Üzmə zamanı düzgün tənəffüs

Üzgüçülüyə öyrənmək təkcə düzgün texnikanı mənimsəmədən yox, tənəffüsün də qoyulmasından ibarət uzun və çətin bir prosesdir. Təzə üzməyə öyrənənlər üçün düzgün tənəffüs bacarığı əsas vəzifələrdəndir. Hər üzmə üsulu bəzi tənəffüs xüsusiyyətləri ilə səciyyələnir.

Tənəffüsün əsas prinsipləri

  1. Nəfəs həmişə suyun üzündə ağızla alınır, suyun altında ağızla və burunla verilir.
  2. Nəfəs birinci növbədə burunla sonra ağızla verilir. Bu ardıcıllıq suyun buruna daxil olmasına imkan vermir. Nəfəs vermə zamanı ağızla maksimal miqdarda hava buraxılır. Oksigeni az sərf edən zaman (az yükləmə olduqda) nəfəs yalnız burunla verilir.
  3. Nəfəsalma və vermənin gücü adi qurada edilən tənəffüsdən artıq olur, çünki maye döş qəfəsinə çox təzyiq edir. Nəfəsvermə zamanı ağciyərlər bütün həcmlə işləyir
  4. İdmançının başı suyun üzündə minimal vaxt olduğuna görə nəfəsalma kəskin və tez yerinə yetirilir.
  5. Tənəffüs ritmi tez və bərabər olur, lakin havanın saxlanması olur. Karbon qazının orqanızmdan vaxtında çıxarılması üçün nəfəsalmadan dərhal sonra nəfəs verilir. Üzmə zamanı bu qazın yığılması tez yorulmaya, iş qabiliyyətinin azalmasına, baş ağrılara səbəb olur. Nəfəsi saxlayan zaman idmançı bədənin vəziyyətini dəyişir. Ayaqlar çiyinlərə nisbətən aşağı düşür. Bu suyun müqavimətinə səbəb olur. Nəfəsvermə havanın uzunmüddətli buraxılmasıdır. Növbəti nəfəs almaq üçün orqanizm tam oksigendən təmizlənməlidir. Tənəffüs ritminin və hamarlığının pozulması oksigen çatışmamazlığına gətirir. Bu idmançının sağlamlığına pis təsir edə bilər.
  6. Üzgüçünün tənəffüsü və hərəkətləri bir-biri ilə dəqiq uyğunlaşmalıdır. Hər hansı bir üzmə üsulunda tənəffüs texnikasına riaət etməklə hərəkətləri düzgün yerinə yetirmək mümkün olur.

Sinə üstə krol: tənəffüs xüsusiyyətləri

Tənəffüs texnikası olduqca çətindir və bədənin suda vəziyyəti ilə bağlı bir neçə xüsusiyyətlərlə səciyyələnir. Üzgüçünün üzü vaxtın çox hissəsi suyun altında olur, nəfəsalma isə su səthinə maksimal şəkildə yaxın yerinə yetirilir.

Yuxarı ətrafların hərəkəti və tənəffüs bir-biri ilə dəqiq uyğunlaşır. Baş və çiyin nahiyəsi hamar şəkildə avarçəkmə bitən tərəfə dönür (o bir əl üzmə hərəkətini edir). Nəfəsalma əlin sudan ötürülmə etməsi üçün çıxanda yerinə yetirilir.0.3-0.5 saniyə ərzində ağızla nəfəs alınır. Nəfəsalmanın sonu əl ötürülməsinin başlanğıc mərhələsində fiksasiya edilir. Baş bu halda ləngimədən düz vəziyyəti alır. Üzgüçünün üzü suyun içində olan zaman nəfəs verilir. Sinə üstə krol texnikasında böyük diqqət ön dalğanın içində olan tənəffüsə yetirilir. Bu dalğa başın yuxarı hissəsində yerinə yetirilir və ağızın yanında suyun səviyyəsini azaldan hava cibi yaradır. Bu halda üzgüçü nəfəsalmanı gözlənilən vaxtdan daha tez edə bilər. Bunun üçün hərəkət zamanı baş bədən oxu boyunca düz vəziyyəti alır, gözlər suyun dibinə yönəlir. Nəfəsalma zamanı baş yuxarı qaldırılmadan yan tərəfə çevrilir. Düzgün olmayan texnikada (baş yuxarı hava kisəsinə qaldırıldıqda) idmançının ayaqları sinə səviyyəsindən aşağı düşür. Bu isə suyun müqavimətini artırır. Tam dəyərli nəfəsalma üçün əyilmə bucağı olmadıqda bədənin çevrilməsi çox güclü olmur. Daha güclü çevrilmə zamanı bədən həddindən artıq çönür (gözlər yan tərəflərə yox yuxarı baxır),balans pozulur və texnika düzgün olmur. Düzgün icra zamanı su xətti ağızın qırağında yerləşir, gözün biri suda, o biri isə suyun üzündə olur. Sərbəst üsulun (sinə üstə krol) bir vacib xüsusiyyəti bilateral tənəffüsdədir. Üzgüçü birtərəfli (bir tərəfə) ya ikitərəfli (bilateral) nəfəs ala bilər. İkinci halda nəfəs alma hər iki tərəfdə yerinə yetirilir.

Bilateral tənəffüsün 3 variantı mövcuddur:

  • Tərəflərin dəyişməsi. Ardıcıllıq hər 3, 5,7 avarçəkmədə baş verir.
  • Çevrilmə zamanı dəyişmə. Bir basseyn bir tərəfə nəfəs alma ilə üzülür, ikinci basseyn isə çevrilmədən sonra əks tərəfə nəfəs alınır.
  • 2-3-2-3 sxemi. İki nəfəs alma bir tərəfə 3 avarçəkmə. İki nəfəs alma bir tərəfə 3 avarçəkmə əks tərəfə.

Bilateral tənəffüs zamanı üzgüçünün hərəkətləri simmetrik və təbii olur. Bədən bərabər fırlanır. Avarçəkmə zamanı götürüm səviyyəsii yaxşılaşır. Bu texnika vasitəsi ilə ətrafda başqa üzgüçüləri görmək və açıq hövzələrdə üzmə zamanı hava şəraitini nəzərə almaq imkanı yaranır.

Brass:tənəffüs xüsusiyyətləri

Brass üsulu ilə üzmənin iki variantı var:

1. Klassik ifa etmə. Nəfəsalma əllərin təkan hərəkətlərindən sonra yerinə yetirilir. Çiyin nahiyəsi güclə suyun üzünə qalxır çənə qabağa çəkilir. Nəfəs almadan sonra bədən əllərin arxasınca aşağı düşür və horizontal vəziyyət alınır. Nəfəsvermə sürüşmə və ayaqların təkan hərəkətləri zamanı yerinə yetirilir.

2.”Gecikmiş nəfəsalma”. Nəfəsalma avarçəkmə tam bitdikdən sonra,əllərin ötürülməsindən və ayaqların qaldırılmasından sonra (baş sudan çıxır) yerinə yetirilir. Hərəkətin bu cür icrası daha güclü avarçəkmə etməyə imkan verir, çünki bədən horizontal vəziyyətdə olur, baş suyun altında yerləşir. Nəfəsvermə aşağı ətrafların təkan hərəkətlərinin başlanğıcı ilə yerinə yetirilir. Bu ifa zamanı sürüşmə daha qısa olur, aşağı və yuxarı ətrafların hərəkətləri bir-biri ilə uzlaşmır.

Foto: Brass. Tənəffüs.

Batterflyay: tənəffüs xüsusiyyətləri

Batterflyay üzmə üsulu zamanı tənəffüs əl hərəkətləri ilə uyğunlaşır. Nəfəsalma avarçəkmə hərəkətinin sonunda əllər suyun üzündə olanda yerinə yetirilir. Bu halda bədən və baş tənəffüs üçün əlverişli maksimal səviyyədə olur. Dartılma mərhələsinin sonunda boyun hamar şəkildə suyun altında düzəlir, itələnmə mərhələsinin sonunda üz bir qədər yuxarı qalxır, ağız suyun üzündə yerləşir. Əllərin sudan çıxma zamanı nəfəs alınır (0,4. s.). Yuxarı ətraflar çiyin nahiyəsi ilə kəsişdiyində üz suyun altına daxil olur. Başqa sözlə nəfəs əllər suya toxunmadan alınır. Nəfəs dərhal verilir və yuxarı ətrafların qalan dövrü hərəkəti zamanı uzanır.

Adətən bir tənəffüs sikli üçün bir əllərin hərəkət dövrü nəzərdə tutulur. Yaxşı hazırlıq səviyyəsi olan professional üzgüçülər əl hərəkətlərinin tam iki dövrü müddətində bir tənəffüs sikli yerinə yetirir.

Foto: Baterflyandəy tənəffüs

Arxa üstə krol: tənəffüs xüsusiyyətləri

Suda bu üzmə hərəkəti zamanı tənəffüs sərbəst olur çünki üzücünün üzü suyun üstündə yerləşir. Adətən idmançının hərəkətlərinin ritmikliyinin və sürətinin saxlanması üçün müəyyən texnika tətbiq edilir. Bir əlin suyun üzündən ötürüldüyü zaman nəfəs alınır, o biri əlin ötürülməsi zamanı isə nəfəs verilir. Nəfəsalmanın müddəti təqribən 0,4-0,5 saniyə olur.

Düzgün tənəffüs üzgüçü uğurunun əsas hissəsidir. Yalnız düzgün tənəffüs texnikasına riayət etdikdə suda hərəkətlərin dəqiq koordinasiyası, hərəkət sürətinin artması və iş qabiliyyətinin yüksəlməsi   mümkün olur.

Foto: Arxa üstə krol. Tənəffüs.

Bakıda üzgüçülük

Əgər sizi Bakıda üzgüçülük dərsləri, Bakıda uşaqlar üçün üzgüçülük, Bakıda uşaqlar üçün basseyn, Bakıda böyüklər üçün üzgüçülük, Bakıda müalicəvi üzgüçülük, Bakıda professional üzgüçülükləmaraqlandırırsa bizimlə əlaqə saxlayın.

Facebook: Azərbaycan Üzgüçülük KLUBU

Email: Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript.

Tel.: (99450) 600 44 20 - WhatsApp

Tel.: (99455) 600 44 20

Tel.: (99477) 600 44 20