Üzgüçülük zamanı qıcolmalar

Fiziki məşqlər zamanı idmançıların çoxu əzələlərin qeyri-ixtiyari spazmalarına-qıcolmalara rast gəlir. Hovuzda üzmə zamanı da əzələ toxumasının ağrılı yığılmaları baş verir. Qıcolmalar adətən bir neçə dəqiqə davam edir, sonra gərginlik azalır, ağrı keçir, zədələnmiş ətrafda küt ağrı və diskomfort hissi qalır. Bu cür vəziyyət bir neçə gün ola bilər. Üzgüçülərdə daha çox baldır əzələlərinin qıcolmaları olur. Basseynda baş verən qıcolmalar ciddi fəsadlara səbəb ola bilər. Adi qacış zamanı ayaq qıc olursa idmançi məşqi dayandırıb əzələni isidərək işlədə bilər. Suda olan zaman bunu etmək olduqca çətindir.

Qıcolmaların əmələgəlməsinin səbəbləri

Üzmə zamanı qıcolmaların əmələgəlməsinin bir neçə səbəbi var

  1. Hədsiz fiziki yükləmə, yorulma, uzunmüddətli məşqlər. Üzgüçülük zamanı təlim edilməmiş. əzələlərin ayrı-ayrı qruplarının işlənməsi güclü gərginliyə səbəb olur. Üzgüçülük texnikasının pozulması toxuma və damarların mikrotravmalarına gətirir.
  2. Məşqdən əvvəl əzələlərin isidilməməsinə və ya bunun kifayət qədər edilməməsinə.
  3. Orqanizmdə maye çatışmamazlığı. Susuzluq orqanizmi zəiflədir, əzələ toxumasının elastikliyinin azalmasına səbəb olur.
  4. Su temperaturun aşağı olması qan damarların daralmasına səbəb olur. Onurğa sütununda problemlər olanlar və bədənində kalsium çatışmamazlığı olan idmançılar üçün.
  5. Stress gərginliyi, emosional təsir və bəzi xəstəliklər (şəkərli diabet, qalxanvari vəzi funksiyalarının pozulması, piylənmə) çox zaman damar keçirməməzliyinə səbəb olur.
  6. Üzgüçünün orqanizmində bəzi mikroelementlərin çatışmamazlığı.

Suda qıcolma zamanı nə etmək lazımdır

Basseynda qıcolma əsasən baldır əzələsində olur. Bu üzgüçünün aşağı ətraflarla təkan hərəkətləri edərkən daim pəncələrini dartması ilə bağlıdır. Suda müxtəlif elementlərin (bortdan itələnmə, çevrilmələr) yerinə yetirilməsi zamanı da ayaqlar uyuşa bilər.

Suda baldır əzələsi qıc olanda aşağıdakı hərəkətləri etmək lazımdır:

  • Mümkün qədər tez sudan çıxmaq və təmkinliyini saxlamaq. Quruda qıcolmanı dayandırmaq suda olandan daha asandır. Gərgin əzələ çox dartınır (pəncə əllə tutulur və sərt şəkildə özünə doğru çəkilir, daban isə özündən kənara dartınır. Bu vəziyyətdə bir neçə saniyə dayanmaq lazımdır) və sonra yaxşıca ovuşdurulur. Ayaqda möhkəm ağrı olmasına baxmayaraq bu hərəkəti etmək lazımdır.
  • Spazma keçdikdən sonra zədələnmiş əzələ ilə dartılma hərəkətləri etmək lazımdır. Ağrı hissindən azad olmaq üçün zədə almış yerə buz qoymaq olar (kompres 10-15 dəqiqəyə qoyulur).
  • Əzələnin artıq gərginləşməsi hissi yaranan kimi (qıcolmadan əvvəl) düz ayaqların qabanları hovuzun dibinə tam dirəyərək (dərinlik imkan verirsə) dayanmaq lazımdır.

Quruya üzməyə imkan olmadıqda aşağıdakı hərəkətləri etmək lazımdır:

  • Sakitliyi qorumaq, ağrıya baxmayaraq panikaya qapılmamaq lazımdır. Kəskin hərəkətlər və təlaş vəziyyəti daha da çətinləşdirə bilər.
  • Qicolmanı kənarlaşdırmaq üçün arxa üstə uzanıb suyun üzündə mümkün qədər çox qalmaq üçün dərin nəfəs almaq lazımdır. Zədələnmiş ayaq sinəyə doğru bükülür, dabandan bərk tutaraq onu şərt şəkildə özünə doğru çəkmək gərəkdir. Bu vəziyyətdə mümkünsə çox, yaxşı olar ki, spazmanın tam keçməsinə qədər qalmaq lazımdır. Bir daha dərin nəfəs alaraq ayağı suda yaxşıca ovuşdurmaq lazımdır.
  • Qıcolmadan azad olmağın başqa bir üsulu da var. Dərin nəfəs alaraq baş suyun içinə daxil olur, bədən isə qarovul şəklini alır. Ayağın baş barmağını digər əllə tutub özünə tərəf çəkmək, ayağı diz nahiyəsində açmaq lazımdır. Bundan sonra da zədələnmiş əzələni yaxşıca ovuşdurmaq lazımdır.
  • Ağrı simptomlardan azad olandan sonra basseyn bortuna yaxınlaşmaq lazımdır. Ən əsası ayaqda təkrar spazmaların əmələ gəlməsinə imkan verməmək üçün kəskin hərəkətlərdən uzaq olmaq gərəkdir.

Hovuzda çanaq nahiyəsi qıc olursa

  • Quruya çıxmağa imkan varsa dizi bükmək pəncəni sarğı əzələsinə tam sıxmaq.
  • Sahilə çixmağa imkan yoxdursa idmançı suyun üzünə arxa üstə uzanır əlləri ilə ayağını baldırdan bir qədər aşağı topuq hissəsindən tutur, sonra ayaq diz nahiyəsində bükülərək intensiv şəkildə belə doğru dartınır.

Suda çiyin üstü və ya biləklər uyuşduqda yumruq və ya barmaqlar sərt şəkildə sıxılıb açılır. Qarın əzələləri uyuşduqda dizləri intensiv şəkildə qarına doğru bükmək lazımdır

Basseynda qıcolmanı dayandırılmasının bir neçə alternativ yolları var

  1. Bir əllə uyuşan əzələni dartaraq o biri əllə zədə almış toxumanı yığıb açmaq lazımdır. Beləliklə qan dövranı yaxşılaşır və qıcolma keçir.
  2. Susuzluğu aradan götürmək. Hər hansı bir mayenin qəbulu dərhal orqanizmdə ehtiyatları bərpa edər və əzələni spazmalardan azad edər.
  3. Dodaqların sıxılması. Bu ilk baxışdan qəribə üsul çox effektiv təsir göstərir. Dodaqlarda çoxlu sayda aktiv nöqtələr var. onların üzərinə basmaq spazmaları dayandırmağa kömək edir. Bədənin aşağı hissəsində qıcolmalar olduqda alt dodağın ortasını sıxmaq, bədənin yuxarı hissəsində olduqda isə üst dodağın ortası basılır.
  4. Uyuşmuş əzələni iynə və ya sancaqla deşmək gərəkdir. Üzgüçülərin əksəriyyəti üzmə kostyumuna iynə sancırlar ki, qıcolma zamanı zədələnmiş əzələni deşə bilsinlər. İnfeksiya və travma alma riskini artırdığına görə bu üsul həkimlər tərəfindən tövsiyə olunmur.

Əzələləri ovuşdurun. Bir əllə uyuşan əzələləri dartın o biri əllə isə ardıcıl əzələləri sıxıb buraxın. əzələlərin mexaniki isidilməsi qan dövranını yaxşılaşdırır, spazmaları və əzələlərin gərginliyini kənarlaşdırır. Dodağınızı sıxın Bu qəribə üsul bioloji aktiv nöqtələrə təzyiq edir və əzələlərin boşalmasına və ağrının azalmasına səbəb olur. Əzələlər uyuşarsa alt dodağı sıxmaq lazımdır. Susuzluqdan azad olun. Bir neçə uddum su və ya başqa maye için. Bir neçə uddum su ilə eyni zamanda əzələləri dartsaz qıcolmalar keçər. Sancaq və ya başqa iti əşya ilə uyuşmuş əzələni deşin. Bu ekstremal üsulu tətbiq etməsəz daha yaxşı olar. Bu ağrıya və infeksiyaya gətirə bilər.

Suda qıcolmanın əmələgəlməsinin profilaktikası

  1. Məşqdən əvvəl quruda və hovuzda bütün əzələ qruplarının isidilməsi. Həddinizi aşmayın. Suya girməzdən əzələləri gərginləşdirməyin.
  2. Soyuqlaya səbəb olmamaq üçün (xüsusən aşağı temperaturda) suya ləng şəkildə dalma.
  3. Susuzluğa əngəl olmaq üçün məşqdən əvvəl kifayət qədər maye qəbul etmək.
  4. Üzgüçünün rasionunda çoxlu miqdarda kalsium və maqnezium olan məhsullar olmalıdır. Lazım olduqda kompleks vitamin və mineralları qəbul etmək olar.
  5. İçkili vəziyyətdə üzməmək, məşqdən əvvəl siqaret çəkməmək. Alkoqol və nikotin qan dövranın pozulmasına və qıcolmalara səbəb olur.
  6. Məşqdən əvvəl tutumlu nahar orqanizmdə həzm prosesini və maddələr mübadiləsini pozur.
  7. Məşqdə həddinizi aşmayın. Təlimsiz insan üçün hədsiz yükləmə təhlükəli ola bilər.
  8. Sağlam həyat tərzinə, düzgün qidaya, yaxşı yuxuya və gündəlik idmana riayət insanın ümumi sağlamlığının zəminidir.

Suda qıcolmaların bir sıra səbəbləri ola bilər. Sağlamlıqda olan problemlər və təhlükəsizlik qaydalarına riayət edilməməsi əsas risk faktorlarıdır. Qıcolmalar tez-tez olduqda həkimə müraciət etmək lazımdır. Məşqdən əvvəl və məşq zamanı əsas məsləhətlərə riayət etdikdə əzələ spazmalarının əmələgəlmə riski minimal olacaq.