbrik edirik.

Neqativ

 Mənfi məqamların olmamasını istərdik, amma...

  1. Azərbaycan Üzgüçülük komandası çempionatın ilk günündə yarışlara gecikdi və akkreditasiyanı keçmədi. İlk günün yarışlarında iştirak etmədi. Belə ki, Fatimə Əlkərəmova  sərbəst üsulun 50 m. və 800m. , Alsu Bayramova isə batterflyay üsulunun 100m. (idmançının əsas distnsiyası ) məsafədə çıxış etmədi. NİYƏ bu baş verdi? Deyirlər ki idmançılara viza gec verildi. Amma bizcə bu HƏQİQƏT deyil. Dünya üzrə səyahət edən idmançılar vizanı həmişə vaxtında alır. Biz düşünürük ki,  Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi öz işini KEYFİYYƏTSİZ yerinə yetirdiyinə görə viza gec alınıb və idmançılar 2018-ci il Avropa Çempionatına gecikib.
  2. Azərbaycan üzgüçülüyünün balaca ulduzu, Rio Olimpiya Oyunlarının ən gənc iştirakçısi Fatimə Əlkərəmova və həmçinin Alsu Bayramova bütün distansiyaları pis keçdi. Yəqin ki, bu hazırlıq prosesinə düzgün yanaşmanın olmaması ilə bağlıdır. Bizi əmin edirlər ki, Fatimə Buenos Ayresda (Argentina) 6-18 oktyabr 2018-ci ildə keçiriləcək Gənclər üçün Yay Olimpiya Oyunlarına hazırlaşır. Fatimə Əlkərəmova öz nəticələrini göstərsəydi, biz bununla razılaşardıq. Bu halda oktyabrda nəticələrin yaxşılaşdırılmasına ümid olardı. Fatimə Əlkərəmova  sərbəst üsulla 200m. məsafəni avqusta 2.07.93 keçdisə (onun rekordu 2.04) 2 ay sonra hər şeyin YAXŞI  olması inandırıcı deyil. 100 m.  və 400 m. distansiyaları da Fatimə şəxsi rekordlarından pis keçdi. Bu sistem səhvinə bənzəyir. Bunun müvəqqəti reqress olduğuna ümid bəsləyirik.

2018-ci il Avropa Çempionatının nəticələri ilə burada tanış ola bilərsiz.