Üzgüçülük üçün lastlar
Lastlar üzgüçülük ləvazimatının bir növünə aiddir. Onları təkcə professional üzgüçülər və akvalanqistlər deyil, həvəskar üzgüçülər də istifadə edir. Lastlar suda hərəkətin sürətini xeyli artırmağa, bədənin düzgün vəziyyət almasına, ayaqlara düşən yükləməni artırmağa imkan verir. Məhsulun keyfiyyətindən və rahat istifadə edilməsindən çox şey asılıdır. Buna görə aksessuarın seçiminə diqqətlə yanaşmaq lazımdır.
Lastların növləri:
Başmağın quruluşuna görə lastlar seçilir:
- Pəncəsi açıq və pəncəsi tənzimlənən olan lastlar. Bunlar akvalanqla məşq üçün uyğundur. Lastların pəri başmağa möhkəm bərkidilir, bu da hətta suyun əks axına müqavimət göstərməyə imkan yaradır. Adətən hidrokostyuma bərkidilən xüsusi kəmərlərlə təchiz olunur. Çox böyük ölçülərinə görə bu cür lastlar basseyn üçün yaramır.
- Pəncəsi bağlı olan lastlar. Hovuz və maskada üzmək üçün uyğundur. Başmağı pəncəyə tam bərkidilərək yalın ayağa asan geyinilir.
Lastlar uzununa və eninə görə aşağıdakı növlərə bölünür:
- Rezin və plastikdan olan qısa lastlar. Çeşid dərinlikdə və suyun üzündə (sualtı foto çəkilişlər, tullanma və çevrilmələr, manevrlar üçün yarayır). Sürətin artırılması üçün bu lastlar uyğun deyil, suda uzun müddət olanda əlavə yükləməyə səbəb olur. Lastlar basseyda məşqlər zamanı, üzmə texnikaları və ayrı - ayrı elementləri suda yerinə yetirən zaman istifadə edilir.
- Rezin və plastikdan hazırlanmış enli elastik kombinə edilmiş lastlar. Bu lastlar suda axın olduqda akvalanqla üzmək üçün çox uyğundur. Lastlar iki materialdan olan konstruksiyadır. Çeşidin pəri rezin və termoplastikdən, başmağı isə rezindəndir. Elastik və möhkəm material sayəsində suda hərəkətin sürəti xeyli artır. İdmançıya artıq yükləmə yaratmayaraq uzun distansiyalarda üzmə zamanı istifadə etmək uyğundur.
- Enli və standart ölçülü plastik lastlar. Akvalanqla məşqlər üçün uyğundur. Bu lastların qiyməti rezin və termoplastikdan olan analoji ləvazimatların qiymətindən daha ucuzdur. Pərlərinin tərkibində qrafit liflər olan plastikdan emal edilən enli lastlar daha bahalı modellərdir.
- Uzun və ensiz pərləri olan sürət lastları. Bu çeşid sualtı yüksək sürətli üzgüçülük üçün nəzərdə tutulub. Akvalanqla olan adi üzmələr üçün yararlı deyil.
- Pərləri bütöv konstruksiyada birləşən lastlar. Bu cür lastlar basseyda məşqlər zamanı istifadə olunur. Lastların xüsusi quruluşu hərəkət texnikasını yaxşılaşdırmağa və bel, ayaq və qarın əzələlərini möhkəmləndirməyə imkan verir.
Basseynda məşqlər üçün xüsusi məşq lastlarından istifadə olunur. Onlar da bir neçə növə bölünür:
- Qısa lastlar (pərin uzunluğu 2.5-5 sm.) Onlar adətən sinə üstə krol və arxa üstə krol üsulu ilə üzmə zamanı istifadə olunur. Lastlarla hərəkətin sürəti əlavə ləvazimatsız olan hərəkətin sürətindən az fərqlənir. Amma lastların istifadəsi pəncələrin daha güclü hərəkət etməsinə imkan verir. Həvəskar üzgüçülər və hazırlıq səviyyəsi yüksək olmayanlar üçün yumşaq materiallardan olan lastları istifadə etmək yaxşı olar. Bu çeşidlər oynaqlara əlavə yük vermir, ayaq hərəkətlərin effektivliyini artırır. Fiziki hazırlığı yüksək olan professional üzgüçülər ayaqların təkan hərəkətlərinin gücünü artırmaq üçün bərk materiallardan olan lastları istifadə etməlidir. Bu modellər yüksək hazırlıqlı idmançıların əzələ və oynaqlarına əlavə yükləməni yaradır.
- Standart ölçülü lastlar. (pərin uzunluğu pəncələrin uzunluğuna bərabər olan və eni pəncənin uzunluğundan 1.5 dəfə artıq olan lastlar). Bu model batterflyay üsulunda məşqlər, həmçinin delfin və brass (dalğavari trayektoriyada) texnikasında ayaq hərəkətləri məşqi zamanı istifadə olunur. Həmin lastlar aşağı ətrafların həssaslığının artırılması və düzgün üzmə texnikasının ayrı-ayrı təkan hərəkətlərinin işlənməsi üçün nəzərdə tutulub.
Basseyda məşqlər üçün lastların düzgün ölçüsünü seçmək lazımdır. Çox uzun və enli lastlar suda hərəkəti məhdudlaşdırır. Ayağın başmaqda rahat yerləşməsi və bərkidilməsi üçün lastları pəncənin real ölçüsündən 1 ölçü artıq seçmək lazımdır.
Lastların növlərə bölünməsi şərti xarakter daşıyır. Modellərin ölçü və formasından başqa pərlərin konstruksiyasının böyük əhəmiyyəti var. Uzunmüddətli sualtı üzgüçülük üçün yükləməni azaldan eninə kəsikləri olan lastlar daha effektlidir. Hovuzda uzunmüddətli dəyişilməz sürətli üzmələr üçün müxtəlif əlavə elementlərlə olan lastlar uyğundur.
Basseynda məşqlər zamanı lastların istifadə edilməsi
Ayaqlar üçün əlavə vasitələr basseynda məşqlər zamanı hərəkətlərin texnikasını yaxşılaşdırması, ayrı-ayrı elementlərin işlənməsi (çevrilmələr, suya girmə və su altına enmə) üçün istifadə edilir.
Məşqlər zamanı lastların təyinatı:
- hərəkət texnikasının yaxşılaşdırılması (xüsusilə batterflyay, sinə üstə krol və arxa üstə krol üsullarının öyrənilməsində). Əlavə ləvazimat vasitəsilə ayaq təkanlarının effektivliyini artırmaq üçün dalğavari hərəkətlər işlənir.
- pəncələrin elastikliyini artırmaq üçün. Lastların istifadəsi zamanı suyun əlavə təzyiqi nəticəsində pəncələrin bükülməsi yaxşılaşır. Beləliklə, hücum bucağı dəyişir, hərəkətlərin sürəti artır.
- dözümlülüyün artması. Lastlarda müntəzəm məşqlər böyük əzələ qruplarının işlədiyi zaman gücü və dözümlülüyü inkişaf etdirməyə imkan verir. İdmançının fiziki hazırlığının ümumi səviyyəsi xeyli artır.
Ləvazimatın istifadəsi və saxlanması
Lastların saxlanmasına və istifadə edilməsinə aid sərt tələblər qoyulmur. Hər istifadən qabaq konstruksiyanın bütövlüyünü və bərkidilmə yerlərini yoxlamaq lazımdır. Lastları xlor, qum və duzlardan təmizləmək üçün yumşaq suda yumaq və qurutmaq lazımdır (açıq havada olmaz). İstifadə müddətini artırmaq üçün lastların təmizlənməsi məqsədi ilə xüsusi təmizləyici vasitələrdən və silikon aerozollardan istifadə edilir. Lastların yaxşı vəziyyətdə qalması üçün onlarla quruda gəzmək arzuolunmazdır.
Üzgüçülük üçün lastların seçiminə ciddi yanaşmaq lazımdır. İlk baxışdan sadə olan ləvazimatdan çox şey asılıdır. Ancaq düzgün seçim zamanı suda olan sürətə və texnikaya təsir etmək mümkün olar.
Bakıda üzgüçülük
Əgər sizi Bakıda üzgüçülük dərsləri, Bakıda uşaqlar üçün üzgüçülük, Bakıda uşaqlar üçün basseyn, Bakıda böyüklər üçün üzgüçülük, Bakıda müalicəvi üzgüçülük, Bakıda professional üzgüçülüklə maraqlandırırsa bizimlə əlaqə saxlayın.
Facebook: Azərbaycan Üzgüçülük KLUBU
Email: Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript.
Tel.: (99450) 600 44 20 - WhatsApp
Tel.: (99455) 600 44 20
Tel.: (99477) 600 44 20