Su hovuzunda üzməyin faydası

Sağlamlığın qayğısına qalan insanlar hovuza getməyə vaxt tapar. Üzgüçülük insan üçün fiziki yükləmənin ən yaxşı növüdür. Əks göstəriciləri olmadığına görə üzgüçülüklə hər kəs məşğul ola bilər.

Hovuzda üzmək orqanizmə necə təsir edir

Üzərkən yürüş və qaçış zamanı olduğu kimi dayaq-hərəkət sisteminə yük düşür, lakin suda qravitasiya az təsir etdiyinə görə onun optimal paylaşması baş verir. Suda onurğa sütununa vertikal yükləmə düşmür. Suda hərəkət edərək müqaviməti qət etmək lazım olur.

Bu prosesdə gündəlik həyatda işləməyən əzələlər fəaliyyət göstərir. Üzmə zamanı əlavə olaraq avtoxron əzələlər işləməyə başlayır. Məhz bu əzələlər bel sütununu şaquli vəziyyətdə saxlayır. Beldə və qəddi-qamətdə problem olduğuna görə bu əzələlər çox vaxt pis inkişaf edir.

Hətta yalnız bel əzələlərini inkişaf etdirdiyinə görə üzgüçülüyün böyük xeyri var. Basseynda üzmə və suda edilən xüsusi hərəkətlər qəddi-qaməti düzəltməyə kömək edir, onurğa sütununun deformasiyasını korreksiya etməyə kömək edir, çünki suda fəqərə və əzələlər bərabər yüklənir.

Hovuzda məşqlər zamanı hərəkət tənzimlənməsi yaxşılaşır, skelet möhkəmlənir qamət düzəlir. Qan dövranı, ağciyərlərin fəaliyyəti yaxşılaşır, əzələ tonusu möhkəmlənir.

Basseynda üzməyin xeyri

Üzmə zamanı bir çox əzələlər işləyir, qan dövranı yaxşılaşır piy və kalorilər əriyir. Hovuzdan həftədə bir neçə dəfə istifadə edərkən bəziləri qısa müddətə arıqlaya bilər. Bəziləri isə bunun üçün uzun müddət çalışmalıdır. 30 dəqiqəlik basseyndakı məşq aerobika ilə müqayisə edilir, amma bu zaman orqanizm az yorulur.

Üzgüçülük əzələ kütləsini əla inkişaf etdirir, çünki əzələlərin bütün növləri yüklənir. Suda özünü saxlamaq üçün ayaq, əl, bel əzələləri işləyir. Bu səbəbdən üzgüçülüklə məşğul olanların təkcə əzələ yığımı deyil proporsional fiqurası olur. Suyun müqavimətinə görə əzələlər daha çox gərginləşir.

Üzərək insan ağciyərlərini inkişaf etdirir, o asan və rahat nəfəs alır. Ürək-damar sisteminin fəaliyyəti çox yaxşılaşır. Dözümlülük artır, qan təzyiqi normallaşır. Yəni üzgüçülüyün böyük xeyri var.

Uşaqlar və hovuz

Döl doğuşdan əvvəl ana bətnində su mühitində inkişaf edir. Uşaq üçün üzmək təbiidir. Təbii və faydalıdır. Valideynlərin əsas qayğısı körpəni qorxutmamaq, üzgüçülüyə onu sağlam və xoşbəxt etməyə şans verməkdir.

Uşağın az xəstələnməsi və sağlam inkişaf etməsi üçün idmanla məşğul olmaq lazımdır. Bu halda üzgüçülüyün uşaqlar üçün xeyri şübhəsizdir. Üzgüçülük skeletin, qəddi-qamətin, ağciyərlərin inkişafını təmin edir. Su hovuzunda məşqə başlayan uşaqlar fiziki cəhətdən tez inkişaf edir, onların immun sistemi möhkəm olur, maddələr mübadiləsi yaxşı işləyir, dayaq-hərəkət aparatı ilə problemləri olmur. Onlar təzə mühitə yaxşı və tez uyğunlaşır, həmyaşlıları ilə ünsiyyətdə problemləri olmur.

Müalicəvi üzgüçülük bütün uşaqlar üçün xeyirlidir. Həkimin icazəsi ilə sağlamlığında problem olan uşaqlar üzgüçülüklə məşğul ola bilər. Nevroloji problemləri, dayaq- hərəkət sistemində nasazlıq olan uşaqlar sağlamlaşdırıcı qruplarda yaxşı nəticələr alır. Ümumi sağlamlığı möhkəmləndirmək üçün sağlam uşaqlara üzgüçülük çox xeyirlidir.

Məktəb yaşlı uşaqların yarısında qəddi-qamət ilə problem olduğunu, yəni skoliozun inkişaf etdiyini nəzərə alsaq niyə uşaqları üzgüçülüyə cəlb etməyək? Bu situasiyada cəmiyyət sağlam nəsil yetişdirmək istəyirsə hər bir məktəbdə basseyn qurulmalıdır.

Qadın sağlamlığı üçün üzgüçülüyün faydası

Öz sağlamlığının qorunmasına görə üzgüçülüklə məşğul olmaq üçün böyük arzu tələb olunur. Qadın fiziki və psixoloji cəhətdən çox yüklənir. Çox iş görməyi çatdırmaq lazımdır: işə, mağazaya getmək, mətbəx, uşaqlar, ər. Amma qadının həmişə yaxşı əhval-ruhiyyəsi olmalıdır və o əla görünməlidir. Hər bir işi çatdırmaq yaxşı həyat yoldaşı, ana, əməkdaş olmaq üçün nə etmək lazımdır? Bu sual qadından başqa heç kimi maraqlandırmır.

Basseyna gəlmək üçün vaxt və maddi imkan tapmaq lazımdır.Qadını üzgüçülüyün onun sağlamlığı üçün çox böyük xeyri olmasında inandırmaq lazım deyil. Küçədə sorğu aparsaq görərik ki, hər kəs bunun faydalı olduğunu bilir, lakin çox az xanım bundan yararlanır. İnandırıcı səbəblər tapmaq olar, amma ən əsası tənbəllikdir.

Bəs basseyndan istifadə etməyə qərar alan qadın nə əldə edəcək?

  • Üzgüçülük ayaq əzələlərini inkişaf etdirir. Qısa müddətdən sonra gözəl relyef görünəcək.
  • Qaçış və üzmə zamanı kalorilər əriyir, amma üzərək bədən tərləmir və çox yüklənmir.
  • Oynaqlara xeyri var. Suda onurğa sütununa yük düşmür. Oynaqlar tam amplituda ilə işləyir.
  • Suya daxil olduqda damarlar yığılır, sudan çıxanda isə genişlənir. Bu proses bədənin möhkəmlənməsinə səbəb olur, həmçinin təzyiq normallaşır.
  • Üzgüçülük ağciyərlərin möhkəmlənməsi üçün yaxşı vasitədir.
  • Hovuzdan həftədə 2 dəfə istifadə sinir sistemini möhkəmləndirir, əhval-ruhiyyəni yüksəldir, stressi kənarlaşdırır.

Hovuzdan istifadə zamanı hansı qaydalara riayət etmək lazımdır

  • Gigiyenaya riayət etmək. Mütləq hovuz üçün ayaqqabı lazımdır.
  • Suyu xlor ilə dezinfeksiya edirlər. O dəri və saçlara pis təsir etdiyinə görə üzgüçülük papağı geyinmək lazımdır. İstifadədən sonra onu yaxalamaq gərəkdir.

Üzgüçülüyün qadın sağlamlığına olan xeyirdən bir neçə söz

İnsan bədəni 80% sudan ibarətdir. Su içilir, ondan gigiyena üçün istifadə edilir. Üzgüçülüyün faydası nədədir?

  1. Üzgüçülük maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur. Nəticədə tədricən çəki azalır, əzələlər dartınır. Beləliklə tədricən selülitdən azad olmaq olar.
  2. Dəri dartınır və elastik olur.
  3. Hamiləlik zamanı icazə olunan yükləmə növüdür.

Bədən quruluşunun yaxşı olması üçün sakit üzmə üsulunu seçmək lazımdır. Məsələn, brass. Bu stil 30 dəqiqə ərzində 200-400 kalori sərf etməyə imkan verəcək.

Kişilər üçün basseyn

Basseynda müntəzəm məşqlər hər bir kişiyə yaxşı relyefli bədən düzəltməyə imkan verir. Yaxşı bədənlə bərabər sağlamlığı da möhkəmləndirmək olar. Hər halda həftədə bir neçə dəfə basseyndan istifadə etmə vərdişindən böyük fayda olacaq.

  • Yaxşı əzələ tonusu. Əzələlərə arzulanan tonus vermək üçün üzgüçülük ən effektiv vasitədir, çünki suyun sıxlığı hava sıxlığından 12 dəfə artıqdır. Üzgüçülük bütün əzələ qruplarının proporsional inkişafına səbəb olur. Müxtəlif üzmə üsullarını istifadə edərək sağlamlığa ziyan verməyərək çəkini azaltmaq olar.
  • Tənəffüs sisteminin fəaliyyətinin yaxşılaşdırılması. Basseynda yüksək rütubət var. O nəfəsalmanı asanlaşdırır. Bu səbəbdən astmadan əziyyət çəkən insanlara trenajor zal əvəzinə hovuzda məşq etmək daha yaxşıdır.
  • Su gərginlik və yorğunluğu kənarlaşdırır. Nəticədə iş qabiliyyəti yaxşılaşır.
  • Əsəbilik tədricən keçir. Üzgüçülük sevincə cavabdeh olan endorfin hormonunun emalına səbəb olur. İnsan kimyəvi preparatları istifadə etmədən təbii şəkildə yüngülləşir.

Üzmə tempinin seçimindən bütün işləyən əzələlərin hərəkət sürəti asılıdır. Bu əzələləri inkişaf etdirir, kişiyə isə üzmə zamanı yükləməni nizamlamağa imkan verir.

Bakıda üzgüçülük

Əgər sizi Bakıda üzgüçülük dərsləri, Bakıda uşaqlar üçün üzgüçülük, Bakıda uşaqlar üçün basseyn, Bakıda böyüklər üçün üzgüçülük, Bakıda müalicəvi üzgüçülük. Bakıda professional üzgüçülük maraqlandırırsa bizimlə əlaqə saxlayın.

Facebook: Azərbaycan Üzgüçülük KLUBU

Email: Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript.

Tеl.: (99450) 600 44 20 - WhatsApp

Tеl.: (99455) 600 44 20

Tеl.: (99477) 600 44 20