Hidrokostyum

Bu idmanın su növləri üçün geyimdir. Geyim insanı suda fiziki zədələnmədən (cırmaq, kəsik) və soyuqdan qorumaq üçün nəzərdə tutulub. Düzgün seçilmiş üzgüçülük üçün hidrokostyum insana suda komfort vəziyyəti təmin edir və burada aktiv istirahətdən maksimal dərəcədə həzz almağa imkan verir.

Kostyumların hazırlanmasında istifadə olunan material

  • Hidrokostyum neoprendən hazırlanır. O üç tərkib hissədən ibarətdir.
  • Sintetik xloropren kauçukdan, yəni,müxtəlif sıxlığa malik və geyimin iç tərəfində olan köpüklənmiş rezindən;
  • Geyimin üst hissəsini təşkil edən polimer örtükdən;
  • Yumsaq, bədənin dərisinə yaxşı təsir edən, geyimin içini təşkil edən, suyu yaxşı hopduran absorbsiya edən örtükdən.

Sualtı üzgüçülük ləvazımatı üçün olan material əla keyfiyyətə malikdir

  1. Su keçirmir;
  2. İstini saxlayır;
  3. Bakteriyaların inkişafına imkan vermir;
  4. Mexaniki zədələrə qarşı davamlıdır;
  5. İnsan bədənində allergik reaksiyalara səbəb olmur.

Material müxtəlif sıxlıqda və qalınlıqda olur. İdmanın su növləri üçün hidrokostyumlarının tikilişi üçün daha çox S və HS nişanlı qalın neopren daha çox uyğundur.

Neopren kimyəvi emal ilə (ucuz variant) və ya qazla köpükləmə vasitəsi ilə (keyfiyyətli) hazırlana bilər.

Neoprenin hamar rahat, amma bədənə çətinliklə taxılan növü var. Onu adətən kostyuma əlavə elementlərin tikilməsində istifadə edirlər.

Titan örtüklü neopren. Bu kompozit materialdan istifadə istinin qorunmasını 15% artırır.

Qeyri adi “Açıq məsamə” və ya “Hamar dəri” adlı neopren. Bu növün xüsusiyyəti mikroskopik köpüklərlə bədənə oturmasından ibarətdir.

Təsnifat

Hidrokostyumlar tipinə, tikilişinə və aidiyyətinə görə ayrılır.

Tiplər üzrə çeşidləri

  • Quru hidrokostyum. Bu kostyum xüsusi emal vasitəsinə görə, demək olar ki, heç su buraxmır. Bilək və boyun hissəsində olan qalın manjetlərdən, su və qaz keçirməyən zəncirbənddən ibarətdir. Bu cür kostyumda soyuq suya girmək olar. Materialın qalınlığı 5 mm.-dir. Kostyumun tikilişi onun üzgüçünün bədəninə yaxşı oturmasını (yapışmasını), topuq və biləklərdə tam fiksasiyasını təmin edir. Bu cür kostyum o qədər də rahat deyil. Amma istini yaxşı saxlayır. Bu modelləri böyük dərinliklərdə üzən dayverlər (sualtı üzgüçülər) istifadə edir. O xilas, axtarış, qaynaq, montaj işləri ilə məşğul olan professionallar üçün uyğundur. Kostyumun quru tipi pəncələri bağlı, uzunqollu, bəzən də kapüşonlu şəkildə olur.
  • Yaş hidrokostyum. 10°С - 30°С temperaturlu suda yaxşı istilik izolyasiyasını təmin edən neoprendən hazırlanır. Kostyum bədənə nə qədər sıx otursa, bir o qədər az su içəri daxil olar və bir o qədər də az isti soyuq suyun qızmasına sərf edilər. Bu xüsusi geyimin ən asan variantıdır. Bu geyim +15su hövzələrində, isti dənizlərdə dayverlərlə və həmçinin serferlərlə rahat istifadə olunur.
  • Yarımquru hidrokostyum. Su az miqdarda içəri keçir. Kostyum bədənə sıx oturduqda su heç keçmir. Geyimin qalınlığı 3mm. - 6,5 mm. arasında dəyişir. Bu cür kostyum daha çox dayvinq və sualtı balıq ovu ilə məşğul olanlar tərəfindən istifadə olunur. O həmçinin qış balıq ovu üçün, qayıqlar üçün, qağ çaylarında olan raftinqlər üçün uyğundur.

Tikilişə görə çeşidləri

  • Monokostyum, yəni kombinezon. O bütün uzunluğu boyunca əlləri. ayaqları, bəzən dəbilqə lazım olanda başı da əhatə edir. O çox davamlı və rahatdır.
  • Qısaqol, qısa şalvarlı dəbilqəsiz qısa monokostyum + 25 suda istifadə edilir.
  • İki hissədən ibarət hidrokostyum. Birinci hissəsi qayışlı kombinezon, ikinci hissəsi isə uzunqol, zəncirbəndli, aşağı hissəsi lazım olduqda ayrılan, dəbilqəli gödəkcədir.
  • Kombinə edilmiş, qarışıq tipli hidrokostyum. Yuxarıda təsvir olunan kostyumlardan özünə uyğun hidrokostyum tipini hazırlamaq olar.

Hər bir hidrokostyuma dəbilqə tikilə bilər və ya dəstə əlavə oluna bilər

Təyinata görə çeşidləri

  • Dayvinq və su altı üzmələr üçün olan hidrokostyum. Bu geyim müxtəlif qalınlıqlı olur. 5mm.-li ilıq su üçün, 11 mm. soyuq su üçün nəzərdə tutulur. Kostyumu seçəndə nəzərə almaq lazımdır ki, təzyiqin altında dərinlikdə neoprenin keyfiyyəti pisləşir, istilik izolyasiyası və suyun üzündə qalmaqabiliyyəti azalır. Bu keyfiyyəti jileti şişirtməklə kompensasiya etmək olar. Quru kostyumlarda bu çatışmamazlıqlar yoxdur. Onları şişirtmək lazım olmur.
  • Sualtı ov üçün kostyum. Bunun üçün istirahət üçün “Açıq məsamə” tipli yaş kostyum uyğun olar. “Açıq məsamə” tipli hidrokostyum kiçik köpüklərlə bədənə tam yapışaraq ikinci dəri yaratmaq xüsusiyyətinə malikdir. Bu köpüklər bir birindən asılı deyil, buna görə material sukeçirməzdir. Hər bir köpüyün strukturunda yaxşı istilik izolyasiyanı və suyun üzündə qalma qabiliyyətini təmin edən azot və ya hava vardır.
  • Ov üçün kostyumlar. Onlar iki hissədən ibarətdir. Bu uzun şalvar və gödəkcə dəstidir. Bu variant zəncirbəndin əvəzinə işlənir. Kostyumun qalınlığı suyun temperaturundan asılıdır. Kostyumu seçərkən onu hansı suda istifadə olunacağını nəzərə almaq lazımdır. +25 ilıq suda qalınlığı 3 mm. olan kostyum, soyuq suda 7 mm. və daha artıq qalınlığı olan kostyumlar işlənir.
  • Fridayvinq üçün üst qatının suya sürtülməsi minimal olan   “Açıq məsamə” tipli hidrokostyumlar uyğundur. Bu əzələlərin oksigeni sərf etməsini azaldır.Dayvinq kostyumu “Köpəkbalığı dərisi” tipli cilalanmış polimerdən hazırlanır. Tikilişi əllərin sərbəst hərəkətini təmin edir. Kostyumun qalınlığı 3-5 mm.-dir.
  • Serfinq üçün kostyum. Vidserfinq üçün 5mm.-dən qalın olmayan quru və yarımquru hidrokostyumlar uyğundur. Qalınlığı 2mm. olan qısaqol, uzunluğu 3, 4 mm.-dən artıq olmayan qısa şortdan və yu uzun yapışıq şalvardan ibarət kostyum daha rahatdır. Mexaniki zədələrdən əlavə qorunmanı təmin etmək üçün adətən vidserfinq üçün kostyumlarda şalvarın diz hissəsinə xüsusi rezin parçalar tikilir.

Hidrokostyumun seçimi

  1. Hansı hidrokostyumu seçmək lazımdır? Seçim edərkən birinci növbədə onun hansı fəaliyyət növündə istifadə ediləcəyini nəzərə almaq lazımdır.
  2. Kostyum bu idman növünün bütün tələblərinə cavab verməlidir.
  3. Kostyumun ölçüsünü mütləq düzgün seçmək lazımdır. Sualtı ov, dayvinq, vindserfinq üçün geyimlər fiquraya yaxşı oturmalıdır.
  4. Seçim zamanı kostyum nə qədər qalın olsa, bir o qədər yaxşıdır prinsipindən çıxış etmək düzgün olar. Məsələn, seçim üçün qalınlığı 5 mm., 7 mm. və 9 mm. olan hidrokostyumlar təqdim olunur. Hər insanın temperatura qarşı öz hissiyyatı var. 9.mm. kostyum hərarəti +12 olan suda, 7 mm. hərarəti +15 olan suda, 5mm. isə hərarəti +25 olan suda istifadə edilir. Hər bir konkret insan üçün temperatura uyğun seçim olmalıdır.
  5. Kostyumun heç bir mexaniki zədəsi olmamalıdır.

Hidrokostyumların müxtəlif ölçüləri təqdim olunur. Düzgün ölçünü seçmək lazımdır. Bu növ geyimi böyük və ya kiçik ölçüdə almaq olmaz. Kostyumu seçərkən onu geyinmək və lazımı ölçüsünü əldə etmək lazımdır. O rahat olmalıdır və hərəkətləri məhdudlaşdırmamalıdır.

Kişi üçün olan kostyum qadın üçün uyğun deyil. Hidrokostyumların hazırlanmasında qadın fiqurasının xüsusiyyətləri nəzərə alınır. Uşaq kostyumu seçərkən uşağın boyunu deyil, bədən ölçüsünü nəzərə almaq gərəkdir.

Hidrokostyumların qiyməti müxtəlifdir. O yuxarıda adı çəkilən tiplərdən asılı olaraq dəyişir. Qiymətə materialın qalınlığı, keyfiyyəti, ölçüləri və komplektləşməsi təsir edir. Yaxşı keyfiyyətli hidrokostyumun qiyməti ucuz olmayacaq.

“İkinci dəriyə” lazımı qulluq vacibdir. Kostyumun hər bir növünün öz spesifik xüsusiyyətləri var və onun uzun müddət istifadə etmək üçün lazımı qulluğunu təmin etmək gərəkdir.

Hidrokostyumun yaş növü

Suya daxil olmazdan əvvəl kostyumu yaş etmək lazımdır. Onu quru şəkildə geyinməyə dəyməz. Kostyumu geyinmək çətin olduqda duru sabun mayelərdən istifadə etmək olar.

İstifadədən sonra:

  • Kostyumu təmiz suda yumaq lazımdır.
  • Paltar yuyan maşınlardan istifadə etməyərək, əllə yumaq lazımdır.
  • Tikişləri poza bilən yağlardan istifadə etməmək gərəkdir.
  • Kostyumu açıq havada gün olmayan yerdə və ya bağlı məkanda qızdırıcı cihazlardan uzaq yerdə qurutmaq gərəkdir.
  • Açıq, asılmış vəziyyətdə saxlamaq lazımdır.
  • Harasa aparanda səliqəli bükmək, qatların əmələ gəlməsinə imkan verməmək üçün onu əzməmək lazımdır.

Hidrokostyumun quru növü

Suya girməzdən əvvəl asan sürüşməni təmin etmək üçün kostyumun iç hissəsinə talk səpmək lazımdır. Materialı zədəliyə bilən ətirli talkdan istifadə etmək olmaz.

  • İstifadədən sonra kostyumun yuxarı hissəsini təmiz suda yumaq gərəkdir.
  • Nəmi yaxşı hopduran salfetlə yaxşıca silmək lazımdır. Kondensatı hopduran süngərdən də istifadə etmək olar.
  • Sonrakı qurulamanı kölgədə və qızdırıcı cihazlardan uzaq yerdə aparmaq lazımdır.
  • Kostyumun astarını çevirmək, çəkmələrin içinə qəzet, kağız və yasilikagellitorbalar qoymaq və yaxşı qurutmaq lazımdır.
  • Manjetlərin həm üst, həm də iç tərəfinə talk sürtmək lazımdır. Zəncirbəndə və klapanlara silikon maddə çəkmək yaxşı olar.

Hidrokostyumların kiçik təmirini xüsusi yapışqandan istifadə edərək aparmaq olar. Rezin hissələri hər hansı bir suyadavamlı yapışqanlarla təmir etmək olar.