Üzgüçülüyün fiziologiyası

Üzgüçülüyün fiziologiyası su mühitində hərəkət zamanı müəyyən proseslərə əsaslanır və məşqin bu növü onu ayrı fizioloji yükləmələrdən fərqləndirir.

Üzgüçünün fiziologiyasının əsas faktorları:

  • Üzmə qüvvəsi
  • ön müqavimət
  • hərəkətedici qüvvə
  • enerjinın emalı
  • hərəkətlərin effektlivliyi
  • tənəffüs və ürək-damar sistemlərin fəaliyyəti
  • istiliyin tənzimlənməsi
  • əzələ faktoru

Qaldırıcı və batırma (əks qüvvə)

Bu göstərici konkret orqanizmdə əzələ toxumasının, piy qatının səviyyəsinin praporsiyası ilə, idmançının suya dalma səviyyəsindən və həmçinin ağciyərlərə daxil olan oksigenin həcmi ilə ölçülür.

Piy qatının həcmi nə qədər yüksək olsa, idmançıya müəyyən səy sərf etmədən suyun üzündə qalmağa bir o qədər asan olur. Batırma qüvvəsinin göstəricisi nə qədər yüksək olsa suyun üzündə qalmaq üçün idmançının əzələləri bir qədər intensiv avarçəkmə hərəkətləri etməli olur.

Qarşıdan göstərilən müqavimət

Su mühitində əzələ işinin əsas hissəsini müqaviməti qət etmək təşkil edir. Bu göstərici qarşıdan gələn müqavimət qüvvəsi adını almışdır. O idmançı bədəninin forma və ölçüləri, hərəkət sürəti ilə və həmçinin suyun duruluğu ilə müəyyən edilir. Statistikaya görə qarşıdan gələn müqavimətin göstəriciləri qadın idmançılarda kişi üzgüçülərinin göstəricilərindən aşağıdır. O, bədənin azsahəli olması ilə izah olunur. Qarşıdan gələn müqavimət müxtəlif üzmə texnikalarında bədənin ayrı-ayrı vəziyyətində olmasından və hərəkət siklinin müəyyən fazasından asılı olaraq dəyişir. Yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn müqaviməti qət etmək üzgüçünün bədəninə düşən yükləmənin göstəricisidir.

Hərəkətedici qüvvə

Üzgüçünün əzələlərinin intensiv işlənməsi zamanı hərəkətedici qüvvə yaranır. Onun meyarı qaldırıcı qüvvə və qarşıdan gələn müqavimətin səviyyəsinin toplumundan yaranır. Hərəkətedici qüvvənin maksimal ölçüsü brass texnikasının tətbiqi zamanı yaranır və 22 kq. çatır. Bu texnika zamanı hərəkəteici qüvvəyə böyük təsir ayaqların hərəkətləri edir. Krol texnikası zamanı yuxarı ətrafların avar çəkmə hərəkətləri hərəkəti aktivləşdirir. Baterflyay texnikasının tətbiqi zamanı əl və ayaq hərəkətlərin nisbəti eynidir.

Enerjinin əmələgəlməsi

Suda hərəkət zamanı enerjinin əmələgəlməsinin iki aerob və anaerob mexanizm prinsipləri var: Qısa distansiyalara üzmə zamanı enerji emalının anaerob mexanizmi, uzun distansiyalarda üzmə zamanı isə aerob mexanizmi istifadə edilir.

Hərəkətliliyin və enerji sərfinin effektivliyi

Üzgüçülük zamanı analoji sürətlə qaçış məşqindən 5-10% artıq enerji sərf olunur. Yükləmənin kəmiyyəti faydalı işin sərfindən, onun yerini yetirilməsinə sərf edilən enerjiyə nisbəti ilə ölçülür. Professional olmayan üzgüçülərdə işin kəmiyyəti olduqca aşağıdır-7 % -ir Yüksək hazırlıq səviyyəsi olan idmançılarda effektivlik dərəcəsi 30 % çatır.

1000 metrlik üzmələr zamanı qadınlarla (üzgüçülüklə professional şəkildə məşğul olmayan) 250-300 kalori sərf olunur. İdmançı qadınların analoji göstəricisi 150 kaloridən artıq deyil. Həvəskar üzgüçülər 1000 metr məsafəyə 400-500 kalori, professionallarda 200 kalori sərf edir.

Ürək-damar və tənəffüs sistemlərin fəaliyyəti

Suda hərəkət zamanı lazımı qədər oksigen almaq üçün ağciyərin həcmi böyük olmalıdır. Yüksəksəviyyəli idmançıların ağciyərlərin həcmi 5, 5, 6 l. Qadınlarda bu göstərici 2, 5l artıq deyil. Həmin yaşda olan, amma üzgüçülüklə məşğul olmayanlarda ağciyərlərin həcmi 10-20% azdır. Üzgüçülük növünün hər birində hərəkətlərin dövrü hərəkətlərlə uyğunlaşır. Bu zaman nəfəs alma daha qısa, nəfəs vermə isə əksinə daha uzun olur. Orta hesabla bir dəqiqə ərzində üzgüçü təqribən 40 sikl yerinə yetirir. Tənəffüs tezliyi qaçış məşqi zamanı üzgüçülükdən artıqdır.

Sürət artdıqca ürək döyüntüsü də artır. Qaçış fənləri ilə müqayisədə üzgüçünün arterial təzyiqi daha artıqdır (10-20%).

Əzələ faktoru

Suda hərəkət etmə praktiki olaraq bütün əzələ qruplarının işləməsinə səbəb olur. Bu təkcə sürətin artırılmasına deyil, balansın saxlanması və hərəkətlərin koordinasiyası üçün lazımdır. Professional üzgüçülər üçün çoxsaylı ləng toxumaların olması xarakterikdir. Amma üzgüçünün orqanizmində nə qədər tez toxuma olsa, sprinter distansiyalarında sürət də bir o qədər artıq olar. Ləng toxumaların çox sayı stayer distansiyaları üçün optimaldır.

Hərarət tənzimlənməsinin mexanizmi

Stasionar şəraitdə üzgüçünün bədəninin temperaturu suyun hərarətindən yüksəkdir. Quruda orqanizm hətta ətraf mühitin temperaturu çox dəyişdikdə eyni bədən temperaturunu asan saxlaya bilir. Suda isə hərarətin tənzimlənməsi başqadır. Bədənin optimal temperaturunu saxlamaq üçün sakit vəziyyətdə suyun hərarəti 33 dərəcə olmalıdır.

Üzmə zamanı emal edilən enerjinin 95 % istinin əmələ gəlməsinə sərf olunur. Qısa müddət ərzində suda intensiv məşq üzgüçünün bədənində istilik tənzimləməsni bir az pozur. Hər bir fizioloji proses üzgücülüyə və üzgüçüyə kömək edir.