Tətbiqi üzgüçülük

Hər bir insan üçün üzməyi bacarmaq çox vacibdir. Bu situasiyanı obyektiv qiymətləndirməsinə və həyat üçün təhlükənin azalmasına imkan verir. Bu bacarıq professional fəaliyyəti su ilə bağlı insanlar üçün çox vacibdir. Professional idmançılar üçün üzgüçülük uğurun əsas tərkib hissəsidir. Xilas etmə xidmətinin əməkdaşlarının və hərbiçilərin hazırlanması tətbiqi üzgüçülük proqramının istifadəsinə və öyrədilməsinə əsaslanır. Hazırlıq səviyyəsini müəyyən edən xüsusi normativlər var

Tətbiqi üzgüçülük nə deməkdir?

Tətbiqi üzgüçülük suda tarazlığı saxlamaq və həyatın xilası üçün müəyyən hərəkətlər yerinə yetirmək bacarığıdır. Tətbiqi üzgüçülüyün əsasında suda hərəkətin idman üsulları texnikası durur. O hər hansı bir məqsədə uyğun olaraq bəzi xüsusiyyətlərlə fərqlənir.

Tətbiqi üzgüçülük müəyyən hallarda istifadə edilir:

  • Batanın xilas edilməsi;
  • Yarışlar zamanı yorulub əldən düşən idmançılara kömək edilməsi;
  • Ekstremal hava şəraitində üzmələr;
  • Hər hansı bir yüklərin daşınması;
  • Keçidlərdən üzmə
  • Yükün dənizin dibindən qaldırılması

Tətbiqi üzgüçülük aşağıdakı elementlərdən ibarətdir:

  • Suya tullanmalar;
  • Suyun dərinliyinə dalmaq;
  • Suyun altında üzmək;
  • Özünəməxsus texnikalarla birləşdirilmiş idman üsulları ilə hərəkət etmə.

Tətbiqi üzgüçülüyün məqsədlərinə üzmə stillərinin ayrı –ayrı hərəkətlərinin və ya onların kombinə edilməsinə nail olma olar.

Tətbiqi üzgüçülükdə hərəkətetmə tenikası

Texniki hissə və ayrı-ayrı hərəkətlərin icrası tətbiqi üzgüçülüyün istifadəsi məqsədə maksimal dərəcədə tez çatmaq üçün şəraitə uyğun müəyyən edilir.

Tətbiqi üzgüçülükdə idman üsullarının elementlərinin istifadəsi:

  1. Bu hərəkət etmə üsulu batan adamın xilası (bir yerdən başqa yerə aparılması), suyun altına dalma, yedəkləmə, keçidlərdən keçmə zamanı tətbiq edilir. Ən çətin hallarda istifadə ediləbilməsinə görə brass tətbiqi üzgüçülüyün ən populyar tipidir. Sinə üstə üzmə zamanı müxtəlif şəraitlərdə hərəkətin tempi və istiqaməti sərbəst dəyişilə bilər. İnsanın başı suyun üstündə və altında qala bilir. Sinə üstə olma sayəsində yaxşı görüntü təmin edilir. Zərərçəkənə yaxın üzüb onu sahilə çatdırmaq çətinlik törətməyəcək. Yedəklənəcək əşya suyun üzünə itələnir. Yalnız ayaqlarla hərəkət etdikdə hətta çox böyük ölçülü əşyalar da yedəklənə bilər Brass üsulunda insan hər dəqiqə paltarını çıxarıb dərhal suya girə bilər.
  2. Sinə üstə krol. Ən yüksək sürətli üzmə üsuludur. Böyük məsafələri qət etmək, xüsusilə suyun altına dalmaq lazım olduqda tətbiq edilir. Zərərçəkənlərin xilas edilməsində daha çox istifadə edilir.
  3. Arxa üstə krol. Bu üsulun müəyyən texniki hərəkətləri əşya və ya insanın yedəkləməsində və suda məcburən istirahət edən zaman istifadə edilir.
  4. Suyun altında üzmə və dalma zamanı lastların istifadəsi ilə tətbiq edilir.

Özünəməxsus stillərin elementləri

  1. Arxa üstə brass.Suyun üzərində arxa üstə uzanmaqla əllərlə eyni zamanda bir-birinə nisbətən simmetrik avarçəkmə hərəkətlərin, ayaqlarla isə təkanların siklik şəkildə yerinə yetirilməsindən və bir tənəffüs silkindən (nəfəs alıb-vermədən ) ibarətdir. Bu üsul uzun məsafələrə üzmələrdə və suda istirahət üçün tətbiq edilir. Bəzən əllər əşyanı və ya zərərçəkəni tutduğuna görə hərəkətlər yalnız ayaqlarla edilir.
  2. Böyür üstə üzmə. Suda bir böyür üstə uzanma.Başın bir tərəfi daim suyun altında olur, bədən azca bir tərəfə çevrilir. Hərəkətlərin dövrü əllərin cüt hərəkətlərindən (asimmetrik), bir ayaq hərəkətindən (eyni zamanda) və bir tənəffüs siklindən ibarətdir. İşlək güvəni aşağı ətrafların hərəkətləri təşkil edir. Texnika geyimdə uzun məsafələrə üzmək üçün rahatdır. Bu vəziyyətdə həmçinin zərərçəkəni və ya əşyanı daşımaq olar.
  3. Əllər ötürülmədən sinə üstə krol.İnsanın başı suyun üstündə yerləşir. Texnika geyimdə üzmək üçün tətbiq edilir.
  4. Əllər ötürülmədən arxa üstə krol.Texnika müxtəlif əşyaların və ya zərərçəkənlərin aparılması və həmçinin istirahət zamanı və başqa üzmə üsullarla istifadə edilir. Əllərlə xarakterik hərəkətlər yerinə yetirilir: ovuclar aşağı tərəfə çevrilir, çeçələ barmaqlar aralanır, ovucların bədənə doğru çevrilməklə çanaq tərəfə tez avarçəkmə hərəkəti edilir.

Kombinə edilmiş üzmə üsullarının elementləri üzgüçülüyün bütün idman üsullarının ayrı-ayrı hərəkətlərindən ibarətdir. Adətən brassın əl hərəkətlərindən, krolun isə ayaq hərəkətlərindən istifadə edilir. Bu ən effektiv və tez hərəkət üsuludur.

Suya dalma texnikası

Nəfəsi saxlayaraq uzun müddət suyun altında qalmaq-dalmaq tətbiqi üzgüçülüyün bir növüdür. Bu element batan insanı xilas, ona kömək etmək üçün və kritik situasiyalarda suyun altında üzmək üçün istifadə edilir. Suyun altına dalma insan üçün risklə müşahidə ounlduğundan məşq və hazırlıq məşqçinin ciddi nəzarəti altında aparılmalıdır. Ağciyərlərdə oksigen ehtiyatlarını bərpa etmədən suyun altına uzunmüddətli dalma insan sağlamlığına ciddi ziyan verir.

Dalma üçün məşq tez və dərin tənəffüs-ağciyərin hiper ventilyasiyasından ibarətdir. Metodika bilavasitə dalmadan qabaq və onun bitməsindən dərhal sonra (tez bərpa olmaq üçün) tətbiq edilir. Udma hərəkətləri etməklə qulaq pərinə düşən təzyiqi azaltmaq olar.

Dalma dayaqlı (möhkəm səth) və dayaqsız nöqtədən (su səthi) aparılır.

Dalma gecə və su hövzəsi pis görünən zaman aparıldlqda idmançının əlləri qabağa istiqamətlənir.

Dalma zamanı baş qabağa və ya ayaqlar qabağa olan iki texnikadan istifadə etmək olar. Dərinlik və su dibinin torpağı məlum olmadıqda üzgüçü paltarda suyun altına girir, yəni ayaqların qabağa tullanması tətbiq edilir. Başqa hallarda baş qabağa vəziyyətdən istifadə edilir

Dayaq nöqtəsindən ayaqlar qabağa tullanma zamanı aşağıdakı texnikalar istifadə olunur:

  • Möhkəm müstəvidə dayanaraq ayaqlar bir yerdə, əllər bədənə tam bitişir, baş qabağa baxır. Öz çəkinin ağırlığı altında sağ ayaq qabağa addımlayır, sol ayaq isə dayaqdan qopur. Havada ayaqlar ani birləşir.
  • Möhkəm müstəvidə dayanaraq ayaqlar bir yerdə dizlər bir qədər bükülür, əllər bədənə tam bitişir baş qabağa baxır. Bir qədər itələnib tullanaraq pəncələr dartınır və bədən vertikal şəkildə suya daxil olur.

Dayaq nöqtəsindən baş qabağa tullanma zamanı aşağıdakı texnikalar istifadə olunur:

  • Ayaqlar qabağa dayaqsız suya dalaraq üzgüçünün bədəni qruplaşır (ayaqlar diz nahiyəsində bükülür sağ və sol tərəfə açılır, dizlər tam şəkildə sinəyə bitişir, dabanlar çanağa toxunur, əllər qabağa açılır). Tam açılmaqla aşağıya möhkəm avarçəkmə edilir (brassa uyğun). Ağırlıq güvəsinin təsiri altında üzgüçü tam olaraq suya dalır. Suyun dibinə çataraq bədən yenə qruplaşır və müəyyən istiqamətə çevrilir. Ayaqlarla avar çəkilərək suyun altında üzmə baş verir. Barmaqlar bortdan və ya başqa müstəvidən tutulur, əllər yuxarı dartınır. Bədən əyilir, ayaqlar bir qədər bükülür. Dayaq nöqtəsindən dartınaraq düz bədən suya daxil olur.

Basseyn tumbasından professional üzgüçülərin start tullanma ilə suya dalması.

Dayaq vəziyyətdən dalma zamanı bədən qruplaşır (ayaqlar qabağa tullanma texnikası ilə analoji).

Dərin nəfəs alaraq baş aşağı salınır, əllər suyun dibinə doğru açılır, ayaqlar suyun səthinə çıxır. Dalma ağırlıq qüvvəsinin təsiri altında baş verir.

Dalma dərinliyi və istiqamət başın, bədənin, əllərin vəziyyəti ilə və həmçinin bel nahiyəsində əyilmiş bədənlə nizamlanır. Suyun üzünə çıxdıqda baş yuxarı qaldırılır, əllər qabağa dartınır, bədən əyilir. Yuxarıdan çanaq nahiyəsinə doğru avarçəkmə edilir. Qalxma suyun dibindən edilirsə bədən qruplaşır, əllər dartınır ayaqlar təkan hərəkətləri edir. Yüksək dərinlik olduqda əllər avarçəkmə, ayaqlar isə təkan hərəkətlərini edir(brass).

Batan insanın xilas edilməsi

  1. Suya daxil olma. Daxil olma nöqtəsi batma baş verən yerə maksimal yaxın olmalıdır.
  2. Zərərçəkənin yanına üzmə. Ən sürətli üzmə üsulu olan sinə üstə kroldan istifadə olunur.
  3. Görmə diapazonunu təmin etmək üçün baş suyun üzündə yerləşməlidir. Xilas olunan xilaskardan tutmaq imkanını verməmək üçün arxadan yaxınlaşmaq daha yaxşı olar.
  4. Zərərçəkənin suyun altında axtarışı. İnsanın suya daxil olma nöqtəsini müəyyən edilir və dalma edilir. Suyun dərinliyində tədricən nəzər nöqtəsini artıraraq ətrafa göz gəzdirmək lazımdır. Dalma arası fasilələr zamanı xilasedici tənəffüsü bərpa etmək üçün ağciyərlərin hipersirkulyasiyasını edir. Zərərçəkəni arxadan qoltuqaltından tutaraq çıxartmaq lazımdır.
  5. Tutmaq imkanını verməmək üçün. Panik halda zərərçəkən çox zaman xilaskardan tutmaq istəyir və bununla onun işinə mane olur. Əgər zərərçəkən xilaskarın əlindən tutubsa onu bu əllə sahilə doğru daşımaz lazımdır. Əks hallarda tutmağa imkan verilməmılidir.
  6. Suda batan insanın daşınması. Zərərçəkənin vəziyyətindən asılı olmayaraq suyun üzünə dəyməməsi üçün daşınma bel üstündə aparılmalıdır. Brass, arxa üstə krol, sinə üstə krol, böyür üstə üzmə texnikaları tətbiq edilir. Bəzən iki xilasedicinin müştərək əməlləri lazım olur.
  7. İlk yardımın göstərilməsi.

Su keçmələri

  1. Üzərək keçmə. Üzgüçünün əlində hər hansı bir əşyaların və ya ona mane olan geyimin olmaması (idman ləvazimatı yox). Hər hansı bir uyğun üzmə texnikası tətbiq edilir. Üzgüçüyə geyim mane olursa əllər ötürülməyərək üzmə texnikası istifadə olunur.
  2. Köməkçi vasitələrdən istifadə. Suda hərəkət etmək üçün düyünlərdən, plastik əşyalardan taxtalardan istifadə edilir. Ayaqlarla krol hərəkətləri, əllərlə isə brass hərəkətləri edilir, yaxud brass texnikası tam şəklidə tətbiq edilir. Məftildən, ipdən də istifadə edilə bilər.

Tətbiqi üzgüçülüyün bütün növləri xilas etmə əməliyyatlarda geniş istifadə edilir. Düzgün texnikaya əməl və təhlükəsizlik texnikasına riayət etmə batanları xilas edib sahilə daşımaq, qısa zaman ərzində müxtəlif əşyaların su ilə daşınması tətbiq edilir.

Üzgüçülükdən əvvəl razminka

İnterval məşqlər

Üzgüçünün idman qidası

Hovuzdan istifadə qaydaları

Üzgüçülük zamanı qıcolmalar