Hovuzdan istifadə qaydaları
İctimai basseynlardan istifadə edərkən müəyyən qaydalara riayət etmək lazımdır. Təhlükəsizlik reqlamentini nizamlayan qaydalar var. Konkret hovuzun müdiriyyəti tərəfindən hər bir üzgüçülük kompleksində tam dəyərli məşqləri təmin etmək üçün müəssisənin xüsusiyyətlərini və daxili nizamı nəzərə alan qaydalar təyin edilir.
Özünlə nə götürmək lazımdır?
Hovuzu istifadə etməzdən əvvəl hər məşqdə istifadə ediləcək əşyaların siyahısı ilə tanış olmaq lazımdır.
1. Hovuzu istifadə etməyə icazə verən arayış. Üzgüçü komplekslərin əksəriyyəti istifadəçilərdən tibbi arayışın olmasını tələb edir. Adətən sənədin istifadə müddəti 6 ay təşkil edir. Bəzi hovuzlarda həkimə daha tez müraciət etmək tələb olunur. Arayış basseyna ilk dəfə gələndə təqdim olunur. Bu sənədi hər hansı bir özəl tibbi mərkəzdə və ya yaşayış yerə aid poliklinikada almaq olar. Bir çox hovuzlar və ya idman mərkəzləri həkim müayinəsi xidmətini və arayışı yerində təqdim edir. Təbii ki, pullu müəssisələrdə ödənilən orta qiymətdən artıq olmayan əlavə qiymətə bu tibbi arayış verilir.
2. Yuyucu və duş vasitələr (şampun, sabun, hamam lifi).
3. Lazım olduqda dəsmal (hovuz istifadəçilərinə dəsmal təqdim olmadıqda).
4. Üzgüçülük kostyumu (kişilər üzgüçü tumanı, qadınlar üzgüçü geyimini)
5. Üzgüçü papağı
6. Dəyişik ayaqqabı (şap-şap)
7. Üzgüçülük eynəkləri.
Basseynda vacib olmayan əşyalara fen, məşqdən sonra yüngül qida, kosmetika, dəriyə qulluq vasitələri (bədən üçün krem, losyon), sauna üçün ləvazimat daxildir.
Hovuzda özünü aparma qaydaları
Basseynda məşqlərdən əvvəl müəyyən qaydalara riayət etmək lazımdır:
- Sonuncu qida qəbulu məşqdən 1.5 - 2 saat əvvəl olmalıdır. Gücü artırmaq üçün yemək lazımdır. (əsas qayda həddi aşmaq olmaz).
- Məşqdən əvvəl sarımsaq və soğan yeməmək.
- Suya girmədən yaxşıca çimmək, duş qəbul etmək (sabun və hamam lifi ilə). Dekorativ kosmetikanı silmək, bədəndən sarğıları və plastırı çıxartmaq lazımdır.
- Əzələ və oynaqları isitmək üçün məşqdən əvvəl quruda və suda hərəkətlər etmək lazımdır. Yalnız bundan sonra intensiv işə başlamaq olar.
Hovuzda istifadənin əsas qaydaları:
- Təhlükəsizliyin lazımı səviyyəsini təmin etmək üçün kompleksin müdiriyyəti və instruktorlartər tərəfindən müəyyən edilən tələbləri riayət etmək. Məşq cədvəlinə riayət etmək, üzmə müddətini nəzərə almaq. Paltarı dəyişib duş qəbul etməyi çatdırmaq üçün soyunma otağına məşqdən 10-20 dəqiqə əvvəl gəlmək lazımdır.
- Sanitar - gigiyena qaydalarına riayət etmək, dəyişik ayaqqabı, məşq üçün lazım olan bütün əşyaların olması.
- Şəxsi gigiyena vasitələrin olması, gigiyena tələblərini yerinə yetirmə: soyunma otağında üst paltarın olmaması və duş ləvazimatını sınmayan qaba (plastik kosmetika qutusu, polietilen torba) qoymaq.
- Əzələ və oynaqları isitmək üçün məşqdən əvvəl quruda və suda hərəkətlər etmək lazımdır. Yalnız bundan sonra məşqə başlamaq lazımdır.
- Məşqdən sonra mütləq duş qəbul etmək lazımdır.
- Üzmə zamanı zolaqların istifadə qaydalarına riayət etmək gərəkdir. Bir üzmə zolağından bir neçə idmançı istifadə etdikdə sağ tərəfdən üzmək lazımdır. Sol tərəfdən başqa üzgüçüləri ötmək olar. İstirahət üçün zolağın küncündə durmaq lazımdır. Burun və ağızı sudan boşaltmaq üçün xüsusi axıntı yerlərindən istifadə etmək gərəkdir.
- Ictimai hovuzdan ilk dəfə istifadə etdikdə təhlükəsizlik tələblərinə və instruksiyalara qulaq asmaq lazımdır.
- Dərin suda (1,5 metrdən artıq) məşq etmək yalnız uzun distansiyaları (25 metrdən artıq) yaxşı üzən idmançılara icazə verilir
Hovuzda üzmənin əsas qaydaları
- Şəraitin qiymətləndirilməsi. Məşqdən əvvəl konkret zolaqda neçə üzgüçünün olması, onların sürətini və yerinə yetirdikləri elementləri qiymətləndirmək lazımdır .
- Üzmə zolağının seçilməsi. Tam dəyərli və təhlükəsiz üzmək üçün zolağı diqqətlə seçmək lazımdır. Qıraq zolaqlar təzə üzməyə öyrənənlər və asta tempdə üzənlər üçün nəzərdə tutulur. Orta (mərkəz) zolaqlar tez və təcrübəli idmançıların sürətli üzməsi üçün istifadə olunur. Kənar və orta zolaqların arasında olan yerlər suda sərbəst, sürətlə üzən, lakin sürətli zolaqlar üçün kifayət qədər təcrübəli olmayanlar üçündür. Başqa sözlə zolaq nə qədər mərkəzə yaxın olsa orada üzmə sürəti bir o qədər yüksək olar. Bu məxfi qayda bütün ictimai hovuzlarda keçərlidir. Üzmə zolağı seçdikdə öz hazırlıq səviyyəni, imkan və bacarıqlarını düzgün qiymətləndirmək lazımdır. Yanlış seçim başqa iştirakçılara maniyə törədir, travma və toqquşma riskini artırır. Əksər hovuzların zolaqlarında hansı səviyyəli üzgüçülər üçün nəzərdə tutulduğunu bilmək üçün nişanlar qoyulur. Geniş yayılan zolaqlar: tez, asta, sakit, instruktorla,qrup şəklində və akvaaerobika məşqləri üçün nəzərdə tutulan üzmə zolaqlarıdır.
- Suda hərəkət qaydalarına riayət edilməsi. Suda hərəkət etməyin avtomobillərin hərəkət etməsi ilə analoji qaydalar reqlamenti var. Zolaq boyunca üzmə saatın əks istiqamətində yəni sağ tərəfdə yerinə yetirilir. Ötmə üçün sol tərəf istifadə olunur. Bu halda qarşıda üzgüçünün olmamasını yoxlamaq və manevrı etmək üçün sərf olunan vaxtı hesablamaq lazımdır. Çevrilmə, ötmə və başqa hərəkətlərin icrası zamanı nəzakət qaydalarına riayət etmək lazımdır.Sağ tərəfə bir az sıxılaraq, sürəti artırmayaraq daha çevik üzgüçüləri qabağa buraxmaq daha yaxşı olar.
- Suda hərəkət edərkən hovuzun nişanlanmasını nəzərə almaq gərəkdir.
- Məşq zamanı istirahət yeri. Qısa fasilə zamanı idmançı başqa üzgüçülərin hərəkətinə mane olmamalıdır. İstirahət üçün zolağın küncü (divara nisbətən sağ tərəf) seçilir. Uzunmüddətli fasilə zamanı bortun üstünə çıxıb başqa üzgüçülərə məniə törətməyərək rahat istirahət etmək olar.
- Basseyn zolaqlarının kəsiyinə keçmək qaydası. Basseynin kəsiyinə üzmək lazım olduqda (pilləkəna tərəf keçmək və ya zolağı dəyişmək üçün) ehtiyat qaydalarına rıayət etmək lazımdır. Başqa üzgüçülər olmadıqda üzməyə icazə verilir. Zolaq xətlərin üstündən keçmək olmaz, onların altından üzmək gərəkdir.
- Üzmə prosesi tumbadan başlayır. Bu halda bir neçə metr radiusunda heç bir üzgüçünün olmamasına diqqət yetirmək lazımdır.
Basseynda nə qadağan olunur
Hovuzda qadağan olunan hərəkətləri bəyan edən bir sıra qaydalar var.
1. Suya bort və tumbalardan tullanmaq. Suya girmək üçün pilləkəndən istifadə edilir. Start üçün tumbadan ancaq yarış vaxtı istifadə edilir.
2. Sərxoş vəziyyətdə üzmək. İçkili vəziyyətdə olan təkcə öz həyatına deyil, digər üzgüçülərin həyatına və sağlamlığına təhlükə yaradır.
3. Ətir və dekorativ kosmetikadan istifadə.
4. Açıq yara, yanıq, travma (həmçinin tibbi əks göstəricilər – xəstəliklər, zəhərlənmə və s.) olduqda.
5. Səs-küy yaratmaq, qaçmaq bərkdən qışqırmaq, başqa üzgüçülərə mane olmaq.
6. Zolaq xətlərinə arxalanmaq.
7. Hovuz zalında yemək, içmək, alkoqol qəbul etmək.
8. Soyuq, odlu silah, kəsici əşyalar götürmək.
9. Xüsusi papaqsız üzmək (saçlar su filtrlərini çirklədir).
10.Saqqız çeynəyərək üzmək.
11.Basseyn zalında ayaqların gəzmək.
12.. Suyu və ətrafı çirkləndirmək.
Yuxarıda qeyd olunan qaydalar hər bir yaşda olan şəxslərə aiddir (uşaqlar daxil olmaqla). Üzgüçülərin təhlükəsizliyini qorumadan əlavə etiket və nəzakət qaydalarına riayət etmək gərəkdir. Hovuzda söyüş söymək, aqressiya göstərmək, müəyyən edilmiş qaydaları pozmaq olmaz. Bütün hovuz istifadəçiləri davranış qaydalarına riayət etdikdə üzmə prosesi rahat və təhlükəsiz olar.