Üzgüçülük papağı

Üzgüçülük papağı hər bir basseyn istifadəsinin ayrılmaz hissəsidir. Onun mövcud olması bir neçə üstünlüklər verir:

  • Saçların suda yaş olmaqdan qorunması Papağın istifadəsi zamanı saçlar demək olar ki, quru qalır. Amma suyun altına girdikdə hətta başa sıx oturan papaq taxdıqda da saçları yaş etməmək mümkün deyil;
  • Hovuz suyunun zərərli komponentlərindən (xlordan) qorunma;
  • Papağın altında, xüsusilə uzun saçları toplanması üzmə zamanı idmançıya mane olmur, gözə girmir;
  • Üzmə zamanı başdan böyük dərəcədə isti çıxır və onun papaq altında qalması bədən istisini daha çox saxlamağa imkan verir;
  • Qulaqları suyun keçməsindən qoruma;
  • Üzmə zamanı saçlar suya düşüb təmizləyici filtrləri çirklətməyəcək;
  • Saç və qulaqlar suyun əlavə müqavimətini yaradır, papaq onu xeyli azaldır;
  • Yaraşıq. Papaq üzgüçülük kostyumuna gözəl əlavədir və təbii gözəlliyə diqqəti yönəldər.

Üzgüçülük papağının tipləri

Üzgüçülük papağının hazırlanmasında istifadə olunan materialın növündən asılı olaraq onların aşağıdakı tipləri var.

  • Lateksdən olan papaq. Bu tip papaqlar çoxdan istifadə olunur, amma bu gün öz populyarlığını itirib. Lateksdən olan papaqlar materialın davamsız və nazik olmasına görə tez cırılır. Onlar bütün bədən hissələrinə və saçlara tez yapışır buna görə onları geyinmək çox çətindir. Çıxarıldıqda da onlar bir çox xoşagəlməz hissiyyata səbəb olur. Lateks papaqlar ancaq qısa saç üzgüçülər üçün uyğundur. Hər istifadədən sonra papağın yapışqanlığını aradan götürmək üçün onun üstünə talk səpmək lazımdır. Lateks allergen materialdır və heç də üzgüçülərin hamısı üçün yararlı deyil. Lateks çeşidinin əsas üstünlüyü ucuz qiymətindədir.
  • Silikon papaq. Bu çeşidlər üzgüçülər arasında daha populyardır. Onlar demək olar ki, su keçməyən, başa tam şəkildə oturan elastik silikondan hazırlanır. Materialın bu xüsusiyyəti sayəsində eninə çox yaxşı dartılır və başa taxılanda əlavə çətinliklər törətmir.Silikon papaqlar çox davamlı və rahatdır. Onlar praktiki olaraq allergiya törətmir. Qapağa qulluq etmək də çox asandır.Basseyndan sonra onu yaxalayıb yaxşı qurutmaq lazımdır. Professional idmançı və həvəskarlar üçün bu tip üzgüçülük papaqlarının müxtəlif çalarları buraxılır. Onların qiyməti lateks papaqlarının qiymətindən artıqdır. Amma keyfiyyət özünü doğruldur.
  • Parça papaqlar. Bu başa asan taxılan, ona təzyiq etməyən nisbətən ucuz çeşiddir. O xüsusi qulluq, ehtiyatlı yanaşma tələb etmir. Bu papaqların əsas çatışmamazlığı onların su keçirməsindədir. Buna görə parça materialdan olan çeşid professional üzgüçülər üçün uyğun deyil.
  • Müxtəlif materiallardan olan papaqlar. Malın iç tərəfi parçadan (laykradan), üst tərəfdən silikondan hazırlanıb. Bu materialların kombinə edilməsinin optimal variantıdır. Bunun sayəsində silikonun davamlığı laykranın elastikliyi ilə uzlaşır. Bu cür mallar istifadədə çox rahatdır və üzgüçülük üçün tam uyğundur. Onlar narahatçılıq törətmir və qulluqda çətinlik yaratmır. Rəsmi turnirlərdə üzgüçülər bu cür papaqları yox , qalın silikon çeşidləri istifadə edir.

Professional üzgüçülər başa sıx oturan, onun konturlarını təkrar edən və yüksək hidrodinamik göstəricilərə malik anatomik papaqları işlədir.

Üzgüçülük papaqlarını necə seçmək lazımdır

Birinci növbədə basseynin nə məqsədlə istifadə olunduğu nəzərə alınır. Adi sağlamlıq üçün üzgüçülüklə məşğul olanlar xüsusi xarakteristika tələb etməyən papaqları seçməlidir. Bu halda fantaziyanı işlədib orijinal çalarlı və bəzəkli çeşidləri əldə etmək olar. Professional üzgüçülüklə məşğul olan idmançılar üçün papaq seçimi məsələsi daha önəmlidir. İlk baxışdan adi görünən aksessuar üzgüçünün sürəti üçün çox vacibdir. Bu halda ucuz papaqları almaq düzgün olmaz.

Bu üzgüçülük üçün ləvazimatının seçimində başın ölçüləri də nəzərə alınmalıdır. Yaxın zamanlara qədər papaqları böyüklər və uşaqlar üçün olan çeşidlərə bölürdülər. İndi isə yeniyetmələr üçün və ya başın ölçüsü kiçik olan idmançılar üçün orta ölçülü papaqlar hazırlanır. Kişi və qadınlar üçün olan papaqlar ölçülərinə görə seçilmir, rəng çalarları ilə fərqlənir. Hovuz istifadəsindən sonra papaqları yuyub otaq temperaturunda qurutmaq lazımdır.