IOG – 2018. BuenosAyres 6- 18 oktyabr 2018

6-18 oktyabr 2018-ci ildə Buenos-Ayresda (Arqentina) Üçüncü Gənclər Yay Olimpiya Oyunları keçirildi. Üzgüçülük üzrə yarışlar 7-12 oktyabrda keçirildi. Azərbaycan yığması bir idmançı Fatimə Əlkərəmova və üzgüçülük üzrə baş məşqçi Rəşad Əbdürəhmanov ilə təmsil olunmuşdu. Fatimə sərbəst üsulla 200 m. distansiyanın lisenziyasını keçən il 2.04 nəticə ilə yerinə yetirmişdi. O zaman onun məşqçisi Zamir Əzizov (bizim AÜK məşqçisi) idi. 2017-ci ildə Bakıda keçirilən İslam Oyunlarından sonra Fatimə Rəşad Əbdürəhmanov və onun köməkçisi yığmanın aparıcı mütəxəssisi Serqey Bondarin rəhbərliyi altına keçdi.

Son il ərzində Fatimənin nəticələri yaxşılaşmaq əvəzinə tədricən  pisləşməyə başladı. Nəticə 2.09 daha dəqiq  2.08.99 keçən ilki nəticədən beş saniyə az idi.

Öz üzmə məsafəsində Fatimə Əlkərəmova 6-cı yeri tutdu. Bu distansiyada ıüzmədə 36 üzgüçü iştirak edirdi. Yarışların yekununa görə idmançımız  yalnız 32-ci vaxtı göstərdi

Üçüncü Gənclər Yay Olimpiya Oyunlarında batterflyay üsulu ilə 200 m. distansiyanın lisenziyasını yerinə yetirən Alsu Bayramova da iştirak etməli idi. Amma aydın olmayan səbəblərə görə o Oyunlara götürülmədi. İnstaqramda o, bu yazını yerləşdirdi:

Alsu Bayramova: "Üçüncü Gənclər Yay Olimpiya Oyunlarında gözlyənlər üçün yazı. Aydın olmayan çoxsaylı səbəblərə görə mənə Buenos-Ayres 2018-də iştirak etməkdə imtina edildi. FİNA (Beynəlxalq Üzgüçülük Təşkilatı) məni hansısa “gözlənə siyahısına” daxil etdi (başqa heç kim bura daxil olunmadı). Bir neçə xal çatmadı.( pis üzən başqa üzgüçülərin xalları çatdı). Mənim yerim kvota üzrə iştirak edən üzgüçülərə verildi. Bu situasiyada professionallığa uyğun olmayan tərzdə apardığına görə Azərbaycan Federasiyasına "təşəkkür edirəm". Nəticədə mən Üçüncü Gənclər Yay Olimpiya Oyunlarının finalı uğrunda mübarizə apara bilmədim."