Üzgüçülük üçün pleyer

Basseynda keçirilən məşqdən təkcə xeyir yox, həm də zövq almaq üçün müxtəlif müasir cihazlar mövcuddur. Bu qadjetlərə sukeçirməz üzgüçülük pleyeri aiddir. MP3 pleyer idmançılar üçün əsil tapıntıdır. Onun köməyi ilə məşqlər yaxşı əhval-ruhiyə altında keçir, üzmə tempi isə daha ritmik və tez olur.

Bu elektron cihazların funksianallığı suyun təsiri ilə uyğunlaşır. Pleyeri təkcə hovuzda deyil, həm də quruda istifadə etmək olar. Yaddaş həcmi, bərkidilmə üsulu, akkumulyator batareyasının ölçüsü və başqa texniki xarakteristikalarla fərqlənən üzgüçülər üçün müasir pleyerlərin müxtəlif modelləri və istehsalatçıları var.

Basseyn üçün pleyerlərin əsas üstünlükləri

Sükeçirməz mp3 pleyer zahiri görünüşünə görə ona bənzər cihazlardan heç bir şeylə fərqlənmir. Pleyerin funksiyası da musiqinin səslənməsi olaraq həmçinin analojidir. Əsas fərqi suya daxil olduqda onun sınmamasındadır.

Hovuz üçün pleyerin əsas üstünlüyü ondadır ki, o məşq zamanı təkcə estetik zövq almağa deyil, həmçinin üzmə ritminin və sürətinin yaxşılaşdırılmasına xidmər edir. Məşq zamanı musiqiyə qulaq asmaq ən çox üzgüçülüyü təzə üyrənənlər üçün faydalıdır. Ritmik sədalar altında suda əl-ayaq hərəkətlərini koordinasiya etmək daha asandır.

Basseynda üzmək üçün nəzərdə tutulan pleyer elektron cihazların su mühitində istifadəsinin və başqa xaricı təsirlərin təhlükəsizlik səviyyəsini nizamlayan İP standartına uyğundur. Pleyerin markalaşmasında hərflərdən sonra olan ilk rəqəm cihazın mexaniki zədədən müdafiə səviyəsini göstərir. İknci rəqəm onun suya davamalığını bildirir. Məsələn, İP37 markalaşdırılması pleyerin böyük ölçülü əşyalardan alınan zərbəyə və 1 metrə qədər suya dalmaya davamlı olduğuna işarədir. İkinci göstəricinin miqdarı nə qədər yüksək olsa cihaz bir o qədər sukeçirməzliyə malik olar. Markalaşdırılmaya aid məlumatlar və qəbul edilmiş standartlar adətən pleyerin instruksiyasında qeyd olunur.

Su keçirməyən pleyeri necə seçmək lazımdır

Cihazi düzgün seçmək üçün onu almazdan əvvəl bir necə xüsusyyətləri qiymətləndirmək lazımdır.

  • Musiqinin səslənmə keyfiyyəti. Bu aspekt suda üzmək üçün vacib rol oynayır. Səs və ifaanın dəqiqliyi yüksək səviyyədə olmalıdır.
  • Istifadənin rahatlığı. Suda pleyeri qurmaq üçün artıq hərəkətlər etməyə imkan yoxdur. Cihazın İdarəsinin asanlığı (mağnıların ardıcılığının, səs hündürlüyünün dəyişməsi, pauza və stop düymələri) məşq prosesindən ayrılmayaraq musiqidən həzz almağa imkan verəcək. Düymələr suda istifadə üçün kifayət qədər böyük ölçüdə və rahat olmalıdır.
  • Bərkidikmə vasitəsi. Müxtəlif bərkidilmə variantları mövcuddur. Üzgüşülük geyimində xüsusi ciblərin, ələ belə, başa bərkidilməsi üçün xüsusi kəmərlərin və üzgüçülük eynəklərin olmasıdır. İlk iki variant professional üzgüçülərə uyğun deyil. Bədəndə olan əlavə yük hərəkət sürətini azalda və maniyə törədə bilər. Sonuncu iki bərkidilmə vasitəsi istifadədə rahat və funksionaldır, məşq zamanı üzgüçüyə mane olmur.
  • Təxniki xarakteristikalar. Musiqinin səslənməsi olan əsas funksiyadan əlavə pleyer saniyə ölçən, zəngli saat, işıqlandırma vasitəsi kimi başqa parametrlərlə təchiz oluna bilər. Qadjeti seçərkən nəyə üstünlük veməyinizi nəzərə almaq lazımdır. Bunlara musiqi üçün yaddaş həcmi, akkumulyatorun səviyyəsi, cihazın ölçüləri və həcmi aiddir.
  • Model və istehsalçı. Elektrotexnikanın istehsalçılarının əksəriyyəti basseyn üçün plyerlərin buraxılışı ilə də məşğul olur. Aztanınan istehsalçılarla müqayisədə onların qiyməti bir qədər artıq olur, amma məhsulun keyfiyyəti və davamlığı qiymətini doğruldur. Özünü doğruldan markalar arasında Sony və başqa tanınmış brendləri qeyd etmək olar

Hovuzda məşqlər üçün ideal cihaz

İdeal pleyerin seçimi üçün qadjet müəyyən tələblərə uyğun olmalıdır.

  • Kompakt həcm və kiçik ölçü;
  • Suda hərəkətə mane olmayan möhkəm və rahat bərkidilmə;
  • Idarə olunmanın asanlığı, düymələrinin asan basılması;
  • Yığılmanın möhkəmliyi, istehsalın keyfiyyəti (Sony Üzgüçülük pleyeri);
  • Yaxşı zahiri görünüşü

İstehsalçılar arasında Qumo, Pyle,Perfeo, Sony brendlərinin adını çəkmək olar. Bu kompaniyaların modelləri müasir bazarda geniş şəkildə yayılıb.

Pleyerin seçimində şəxsi üstünlüklər də böyük rol oynayır. Əsas xüsusiyyətləri, göstəriciləri, qiyməti müəyyinləşdirib və müxtəlif modelləri müqayisə edərək basseynda tamdəyərli və maraqlı məşqlər üçün keyfiyyətli və davamlı pleyer seçmək olar.

Bakıda üzgüçülük

Əgər sizi Bakıda üzgüçülük dərsləri, Bakıda uşaqlar üçün üzgüçülük, Bakıda uşaqlar üçün basseyn, Bakıda böyüklər üçün üzgüçülük, Bakıda müalicəvi üzgüçülük. Bakıda professional üzgüçülüklə maraqlandırırsa bizimlə əlaqə saxlayın.

Facebook: Azərbaycan Üzgüçülük KLUBU

Email: Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript.

Tеl.: (99450) 600 44 20 - WhatsApp

Tеl.: (99455) 600 44 20

Tеl.: (99477) 600 44 20

Burun üçün sıxac

Üzgüçülük üçün papaq

Üzgüçülük eynəkləri

Üzgüçülük üçün qulaq tıxacı

Üzgüçülük üçün lastlar