Üzgüçülük qulaqcıqları
Musiqi idman məşqləri zamanı çox kömək edir. Sevimli kompozisiyalar yaxış əhval-ruhiyə yaradır, məşqin ritmini kökləyir. Hovuzda məşq zamanı idmançılar bəzən su altında işləyən qulaqcıqlardan istifadə edir. Bunun üçün sukeçirməz qulaqcıqlar lazım olur. Texniki xarakteristikalarına, zahiri görünüşünə və funksiyalarına görə seçilən bu cihazların müxtəlif model və markaları mövcuddur.
Sukeçirməyən qulaqcıqların üstünlükləri
- Qulaqcığın başlığı həm adi pleyerlər üçün, həm də sukeçirməz qadjetlər üçün istifadə edilir.
- Suyun təsirindən etibarlı müdafiə.
- Qulaq seyvanında möhkəm fiksasiyasını təmin edən rahat bərkidilmə. Üzgüçüyə məşqdən yayınaraq qulaqcıqları suda tez-tez düzəltmək lazım olmayacaq.
- Səsi dəfetmə funksiyası. Hətta suda musiqi səslənməsinin keyfiyyəti əla olur.
- Çətin şəraitlərdə uzunmüddətli istifadəni təmin edən qulaqcığın siminin, korpusunun və başqa elementlərin möhkəmliyi.
Sukeçirməyən üzgüçülük qulaqcıqları basseynda məşqi daha cəzbedici və asan edir. Idmançıların əksəriyyəti qeyd edir ki, musiqi altında məşqlər daha uzunmüddətli olur. Ritmik temp sayəsində əl-ayaq hərəkətlərini daha asan koordinasiya etmək və düzgün tənəffüs texnikasına riayət etmək olur.
Cihazların işləmə xüsusiyyətləri
Üzgüçülük qulaqcıqları bəzi səciyyəvi xüsusiyyətlərə və iş prinsipinə malikdir. Əsas aspekt zədə alma və sınma riski olmadan onların suyun altında istifadə etməkdədir. Adətən Bluetooth. kanal vasitəsi ilə əlaqəni təmin edən simsiz qulaqcıqları istifadə edirlər. Onlar spesifik şəraitdə (dərində) işləyə bilən sterio aparaturanın analoqudur.Bəzi istehsalçılar(məsələn Sony)çoxfunksiyalı cihazları təqdim edir. Komplektə qulaqcıqlardan başqa pleyer və idarəetmə pultu daxildir. Qulaqcıqlar həm su mühitində, həm də adi smartfonla istifadə edilə bilər.
Seçim kriteriləri
Sukeçirməz qulaqcıqların seçiminə diqqətlə yanaşmaq lazımdır, çünki bundan cihazın davamlılığı, keyfiyyəti və onun istifadəsindən razı qalmaq asılıdır.
Simsiz üzgüçülük qulaqcıqlarını aşağıdakı kriterilərə görə seçmək tövsiyə olunur:
- Səslənmə keyfiyyəti. Bu basseyn üçün qulaqcıqların seçimində əsas parametrdir. Suda musiqinin keyfiyyətli səslənməsi vacibdir. Cihazın tipi və modelindən asılı olaraq kənar səslərdən müdafiə edən və ətrafda olan səsləri ötürən qulaqcıqlar mövcuddur. Axırıncı tip nəinki musiqiyə qulaq asmaq, həmçinin başqa idmançılarla ünsiyyət qurmağa imkan yaradır.
- Bərkidilmənin rahatlığı. İntensiv məşqlər zamanıqulaqcıqların üzgüçüyə mane törətməyən qulaq seyvanında möhkəm fiksasiyasını təmin etmək lazımdır. Qadjetlərin standart modelləri ölçülərinə görə seçilir. Bu səbəbdən özünə uyğun rahat variantı seçmək mümkündür.Bəzi modellər daha möhkəm birləşmə üçün xüsusi qırmaqlarla təchiz olunub.
- Cihazın davamlılığı. Yığmanın keyfiyyəti, sukeçirməzliyin dərəcəsi və cihazın möhkəmliyi onun istifadə müddətini artırır. Ucuz cihazlar bir qayda olaraq yaxşı keyfiyyətlə seçilmir.
- Batareyanın həcmi. Cihazın sualtında istifadə müddəti qadjetin seçimi zamanı az rol oynamır. Məşqlər uzun müddət sürərsə akkumulyatorun həcmi buna uyğun olmalıdır.
- Əlavə xarakteristikalar. Basseyn üçün qulaqcıqlar texniki xarakteristikalara və bəzi funksiyalarına görə fərqlənir. Üzmə prosesindən ayrılmayaraq pleyerdə səsi və ya musiqini asan dəyişmək üçün əlavə idarəetmə pultu ilə təchiz olunan modellər var. Fərq qulaqcıqların ştekerində ola bilər. Ştekerin standart ölçüləri (0,5 mm.) cihazı hər hansı müasir vasitə ilə idarə etməyə imkan verir.
- Dizayn, zahiri görünüş. Çalar, ölçü və formaların müxtəlifliyi daha yaxşı və maraqlı dizaynı seçməyə kömək edir.
Qulaqcıqların standart modelləri 2metrdən artıq olmayan dərinlikdə 30-40 dəqiqə üzmək üçün nəzərdə tutulub.
Müasir bazarda sukeçirməyən qulaqcıqların sadəcə bir neçə istehsalçıları mövcuddur. Onların arasında Sony, Speedo, OverBoard brendlərini qeyd etmək olar. Kompaniyalar bir-birindən az fərqlənən qulaqcıqların modellərini buraxır. Seçim zamanı birinci növbədə individual üstünlükləri nəzərə almaq lazımdır.
Bakıda üzgüçülük
Əgər sizi Bakıda üzgüçülük dərsləri, Bakıda uşaqlar üçün üzgüçülük, Bakıda uşaqlar üçün basseyn, Bakıda böyüklər üçün üzgüçülük, Bakıda müalicəvi üzgüçülük. Bakıda professional üzgüçülüklə maraqlandırırsa bizimlə əlaqə saxlayın.
Facebook: Azərbaycan Üzgüçülük KLUBU
Email: Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript.
Tеl.: (99450) 600 44 20 - WhatsApp
Tеl.: (99455) 600 44 20
Tеl.: (99477) 600 44 20