Professional üzgüçülük

Üzgüçülük bir çox ölkələrdə populyar olan idman növüdür. Həvəskarlara bu cür məşqlər təkcə müalicəvi effekt deyil, həmdə zövq verir. İdmançılar üçün isə bu həyatın mənasıdır. Professional üzgüçülük müəyyən hazırlıq tələb edir. Müntəzəm olaraq hər gün hər birinin öz qaydaları olan çoxlu idman yarışları keçirilir.

Üzgüçülük üzrə idman yarışları hovuzlarda (uzunluğu 25 və 50m.) və həmçinin açıq suda keçirilir. Birinci halda məsafənin uzunluğu 50-dən-100m. qədər, ikinci halda isə 5,10, 20 km. təşkil edir. Finişə birinci çatan idmançı və ya ölkə yığması qalib elan olunur. Yarış reqlamenti ilə müəyyən edilən müxtəlif üzmə üsullarından (stillərdən) distansiyaları dəf etmək üçün istifadə edilir.

Professional üzgüçülüyünün üsulları

Rəsmi yarışlarda bir neçə üzgüçülük üsulu mövcuddur.

  • Sərbəst üsul (sinə üstə krol) İndi bütün stillər sərbəst üsulla təsnif olunur. Yəni, idmançı hərəkətlərində məhdudlaşdırılmır və hər hansı bir üsuldan istifadə edə bilər. Üsulu hərəkət boyunca da dəyişmək mümkündür. Sinə üstə krol suyu dəf etməyin ən surətli vasitələrdən olduğundan yarışların bütün iştirakçıları bu stildən istifadə edir.Bu halda idmançı hər əllə bədən boyunca ardıcıl yüksək amplitudalı avarçəkmələr yerinə yetirilir. Bu zaman vertikal müstəvidə ayaqlarla qayçıya bənzər təkan hərəkətləri edilir. Baş demək olar ki, həmişə suyun altında olur, yalnız bir avarçəkmə vaxtı idmançı nəfəs alıb onu yana çevirərkən sudan çıxır.
  • Batterflay (delfin). Bu üsul sinə üstə yerinə yetirilir. Üzgüçü eyni zamanda bədəninin hər iki tərəfi ilə simmetrik hərəkətlər edir. Bədənin yuxarı hissəsinin suyun üstündən qalxması ilə əllərlə güclü avarçəkmə hərəkətləri edilir. Ayaqlarla isə çanaq nahiyəsi boyunca simmetrik hərəkətlər edilir. Delfin stili baterflyayın bir növüdür. Fərq ayaqlarla yerinə yetirilən hərəkətlərdədir. Bu halda hərəkətlər delfin quyruğuna bənzər olaraq üfüqi proyeksiyada edilir. Batterflayın klassik ifasında hərəkətlər brassa oxşar olaraq yerinə yetirilir. Hovuzda hərəkət etmə üsulu surətinə görə ikinci yeri tutur.
  • Arxa üstə üzmə (arxa üstə krol) Onun prinsipi üzgüçülüyün birinci üsulu ilə eynidir. Üzgüçü suda arxa üstə uzanaraq hər bir əli ilə həmin aralı avarçəkmələri, ayaqları ilə isə təkan hərəkətlərini edir. İdmançının başı praktiki olaraq həmişə suyun üstündə olur. Suyun altında o ancaq starta və çevrilmə zamanı olur. Hovuz kənarında çevrilmə nöqtəsini istisna edərək distansiya üzrə hərəkət arxa üstə yerinə yetirilir. Üzgüçünün startı suyun içindən olur. Bu suda hərəkət etmə üsulu surətinə görə üçüncü yeri tutur.
  • Brass. Sinə üstə bir-birinə simmetrik hərəkətlərin icraçından ibarətdir. Əllərin eyni vaxta ötürülməsi və horizontal proyeksiyada ayaqların təkan hərəkətləri baş verir. Siklik proses əllərin bir-birinə nisbətən simmetrik, eyni zamanda olan avarçəkmələri və ayaqların təkan vermələri, nəfəs alma və nəfəs vermə hərəkətləri kimi bir neçə elementdən ibarətdir. Bu stil adı çəkilən üzmə üsullarından ən ləng olanıdır.

Üzgüçülük yarışlarının distansiyaları

Üzgüçülük Olimpiya Oyunlarının bir növü kimi ilk dəfə 1896-cı ildə özünü təsdiq etmişdir. Yarışlarda aşağıdakı kateqoriyalarda medallar təqdim olunmuşdur:

  • 100, 500, 1200 m. sərbəst üsul;
  • 100 m. matroslar üçün

O zamandan bəri bu fənn müntəzəm olaraq Olimpiya Oyunlarının proqramına daxildir. Bu gün üzgüçülük Olimpiya proqramına 50 m hovuzda aşağıdakı fənlər daxildir:

  • Müxtəlif məsafələrdə(50-dən 1500 m. qədər) ayrı-ayrı üsullarla fərdi üzmə.
  • Eyni ardıcıllıqla və eyni məsafə araları ilə dəyişən müxtəlif üsulları nəzərdə tutur. Bu distansiyanın uzunluğu 200, 400 m.olur. Batterfyay,arxa üstə krol, brass, sərbəst üsulları istifadə edilir. Üsulların məhz bu dəyişmə ardıcıllığı bütün yarışlarda qəbul olunub.
  • 4*100 və 4*200 m. sərbəst üsul estafetləri. Bir ölkənin dörd idmançısı bir-birinin arxasınca eyni məsafəni dəf edir.
  • 4*100 qarışıq estafetlər. Bu etapda üzgüçülər müxtəlif üzmə üsullarından istifadə edir. Üzmə üsullarının ardıcıllığı dəyişir. Birinci mərhələdə üzgüçü su üzərində arxa üstə, ikinci mərhələdə brass üsulu ilə hərəkət edir. Üçüncü və dördüncü estafet mərhələləri isə batterflyay və sərbəst üsulları ilə keçir.

2008-ci ildə Olimpiya Oyunlarında ilk dəfə uzunluğu 10km olan .açıq suda marafon təqdim olunmuşdur. Yarışlar həm kişilər, həm də zəif cins nümayəndələri arasında keçirilirdi.

Müasir Olimpiya üzgüçülük proqramı 50 m. basseynda (kişi və qadınlar üçün 16 yarış növləri üzrə )32 distansiyadan və açıq suda 10km. məsafədən ibarətdir.

1926-cı ildən başlayaraq LEN-in başçılığı ilə idmanın su növləri üzrə Avropa Çempionatları, 1972-ci ildən isə FİNA-ın rəhbərliyi ilə Dünya Çempionatları keçirilməyə başladı. Dünya Çempionatlarının müasir proqramına hovuzda və açıq hövzədə üzmədən başqa sinxron üzgüçülük və suya tullanma daxildir.

Olimpiya Oyunlarında və başqa beynəlxalq səviyyəli yarışlarda bəzi distansiyalar fərqli olur.

İndi yarışlar hovuzlarda müxtəlif üsullar üzrə olimpiya uzunluğu ilə (50 m.) və qısa məsafədə (25 m. basseyda) keçirilir. Bütün yarışların rekordları hovuzun uzunluğundan asılı olaraq ayrı- ayrı müəyyənləşdirilir.

Açıq suda üzmələr

Bu uzun məsafələr üçün (200 m. artıq) təbii şəraitdə (açıq hövzədə) nəzərdə tutulmuş üzgüçülükdür. Distansiyaların uzunluğu 5. 10, 25 km. bölünür. Həmçinin 150 km. marafonlarda məlumdur. Böyük məsafələri dəf edərək üzgüçülər müxtəlif üsullardan istifadə edib onları üzmə zamanı dəyişib və həmçinin suda dayaqsız qalaraq qida qəbul edə bilər.

Hələ 1875-ci ildən başlayaraq təbii şəraitdə uzun distansiyaları dəf etmək üçün yarışlar keçirilməyə başladı. 1991-ci ildən isə açıq hövzədə yarışlar Dünya çempionatlarına daxil edildi. Bundan başqa cüt illərdə açıq suda üzgüçülük üzrə ayrıca Dünya Çempionatları keçirilməyə başladı. 2008-ci ildən 10 km. distansiyalar Olimpiya Oyunların proqramına daxil olundu.

Çoxnövçülük

Bir neçə idman növü üzrə keçirilən yarışlara çoxnövçülük deyilir. Üzgüçülük bir növ kimi triatlonun proqramına daxil edilib. Son zamanlar triatlon Olimpiya oyunlarında da təmsil olunur. Müasir beşnövçülükdə 200 m. (Olimpiya fənni) üzmələr vardır. Professional üzgüçülük polis, dəniz, zabit çoxnövçülüyün ayrılmaz hissəsidir.