Üzgüçülük eynəkləri

Eynəklərlə üzmək üçün rəsmi icazə idmançı üzgüçülərə ilk dəfə 1976-cı ildə Monreal olimpiadasında verilmişdir. Bundan əvvəl bu rəsmi qadağan olmuşdur, çünki linzaların emalında istifadə olan materiallar sağlamlıq üçün zərərli idi.

Üzgüçülük eynəklərinin tarixi

Üzgüçülük üçün eynəklər haqqında ilk məlumatlar XIV əsrə aid edilir. Tarixdə İrandan olan sualtı üzgüçülər tərəfindən tısbağa qınından hazırlanmış eynəklərin istifadəsi haqqında danışılır. Qədim sənətkarlar onları yarımşəffaf olana qədər ən nazik qatacan cılalayırdı və bununla dərinlikləri fəth edənlər üzgüçülük üçün qədim eynəkləri əldə etmiş oldu. Hovuzda üzmək üçün müasir eynəklərdən XX əsrin ortasından aktiv istifadə edilməyə başlandı. Məhz bu dövrdə zərərsiz linzalarla olan idman eynəklər yarandı.

Üzgüçülük eynəklərinin növləri və modelləri

İdman ləvazimatı bazarında üzgüçülük üçün eynəklərin bir neçə növü və yüzlərlə modelləri təqdim olunur. Onlar şərti olaraq aşağıdakı növlərə bölünür:

  • Professional eynəklər. Start eynəkləri;
  • Məşq eynəkləri. Uzunmüddətli məşqlər üçün olan eynəklər;
  • Eynək-maska, ya eynək yırımaska;
  • Optik xüsusiyyətləri olan eynəklər (dioptriyalı eynəklər).

Professional üzgüçülük eynəkləri

Bu gün idman malları istehsal edən firmalar hovuzda üzmək üçün eynəklərin geniş spektrını təqdim edir. Speedo və Arena firmalarının məhsulları dünya səviyyəli idmançılar arasında ən populyar olanlardır. Bu satış markaları basseyn üçün eynəkləri rahat, davamlı və ən asası yarış startlarında suyun az müqavimətini təmin etmək üçün istehsal olunub.

Şvedka, şüşəciklər adlanan start eynəklər o qədər də rahat deyil. O gözətrafı sahəni çox sıxır. Buna görə üzgüçülərin əksəriyyəti eynəyin linzaları və üz dərisi arasında xüsusi qoruyucu vasitə olan məşq eynəklərini istifadə edir. Bu halda onlar məşq zamanı narahatçılıq hiss etmir. Yalnız ciddı startlara bir neçə gün qalmış öyrəşmək üçün üzgüçülər professional eynəklərin istifadəsinə keçir.

Hovuzda eynəklər nə üçün lazımdır?

  • Ağrı hiss etməmək üçün. Suyun, xüsusilə də xlorlu suyun gözə dəyməsinə göz reseptorları ağrı və ya qaşınma ilə reaksiya verir. Üzgüçü dərhal gözlərini ovmağa başlayır və üzmə haqqında unutmalı olur. Fikrində ancaq ağrı və narahatçılıq hissi olur.
  • Allergiya olmamaq üçün. Xlorlu suyun gözə dəyməsinə görə allergiya və bununla bağlı qaşınma, gözyaşarma, qızartı, ağrı hissi yaranır.
  • Yaxşı görmək üçün. Eynəkləri taxan zaman hava qatın yaranması suyun altında yaxşı görməyə imkan verir.
  • Kontakt linzaları itirməmək üçün.
  • Optik görmə üçün. Bəzi eynəklər müəyyən dioptriya ilə buraxılır. Bu görmə qabiliyyəti zəif olan insanlara üzgüçülük üçün eynəklər vasitəsi ilə bu qüsuru kompensasiya etməyə imkan verir.

Uşaqlar üçün üzgüçülük eynəkləri

Uşaqlar üçün burun üstünü tam örtən bağı olan üzgüçülük eynəklərini seçmək lazımdır. Eynəyin bağı dəyişən və ya tənzimlənən olsa uşaq onu tez sındıra bilər.Axı uşaq eynəyi tez-tez çıxarır və bu onu yararsız edir. Üzgüçülük üçün eynəkləri seçəndə onların materialına da diqqət yetirin. Bəzi istehsalçılar eynəklərin materialına allergiyaya qarşı vasitələr qatır. Bu göz ətrafında qaşıntı və qızartının yaranma riskini azaldır. Uşaqların çoxu su altına girməyi xoşlayır. Bunun üçün uşaqlara üzgüçülük üçün eynək-maskanı seçmək olar. Onların əhatə diapazonu adi eynəklərdən daha genişdir və bu uşaqların çox xoşuna gəlir. Lakin bu maskalar məşq prosesi və üzgüçülük seksiyaların cavan idmançıları üçün yararsızdır. Məşq üçün kiçik ölçülü adi üzgüçülük eynəkləri lazımdır.

Zəif görənlər üçün üzgüçülük eynəkləri

Üzgüçülük üçün ləvazimat buraxan hər bir firma görmə qabiliyyəti zəif olan şəxslər üçün eynəklər istehsal edir. Adi eynəklərdən fərqli olaraq onlar 0,5-1 dioptriya arasında olur. Bu aksessuar eyni dioptriyalı linzalarla ya linzaları dəyişilə bilən olur. Eynəklərin dioptriyası üzgüçünün quruda istifadə etdiyi eynəklərin dioptriyası ilə eyni olmalıdır. Mütəxəssislərin əksəriyyəti aşağı dioptriyalı eynəkləri əldə etməyi tövsiyə edir. Eynəklər görmə qabiliyyəti zəif olan üzgüçülər arasında geniş yayılıb.

Üzgüçülük eynəkləri nə üçün tərləyir? Bunun üçün nə etmək lazımdır?

Əvvəlcə xalqarasında geniş yayılan metodlardan deyək. Eynəkləri tüpürcəklə yaxşıca isladıb bir dəqiqə gözləyin. Sonra onları soyuq suda yaxalayın. Bu sizin eynəkləri bir məşq ərzində tərləmədən qoruyacaq.

Vasvası insanlar şampun və ya duru sabundan istifadə edə bilər.Mayeni eynəyin linzalarının üstünə tökün. Bir dəqiqədən sonra onu soyuq su ilə yaxalayın.

Normal metod isə anifoqdan istifadədir. Antifoqlar hər hansı bir idman mağazasında sprey və maye şəklində olur. İstifadədən əvvəl eynəkləri qurudub təmizləmək lazımdır. Sonra mayeni eynəklərin içinə tərəf çəkmək lazımdır. Bir dəqiqədən sonra onları yaxalayıb bir neçə məşq zamanı rahat istifadə etmək olar.

Üzgüçülük eynəklərini necə seçmək lazımdır.

  1. Üzgüçülük üçün eynəkləri istehsalçısını seçin (məşhur satış markalarını seçməyə çalışın. Bu eynəklərin keyfiyyətini təmin edəcək.
  2. Üzgüçülükdən əvvəl məqsədinizdən asılı olaraq eynəkləri seçin (məşq, yarımmaska, start eynəkləri).
  3. Eynəklərin rəngini seçin. Modelin rəngi sahibinə estetik zövq verdiyi halda, linzaların çalarını düşünərək seçmək lazımdır. Tünd rəngli linzalı eynəkləri açıq hovuzlarda, açıq rəngliləri isə bağlı hovuzlarda istifadə etmək lazımdır.
  4. Eynəklərin ölçüsünə görə sizə uyğun olmasını yoxlayın. Buna görə onları arxadan bərkitməyərək gözlərinizə taxın. Eynəyi əlinizlə sıxın. O dəriyə yaxşı yapışib düşmürsə bu sizin ölçüdür. Sonra rezin kəməri başınızın ölçünüzə uyğun arxadan bərkidin. Eynək burunun üst hissəsinə rahat oturmalı, onu sıxmamalıdır. Bəzi modellər tənzimlənən bağla təchiz edilib.
  5. İndi öz imkanınıza uyğun qiyməti seçmək lazımdır.

Üzgüçülük eynəklərinin qiyməti

İstehsalçı firmadan və modeldən asılı olaraq üzgüçülük eynəklərinin qiyməti 5-50 manat arasında dəyişir. Çin istehsalı olan eynəklər naməlum materialdan hazırlanıb və allergiyaya səbəb ola və su keçirə bilər. Qiyməti 20 manatdan artıq olan daha bahalı modellər bütün müsbət keyfiyyətlərə malikdir. Bazarda arena və adidas firmalarının eynəkləri də təqdim olunur. Onların qiyməti 40-50 manatdır. Üzgüçülük üçün professional eynəklərin qiyməti 50 manatdan artıqdır. Yaxşı keyfiyyətli və cibinizə uyğun modelləri seçməyə çalışın.