Hovuzda xlora qarşı allergiya

İctimai hovuzlarda olan insanlar suyun dezinfeksiya edilməsi üçün xlordan istifadə olunduğu haqda eşidib. Bu vasitə bəzi hallarda allergiyaya səbəb olur. Bu gün suyu dezinfeksiya edən tərkibi əvəz edən vasitə yoxdur. Xlor mikroblarla effektiv mübarizə edir. Bu vasitənin istifadəsi və suda səviyyəsi sanitar normalarla nəzarət edilir. Xlorun səviyyəsi azaldıqda basseyn yoluxma təhlükəsi olduğuna görə istifadəçilər üçün bağlanır. Suda elementin səviyyəsi artıqda xlor toksinlərindən zəhərlənmə ehtimalına görə hovuzdan istifadəyə qadağa qoyulur. Zərərli maddələrin konsentrasiyasının azalması üçün xlorla birgə başqa dezinfeksiya üsullardan da (ozon, ultra bənövşə) istifadə olunur.

Xlor və onun insana təsiri                                                                      

Əslində xlor bilavasitə allergen deyil. Mənfi reaksiya yalnız onun insan dərisi, selikli toxuma və tənəffüs yolları ilə təmasda olduqda yaranır. Allergenlara qarşı həssaslıq emal olunan suyun başqa maddələrlə (insan təri, sidiyi, saçı)birləşdikdə yaranır. Uzunmüddətli üzmə zamanı allergiyanın yaranma riski artır. Xlora allergiya insan immun sisteminin xlor birləşmələrinə reaksiyasıdır. Reaksiya pis əhvalla və yerli lokallaşma simptomları ilə müşahidə olunur. Neqativ fəsadlar basseynda məşqlərdən dərhal sonra və ya müəyyən vaxt keçdikdə yaranır.

Basseynda xlora qarşı allergiyanın simptomları

  • Göz axıntısı, şişkinlik, qızartı. Quruluq və yanma hissinin yaranması mümkündür.
  • Burun axması, nəzarət olunmayan asqırma, burun nahiyəsində qaşınma.
  • Dərinin su ilə təmasda olan hissələrində dermatitin yaranması. Dərinin qaşınması qabıq verməsi, qızartısı. Daimi təmas zamanı allergiyaya məruz qalan sahə artır. Çox ağır hallarda dermatit ekzemaya çevrilə bilər.

Allergiya ilə mübarizə metodları

Allergiyaya meylli insanlarda basseynda məşq zamanı orqanizmdə xlora qarşı mənfi reaksiya olacaq. Üzgüçülükdən imtina edə bilməyən professional idmançılara allergeni aşkar etmək üçün müəyyən müayinə və savadlı müalicə təyin etmək mümkündür. Həvəskar üzgüçülər üçün xlorun daha az konsentrasiyası olan və əlavə təmizləyici vasitələr istifadə edildiyi hovuzları seçmək olar. Antiqistamin vasitələrin istifadəsi qıcıqlanmanın mənbəyini deyil allergiyanın əlamətlərini kənarlaşdıra bilər.

Bəzi qaydalar hovuz istifadəsindən sonra allergiyanın təzahürlərinin nizamlanmasına imkan verir

  1. Gözlərin allergiyası Gözlərin qıcıqlanması üzgüçülərdə daha çox rast gəlinir. Bu zaman quruluq, qaşıntı, yanma, göz axıntısı və şişkinlik yaranır. Effektiv və etibarlı müdafiəni üzgüçülük eynəkləri təmin edir. Onların vasitəsi ilə gözləri xlor buxarından müdafiə edib allergiya yaranma riskini azaltmaq olar. Basseynda üzmə zamanı kosmetikadan istifadə qıcıqlanma əmələgəlmə ehtimalını artırır. Bu səbəbdən üz dərisinin və gözlərin makiajdan tam təmizlədikdən sonra üzmək tövsiyə olunur. Gözlər üçün linzaların istifadəsi də allergiya yaranmasının riskini artırır. Görmə qabiliyyətində pozuntular olan şəxslər üçün dioptriyalı xüsusi eynəklər mövcuddur.
  2. Dəri dermatiti. Gündəlik üzdükdə xlorun konsentrasiyası orqanizmdə tədricən artır. Maksimal həddə çatdıqda allergik reaksiya dəridə özünü büruzə verir. Simptomlar güclü qaşınma, qızartı və qabıqla özünü göstərir. Bəzi hallarda səpgi də olur. Dərinin zərif, həssas hissələrı daha böyük riskə məruz qalır. Xlorlu su saçlara da mənfi təsir edir. Allergik reaksiya riskini azaltmaq üçün məşqdən əvvəl gigiyenik vasitələrlə (dərini orqanik birləşmələrdən və kosmetik vasitələrdən təmizləmək üçün) duş qəbul etmək lazımdır. Saçların müdafiəsi üçün üzgüçülük papağından istifadə etmək lazımdır. Bu müntəzəm olaraq suyun altına dalan üzgüçülər üçün daha aktualdır.Silikon papaqlar daha davamlı hesab olunur. Dəri və saçların müdafiəsi üçün məşqdən sonra duş qəbul etmək lazımdır. Dəri quruluğu simptomlarını aradan götürmək üçün nəmləndirici vasitələrdən istifadə etmək olar.
  3. Tənəffüs sistemin reaksiyası. Xlora qarşı allergiyanın ən ağır və xoşagəlməz forması tənəffüs orqanların reaksiyasıdır. Allergiyanın əlamətləri dərhal üzgüçülükdən sonra və ya bir qədər keçdikdə özünü büruzə verir. Buraxılmış hallarda uzunmüddətli burun axma və asqırma xroniki formaya keçib tənəffüs sistemin ciddi xəstəliklərinə səbəb ola bilər. Xoşagəlməz fəsadlara yol verməmək üçün burun və ağızdan orqanizmə daxil olan suyun miqdarına nəzarət etmək lazımdır. Xüsusilə suyun altına tez-tez dalanda burun üçün sıxaclardan istifadə edilir. Məşqdən sonra burun dəniz duzu və ya fizioloji məhlullar əsasında olan xüsusi vasitələrlə yuyulur. Üzgüçülükdən sonra uzun müddət xlorlu suyun yanında olmaq həmçinin tənəffüs orqanlarına mənfi təsir edir. Məşqdən dərhal sonra təmiz havaya çıxmaq yaxşı olar.

Hovuzdan istifadənin adi qaydalarına riayət etmək allergiya inkişafımın riskini azaltmağa imkan verəcək. Ağır formaya keçən tez-tez baş verən simptomlar zamanı basseynda məşqin müddətini azaltmaq və həkim-allerqoloqun qəbuluna yazılmaq tövsiyə olunur. Antiqistamin preparatlarla simptomik müalicə istisna hallarda mümkün olur.

Bakıda üzgüçülük

Əgər sizi Bakıda üzgüçülük dərsləri, Bakıda uşaqlar üçün üzgüçülük, Bakıda uşaqlar üçün basseyn, Bakıda böyüklər üçün üzgüçülük, Bakıda müalicəvi üzgüçülük. Bakıda professional üzgüçülüklə maraqlandırırsa bizimlə əlaqə saxlayın.

Facebook: Azərbaycan Üzgüçülük KLUBU

Email: Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript.

Tеl.: (99450) 600 44 20 - WhatsApp

Tеl.: (99455) 600 44 20

Tеl.: (99477) 600 44 20

Üzmə zamanı düzgün tənəffüs

Hovuzdan istifadə qaydaları

Üzgüçülük zamanı qıcolmalar

Üzgüçülükdən əvvəl razminka

Üzgüçülüyün fiziologiyası