Burun üçün buruncuq (sıxac)

Ona müxtəlif adlar verilir: burun üçün sıxac, klips. Azərbaycanda biz ona buruncuq deyirik. Abstrakt şəkildə tərcümə etsək buruna taxılan vasitə alınır.

Burun üçün sıxaclar müxtəlif materiallardan düzəldilir. Onlar plastmas, rezin, metal, silikon, qarışıq materiallardan olur. Buruncuqlar həmçinin uşaqlar və böyüklər üçün uyğnlaşdırılır. Bəzilərinə, əsasən uşaqlar üçün olanlara suya baş vurduqda itirilməməsi üçün ip bərkidilir.

Burun üçün sıxac suyun altında üzmə zamanı əvəzolunmazdır. O havanı itirməmək və suyun dərinliyində uzun müddət olmağa imkan yaradır. Buna görə buruncuqları sinxron üzgüçülüklə məşğul olan idmançılar çox istifadə edir. Professional üzgüçülükdə başqa üsullardan daha çox idmançılar sıxacı arxa üstə krol üsulunda istifadə edir. Çevrilmələr və sudan çıxma zamanı üzgüçü aktiv olaraq burunla nəfəsi verməlidir ki, su onun içinə daxil olmasın. Bu halda buruncuq kömək edir.

Burun üçün sıxacı idmançılar məşq zamanı borucuqlarla birgə istifadə edir. Buruncuq suda hərəkətli oyunlar zamanı əvəzedilməzdir. Bəzən buruncuqdan üzməyə yeni öyrənənlərin rahatlığının təmin edilməsi üçün istifadə olunur. Bundan başqa onu xlora qarşı allergiya olanlara istifadə etmək tövsiyə edilir.

Burun üçün sıxac

Foto: Burun üçün sıxac

Burun üçün sıxac