Üzgüçülük üçün qulaq tıxacı

Üzmə zamanı qulaq seyvanına suyun keçməməsi üçün xüsusi qatlardan, qulaq üçün tıxaclardan (beruşilərdən) istifadə edilir. Beruşi sözü rus dilində olan bereqi uşı ifadəsinin qısaldılmış formasıdır.Aksessuar üzgüçülərlə həmçinin qulaq iltihabının (otit) profilaktikası və kanar səslərdən müdafiə üçün istifadə edilir.

Qulaq tıxaclarının hazırlanmasında istifadə edilən material suyun daxil olmasını və rahatlığı etibarlı təmin edir.

Aksesuarın müxtəlif tipləri (forma, ölçü, zahiri görünüş) hər bir idmançı üçün individual şəkildə seçilir.

Tiplər və çeşidlər

Aksessuarın formasına görə aşağıdakı tipləri seçilir:

  • Kürəcik formalı yumsaqvə rahat qulaq tıxacları. Qulaq seyvanına   asan yerləşdirilir və çıxarılır (sırqa asılan yerin altında olan çuxura basaraqkürəcik çıxarılır).
  • Dairəvi formalıvə ucundan tutub çıxartmaq üçün balaca quyruqdan ibarət qöbələk-tıxac (spisifik formasına görə modelin sıxlığını və qulağa oturrmasını nizamlamaq olar).
  • Ox formalı qulağın ardıcıl bağlanması üçün bir neçə disklərdən və xüsusi qatın çıxarılması üçün kiçik quyruqdan ibarət tıxac ( bu tipi adətən professional üzgüçülər istifadə edir).

İstifadə edilmə məqsədinə görə bir neçə tip tixac seçilir:

  • Basseynda üzmə zamanı istifadə edilən qulaq tıxacı;
  • Sualtı dalma zamanı (dayvinq) istifadə edilən qulaq tıxacı;
  • Tayərədə uçuş zamanı istifadə edilən qulaq tıxacı;
  • Yuxu üçün istifadə edilən qulaq tıxacı.

Üzgüçülük üçün qulaq tıxaclarının seçim kriteriləri

Dayvinq və üzmə üçün istifadə edilən qulaq qoruyucuları qulaq tıxaclarının ayrı-ayrı tipləridir. Üzmə üçün aksessuar yalnız sukeçirməzliyinə malik olmalıdır, suya dalmaq üçün isə böyük dərinlikdə təzyiqi stabilləşdirmək qabiliyyəti olmalıdır.

Qulaq tıxaclarının seçimi zamanı aşağıdakı kriteriləri nəzərə almaq lazımdır:

- Qulaq qoruyucularının hazırlanmasında istifadə edilən material. Kənar səslərə qarşı qulaq tıxacları poliuretandan, polipropilendən, pambıqdan və polivinil xloriddən istehsal edilir. Hovuzda məşqlər üçün silikondan olan qulaq üçün tıxacları istifadə etmək yaxşı olar. Bu material qulağa tam oturur və suyun keçməsindən etibarlı qoruyur. Bununla belə bütün kənar səsləri batırmır etmir və ətrafdakılar ilə ünsiyyətə imkan verir.

- İstifadə etmə müddəti. Qulaq üçün qoruyucular bir dəfə və dəfələrlə istifadə edilə bilənlərə bölünür. Birdəfəlik istifadə üçün olan tıxsclar daha gegiyenik və rahatdır. Lakin uzun müddətli istifadə üçün tıxaclar daha praktikdir. Onların əsas xüsusiyyəti gündəlik qulluqdur. Istifadədən sonra onları zəif sabun məhlulunda yuyub qurutmaq lazımdır.

- Ölçüləri və forması. Qulaq seyvanının ölçüsündən asılı olaraq qulaq üçün quruyucular seçilir.Böyüklər üçün qulaq tıxaclarına oxşar amma kiçik ölçülü aksessuarlar var. Aksessuarın forması individual istəklərə gərə səçilir.

Bəlli olaraq üzgüçülərin əksəriyyətində basseynda məşqlər zamanı qulaq üçün tıxacların lazım olub - olmaması haqda sual yaranır. Sualın cavabı da bəllidir. Bəli Suyun keyfiyyəti və təmizliyi çox zaman normalara uyğun olmur. Təbii su hövzələrində çoxlu bakteriya və mikroorqanizmlər var və onlar nadir hallarda təmiz olur. Hovuzun suyunda xlor qatışıqları var. Bu cür mayenin qulaq seyvanına düşməsi təhlükəli ola bilər. Su qulaqda iltihab prosesinə səbəb olur. Müxtəlif fəsadların inkişaf riskini azaltmaq üçün məşqlərdə və yarışlarda qulaq üçün tıxacları istifadə etmək tövsiyə olunur.