Sərbəst üsul (sinə üstə krol)Sərbəst üsul (sinə üstə krol)

Bu su üzərində olan ən sürətli hərəkət növüdür. Üzgüçü əllərlə ardıcıl hərəkətlər (avarçəkmə), ayaqlarla isə simmetrik hərəkətlər (şaquli proyeksiyada ayaq zərbələri) icra edir.

Texnikanın təsviri

Hərəkətlər dövrü şəkildə yerinə yetirilir və bir-iki avarçəkmə (əllərin ardıcıl hərəkəti), ayaq təkanlarından və tənəffüs sikli (nəfəsi alıb-vermə) kimi elementlərdən ibarətdir.Bədən praktiki olaraq üfüqi vəziyyətdə olur. Üzmə tempi və idmançının hazırlığından asılı olaraq hücum bucağının dərəcəsi 9-dan 10 dərəcəyə qədər dəyişə bilər. Maksimal tempdə hücum bucağının dərəcəsi minimal olur.Keyfiyyətli güclü “avarçəkmə” zamanı idmançının bədəni maksimal yüksək vəziyyəti alır.

Ayaqlarla effektiv zərbə hərəkətləri etmək üçün pəncələr suyun altında 30-40sm, çiyinlər isə çanaq səviyyəsindən yuxarı olur. Bu halda bədən əzələləri maksimal işlək vəziyyətdə olur və avarçəkmə hərəkətləri daha asan yerinə yetirilir Baş bədən xətti səviyyəsində olur. Üz qabağa istiqamətlənir, əzələlər gərilmir.

Hərəkətin əsas işlək gücü əllərin işləməsi, “avarçəkmə” ilə bağlıdır. Ölçüsü idmançının hazırlıq səviyyəsindən asılı olan dartı qüvvəsi mühüm rol oynayır. O, orta hazırlıq səviyyəsi olan idmançılarda9-12kq arasında, beynəlxalq səviyyəli idmançılarda isə 22kq-ma qədər dəyişir. Dartı qüvvəsinin ölçüsü həmçinin avarçəkmə zamanı ovucların hərəkət texnikası ilə müəyyən olunur. Məhz əllər suyun səthində davamlı dayağın yaranmasını təmin edir. Avarçəkmənin başlanğıc elementi dirsəklərin maksimal yüksəklikdə olduğu zaman baş verir və bu sürüşmə üçün dayaq nöqtəsini yaradır.

Yuxarı ətrafların hərəkətləri bir neçə elementdən ibarət tsiklik rejimdə yerinə yetirilir

  1. Suyu əla alma, dayaq nöqtəsinin yaranması. Dirsəklərdə bükülmüş əllər önə və aşağı güclü hərəkətlər edir. Çiyin üstü ilə çiyin arası 130-140 dərəcəli bucaq yaranmalıdır. Sonra əllər bilavasitə avarçəkmə üçün əsas vəziyyəti alır. Bu zaman oynaqlarda sərt fiksasiya yaranır.Dirsəklər ovuclardan daha yüksək səviyyədə olur.
  2. Dartılma və itələnmə əsas elementdir. Bu məqamda çiyinin açılması dirsəklərin isə bükülməsi baş verir. Bu hərəkətə cavabdeh olan hərəkət gücünün yaranmasına imkan yaradır. Avarçəkmə 90-100 dərəcə bucağında bükülmüş əllərlə yerinə yetirilir, ovuclar bədənin altında uzunma səthində hərəkət etməlidir. Barmaqlar bir-birinə sıx birləşir, ovuclar düz xətt yaradır. Avarçəkmənin ilk elementinin bir əlin dirsəyinin bir az arxa və yan tərəfə, digər əlin dirsəyinin isə arxaya çevrilməklə yerinə yetirilir. Avarçəkmənin son elementi çiyin üstü və ovucların suyun üzərinə verdiyi təkanla xarakterizə edilir.
  3. Əllərin çıxarılması. Bədən əks yan tərəfə əyilir. Suyun səthinə əvvəlcə dirsək, sonra isə bud səviyyəsində çanaq xəttinin altından ovuc çıxır.
  4. Əllərin ötürülməsi. Bir əllə dərində avarçəkmə edilir, digər əl isə ötürülür. Dirsəkdə bükülmüş əzələləri gərgin olmayan əl tez və iti şəkildə suyun üzərindən ötürülür. Sürət dərinlikdə olan zaman artır.
  5. Sualtı hərəkətlər. Bu mərhələdə əl aşağı suya salınır. Burada üfüqi hərəkətin sürəti, şaquli hərəkətinin sürətini üstələməlidir. Suya daxil olma nöqtəsi şərti olaraq çiyin və bədən oxu arasında müəyyən edilir. Ovuclar iti bucaq altında suya daxil olur. Suya daxil olmanın müəyyən qaydalara rəiyyət olunur: ovuclar, çiyinüstü və sonda çiyinlər suya daxil olur. Bundan sonra gərgin olmayan əl önə atılır. Hərəkət ovucun çevrilməsi (hərəkət istiqamətinə nisbətən iti bucaq altında)və dirsəklərin bükülməsi ilə bitir.

Əl və ayaqların hərəkətləri bir-birinə uyğun olmalıdır. Məhz bu ardı kəsilməyən dartı gücünü təmin edir. Bir əllə itələmə, o biri əllə isə tutma hərəkətləri edilir.

Hər cüt “avarçəkmə” hərəkətə 2, 4, 6 ayaq təkanı düşür. Adətən 6 qat üsuldan istifadə edilir.

Şaquli müstəvidə   baldır, diz, çanaq nahiyələrin bükülməsi ilə ayaqlarla güclü ritmik hərəkətlər edilir. İşlək güvə aşağıya doğru edilən təkan zamanı formalaşır. Element çanaqdan başlayan güclü və yüksək templə yerinə yetirilir. Baldır və pəncələr çanağa nisbətən daha ləng hərəkət edir. Pəncələr arası məsafə 40sm. olmalıdır. Ayaq barmaqları dartılır yüngülvarı içəri çevrilir, böyük barmaqlar bir-birinə toxunur. Sürətin maksimal artığı zaman dizlər çox bükülür və pəncələr su səthinə çıxır. Hərəkətin amplitudası da artır.

Hərəkətin koordinasiyası hər bir üzgüçünün fizioloji xüsusiyyətlərindən və distansiyanın uzunluğundan asılıdır. Qısa məsafələrdə (200m. qədər) 6 təkanlı, orta uzunluğu olan distansiyada isə 3,4 təkanlı krol üsulundan istifadə edilir.

Tənəffüsün xüsusiyyətlərin

Krol üsulu zamanı tənəffüs yuxarı ətrafların hərəkəti ilə uzlaşmalıdır. Avarçəkmə edilən tərəfə başın yüngül çevrilməsi zamanı nəfəs alınır və əlin suyun üzərindən keçirilməsi zamanı bitir. Ötürülmənin əvvəlində idmançının başı çıxış nöqtəyə qayıdır. Hərəkətlər yüngül şəkildə yerinə yetirilir. Baş su altında olduğu məqamda asta nəfəs vermə başlayır. Bəzən idmançılar (bir avarçəkmə ərzində) nəfəsi saxlayır və yalnız sonra nəfəsi buraxır.

Bir tənəffüs dövrü hərəkətlərin bir və ya 2, 3 dövrü ərzində yerinə yetirilə bilər.