Brass

Bu sinə üzərində bir-birinə simmetrik olan əl və ayaq hərəkətləri ilə xarakterizə olan üzgüçülük idmanının bir növüdür. Bu üzmə üsulu bəzən “qurbağa” və ya “qurbağalama” adlandırılır Bu üsulun texniki hissəsi əllərin su üzərində hərəkəti ilə bağlıdır. Məhz bu brassı başqa üzgüçülük üsullarından fərqləndirir. Bu hərəkət tərzi başqa üsullardan ləng olmasına baxmayaraq bir sıra üstünlüklərə malikdir.

Texnikanın təsviri

Simmetrik və eyni zamanda edilən əl hərəkətləri, ayaqların təkanı, burun ilə nəfəsin alınması və ağızla nəfəsin verilməsi -bu üzmə hərəkətlərin bir tsiklidir. Bədənin əyilmə bucağı hər bir hərəkət dövrü zamanı dəyişir. Su üzərində sürüşmə zamanı ayaqların hər bir təkanından sonra bədən su səthinə nisbətən maksimal şəkildə horizontal vəziyyəti alır. İdmançının tənəffüsü zamanı bədənin yerləşmə bucağı maksimal (150-170) dərəcəyə çatır. Bir üzmə sikli zamanı üzgüçünün başı, demək olar ki, həmişə qabağa yönələrək aşağı baxır və bədən xəttinə nisbətən en kəsiyi səthində yerləşir. Boyun əzələləri bu zaman maksimal olaraq boşalır.

Ümumiliklə, bütün hərəkətlərin bir-biri ilə uzlaşması əllərin hərəkəti ilə uyğunlaşır. Məhz yuxarı ətraflar hərəkətin sürətinə və onun ritminə görə cavabdehdir.

Əllərin dövrü hərəkətləri uç mərhələdən ibarətdir

  1. Əllərin qabağa ötürməsinə hazırlıq mərhələsi. Üzgüçü əllərini çiyinləri ilə birgə dirsəklərini açaraq təkanla önə keçirir. Əllər maksimal şəkildə bir-birinə yaxınlaşdırılır və hərəkət zamanı əllərin içi aşağı suyun üstünə çevrilir.
  2. Sürüşmə mərhələsi. Əllər tam olaraq dirsəklərdə açılır, bədən qabağa hərəkət edir. Ovuclar suyun üstündə bir-birinə yaxınlaşır.
  3. “Avarçəkmə” mərhələsi (Əllərin hərəkəti mərhələsi). Bu üzmə prosesinin əsas işlək gücünü təşkil edir və bir neçə fazaya bölünür:
  • Hazırlıq fazası əllərin sağ, sol tərəflərə və önə yönəlməsindən ibarətdir. Bu zaman ovuclar çevrilir. Sonra əllər dirsəklərdə bükülür maksimal yüksəkliyə çataraq, sağ və sol tərəfə çevrilir. Fazanın sonunda çiyin-əl və su səthi arasında 45 dərəcə bucaq əmələ gəlir.
  • Əsas (mühüm) faza özündə əllərin güclü təkanla müşahidə olunan hərəkətini təşkil edir. Ovuclar qövsvarı trayektoriyada hərəkətin əvvəlində üst tərəfə, sonunda isə iç tərəfə yönəlir. Bu halda su səthində dayaq yaranır. Əl –çiyin birləşməsi 600 dərəcə bucaq təşkil edir. Sonra üzgüçü ovucları bir-birinə doğru çevirərək sürüşdürür. Dirsəklərdə onların ardınca analoji hərəkəti icra edir. Məhz yüksək sürətli təkan siklin əsas güclü məqamını təşkil edir.
  • Sonuncu faza. Əllər sinəyə doğru qoşulaşdırılaraq, içəri-önə- yuxarı hərəkət edir və çənənin altında birləşdirilir. Bu fazada idmançı nəfəsi alır.

Brass üsulunun ayaq hərəkətləri çox güclü olmayan hazırlıq faza və pəncə və baldırla suya edilən sərt təkanlarla seçilir.

Aşağı ətrafların hərəkəti də dövrüdür. sikl bir neçə mərhələyə bölünür:

  1. Hazırlıq mərhələsi. Gərgin olmayan ayaqların diz nahiyəsində bükülməsi və çanaq-bud oynağının yüngülvari yığılması. Dizlər sağ və sol tərəfə hərəkət edir, pəncələr (çanaq enində olaraq) yuxarı qaldırılır. Dartılma diz hərəkəti ilə bitir: ayaqlar diz və çanaq nahiyəsində bükülür və çanaq-bud oynağının enindən 1,5 dəfə artıq məsafəyə aralanır. Sonda pəncələr kənara aralanır və dərhal ayaqların təkan hərəkəti edilir.
  2. Təkan işlək hərəkətdir. Əvvəlcə ayaqlar çanaq- bud oynağında çanaq və bədən arasında180 dərəcəli bucaq əmələ gələnə qədər bükülür. Baldırlar 90 dərəcəli bucaq altında yerləşir, çanaq və baldır arasında bucaq isə 2 dəfə az olur. Dizlər çanaq nahiyəsinin enindən artıq məsafəyə aralanır, pəncələr isə kənara açılır. Təkan hər iki ayağin diz çanaq- bud nahiyəsində yıgılmasından ibarətdir. Pəncələr isə oxvari şəkildə kənara və içəri doğru hərəkət edir. Təkan hərəkəti pəncələrin suyun 20-30 sm. dərinliyində olması ilə bitir. Bel düz vəziyyətdə qalır, çanaq-bud oynağı isə hərəkətsiz olur.
  3. Sürüşdürmə fazası. Təkan hərəkəti bitdikdən sonra baldır və çanaq əzələləri boşalır və yuxarı suya doğru qalxır.Sürüşdürmə fazası sürətin artması ilə bitir.

Tənəffüsün xüsusiyyətləri və hərəkətlərin bir-biri ilə bağlılığı

Əllərlə təkan etdikdən sonra idmançi ağzı ilə nəfəs alır. Bu zaman çiyin nahiyəsi suyun altında olur, çənə isə qabağa uzanır. Bucağın ölçüləri maksimal dərəcəyə çatmalıdır. (170-190) Ağ ciyərlərinə havanı aldıqdan dərhal sonra idmançı bədənini əllərinin ardınca yönəldir və onu düzəldir. Beləliklə ayaqların təkan etdiyi məqam bədənin əyilmə bucağı 30-50 dərəcəyə qədər azalır və avarçəkmə zamanı 0-30 dərəcəyə düşür. Bədənin yuxarı hissəsinin hərəkət trayektoriyası dalğavari şəkildə olacaq. Nəfəs vermə sürüşmə zamanı və ayaqların təkan etdiyi zaman baş verir.

Brass üsulu zamanı icra olunan texniki hərəkətlər sürətin kəskin düşüb-qalxması ilə səciyyələnir. Hətta yüksək dərəcəli idmançılar bundan qaça bilmir. Hazırlıq fazası zamanı sürətin itirilməsini azaltmaq və avarçəkmə fazası və ayaqların təkanı zamanı onu artırmaq üçün düzgün koordinasiya çox vacibdir.

Rasional hərəkətlərin prinsipləri

  • Əl hərəkətləri zamanı ayaqlar bədən boyunca uzanır sonra müqavimətsiz diz nahiyəsində bükülür.
  • Əllər qabağa ötürüldükdə ayaqlar təkanın başladığı zaman olan vəziyyəti alır.
  • Əllərin qabağa keçirildiyi vaxtda ayaqlarla təkan hərəkətləri edilir.

Qısa distansiyalarda ayaq və əllərin tam üst-üstə düşməyən, fərqli hərəkətləri icra olunur. Bu halda əl hərəkətləri ilə birgə ayaq təkanları edilir.